Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamənin, komitənin strukturunun təsdiq edilməsi, aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” 2007-ci il 9 noyabr tarixli 647 nömrəli, “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 3 may tarixli 1361 nömrəli, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 26 iyun tarixli 148 nömrəli və “Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” 2019-cu il 19 mart tarixli 597 nömrəli  fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 9 noyabr tarixli 647 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, №11, maddə 1095; 2009, № 12, maddə 983; 2011, № 2, maddə 85; 2016, № 11, maddə 1831; 2017 № 1, maddə 39; 2019, № 3, maddə 437; 2021, № 8, maddə 915) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə”nin 8.20-3-cü bəndinə “Azərbaycan Respublikası” sözlərindən əvvəl “strukturuna daxil olan qurumlar vasitəsilə” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765, № 9, maddə 1650, № 10, maddə 1789, № 12 (I kitab), maddələr 2314, 2321; 2018, № 1, maddə 54, № 2, maddələr 200, 219, № 3, maddələr 416, 430, 448, № 5, maddələr 916, 919, № 6, maddə 1243, № 9, maddələr 1828, 1840, №11, maddələr 2274, 2289, № 12 (I kitab), maddələr 2540, 2587, 2601; 2019, № 1, maddə 82, № 2, maddə 216, № 3, maddə 431, № 4, maddə 620, № 5, maddələr 819, 824, 835, 866, № 7, maddə 1221, № 8, maddə 1388, № 10, maddələr 1581, 1587, № 11, maddələr 1700, 1710; 2020, № 3, maddə 252, № 5, maddələr 538, 564, № 6, maddələr 710, 714, № 7, maddələr 865, 880, № 8, maddə 1032, № 11, maddə 1345, № 12 (I kitab), maddə 1484; 2021, № 1, maddə 33, № 6 (I kitab), maddə 566, № 8, maddə 921; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli 1542 nömrəli və 30 dekabr tarixli 1558 nömrəli fərmanları) ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 31-1-ci hissəsinə “Bakı şəhərinin ərazisində” sözlərindən əvvəl “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanının 1.6-cı və 1.13-cü bəndləri ilə müəyyən edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati ərazilərində aşkar edilmiş inzibati xətalar haqqında işlər üzrə həmçinin Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi, onun müavinləri, şöbə müdiri, onun müavinləri, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi,” sözləri əlavə edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1238, № 10, maddə 1991, № 11, maddə 2287; 2019, № 3, maddə 411, № 4, maddə 619, № 5, maddələr 839, 855, № 6, maddə 1027, № 12, maddə 1921; 2020, № 1, maddə 5, № 2, maddə 100, № 8, maddə 1039, №11, maddə 1357; 2021, № 1, maddə 30, № 6 (I kitab), maddələr 579, 593, № 8, maddə 908; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli 1504 nömrəli və 30 dekabr tarixli 1551 nömrəli fərmanları) ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nın 22-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2-ci bəndə “tikintiyə” sözündən əvvəl “Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda” sözləri əlavə edilsin;

3.2. 3-cü bəndə “tikinti” sözündən əvvəl “Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda” sözləri əlavə edilsin.

4. “Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 mart tarixli 597 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 3, maddə 437, № 10, maddə 1581; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli 1540 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

4.1. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi haqqında Əsasnamə”nin 3.1.16-cı yarımbəndinə “tikinti obyektinin” sözlərindən əvvəl “Bakı şəhərinin inzibati ərazisində” sözləri əlavə edilsin;

4.2. həmin Fərmanla təsdiq edilmiş “Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin Nizamnaməsi”nin 3.1.16-cı və 3.1.22-ci yarımbəndlərində “inzibati ərazisində” sözləri “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanının 1.6-cı və 1.13-cü bəndləri ilə müəyyən edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati ərazilərində” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 aprel 2022-ci il

5 Aprel 2022, 16:04

http://www.azertag.az

9801—9810 / 10511

7 İyul 2014, 09:07

Biləsuvar rayonunun Günəşli-Ağayrı-İsmətli-Aranlı-Çinarlı-Əliabad avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

7 İyul 2014, 09:07

Göygöl rayonunun Yeni Zod-Çaykənd-Qarabulaq-Quşçu-Sarısu avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında   ətraflı...

1 İyul 2014, 09:07

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 972-IVQD nömrəli Qanununun tətbiqi barədə   ətraflı...

4 İyul 2014, 09:07

Şəki şəhərinin Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

3 İyul 2014, 12:07

"Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar"ın təsdiq edilməsi haqqında   ətraflı...

3 İyul 2014, 12:07

"Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən məhsulların (işlərin, xidmətlərin) texniki normativ hüquqi aktların tələblərinə, metroloji qayda və normalara riayət olunmasına dövlət nəzarəti aparılarkən, iradnamə və tələbnamələrin verilməsi Qaydası"nın təsdiq edilməsi barədə   ətraflı...

3 İyul 2014, 12:07

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 15 mart tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların Təsnifatı"nda dəyişiklik edilməsi haqqında   ətraflı...

3 İyul 2014, 12:07

"Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 13 iyun tarixli 686-IVQ nömrəli Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə   ətraflı...

3 İyul 2014, 12:07

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 25 dekabr tarixli 201 nömrəli qərarı ilə təsdiq edilmiş "Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası"nda dəyişikliklər edilməsi haqqında   ətraflı...

3 İyul 2014, 12:07

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 16 mart tarixli 43 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin dövlət qeydiyyatı ilə bağlı sazişin hazırlanması üçün danışıqların aparılması və bağlanması Qaydaları"nda dəyişiklik edilməsi barədə   ətraflı...