Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nda və 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması mexanizminin təkmilləşdirilməsi və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 3 sentyabr tarixli 1439 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 664, № 9, maddə 1486; 2018, № 11, maddə 2237; 2019, № 4, maddə 619; 2021, № 9, maddə 979) ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”na aşağıdakı məzmunda 3.1.4-1-ci yarımbənd əlavə edilsin:

“3.1.4-1. ərzaq məhsullarının satıcıları satmaq niyyətində olduqları məhsulların növü, qiyməti və miqdarı barədə məlumatı hər il sentyabrın 1-dək portalda yerləşdirirlər;”.

2. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 12, maddə 1940; 2020, № 7, maddə 897, № 9, maddə 1147) ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

2.1. aşağıdakı məzmunda 3.1.3-1-ci və 3.2.3-1-ci yarımbəndlər əlavə edilsin:

“3.1.3-1. “ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalı” altsistemi;”;

“3.2.3-1. “ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalı” altsistemi vasitəsilə satınalan təşkilatlar tərəfindən ərzaq məhsullarının dövlət büdcəsinin vəsaiti hesabına satın alınmasına dair tələb və təkliflərin yerləşdirilməsi, istehsalçıların və ya satıcıların satınalan təşkilat tərəfindən seçilməsi, habelə satınalan təşkilatlarla istehsalçılar və ya satıcılar arasında ərzaq məhsullarının dövlət sifarişi ilə bağlı alqı-satqı əməliyyatlarının və bununla əlaqədar digər tədbirlərin həyata keçirilməsi;”;

2.2. 5.1.25-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 5.1.26-cı yarımbənd əlavə edilsin:

“5.1.26. ərzaq məhsulları istehsalçılarının, satıcılarının və satınalan təşkilatların aşağıdakı məlumatları:

1. fiziki şəxs olduqda – soyadı, adı, atasının adı, qeydiyyat ünvanı və fərdi identifikasiya nömrəsi;

2. hüquqi şəxs olduqda – tam adı, qanuni təmsilçisinin soyadı, adı və atasının adı, hüquqi ünvanı;

3. VÖEN-i və vergi ödəyicisi kimi uçota alınması haqqında digər məlumatlar;

4. əlaqə nömrələri;

5. elektron poçt ünvanı;

6. bank rekvizitləri (bankın adı, müxbir hesabı, kodu, VÖEN-i, SWIFT kodu və digər müvafiq məlumatlar).”;

2.3. 7.1.6-cı yarımbəndin 3-cü abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 7.1.7-ci və 7.1.8-ci yarımbəndlər əlavə edilsin:

“7.1.7. ərzaq məhsullarının istehsalçıları və ya satıcıları:

1. qeydiyyatdan keçmək;

2. elektron kabinetdən istifadə etmək;

3. satınalan təşkilatların ərzaq məhsullarına tələbatlarına uyğun təkliflərini (məlumat və (və ya) sənədləri) daxil etmək;

4. satınalan təşkilatlarla ərzaq məhsullarının dövlət sifarişi ilə bağlı alqı-satqı müqaviləsini elektron sənəd formasında bağlamaq, həmin müqavilədə dəyişiklik edilməsi üçün müqavilənin digər tərəfinə müraciət etmək;

5. ərzaq məhsullarının dövlət sifarişi ilə bağlı alqı-satqı müqaviləsinə uyğun olaraq məhsulların təhvil-təslim aktını təsdiqləmək;

7.1.8. satınalan təşkilatlar:

1. qeydiyyatdan keçmək;

2. elektron kabinetdən istifadə etmək;

3. ərzaq məhsullarına tələbatları barədə məlumatları daxil etmək;

4. ərzaq məhsullarının istehsalçıları və ya satıcıları ilə ərzaq məhsullarının dövlət sifarişi ilə bağlı alqı-satqı müqaviləsini elektron sənəd formasında bağlamaq, həmin müqavilədə dəyişiklik edilməsi üçün müqavilənin digər tərəfinə müraciət etmək;

5. ərzaq məhsullarının dövlət sifarişi ilə bağlı alqı-satqı müqaviləsinə uyğun olaraq məhsulların təhvil-təslim aktlarını təsdiqləmək.”.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 mart 2022-ci il

30 Mart 2022, 08:03

http://www.azertag.az

5561—5570 / 10511

5 Aprel 2017, 09:04

Azərbaycan Respublikasında şəkər çuğunduru istehsalının stimullaşdırılması haqqında   ətraflı...

5 Aprel 2017, 09:04

Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə-smeta sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası   ətraflı...

5 Aprel 2017, 09:04

Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında   ətraflı...

5 Aprel 2017, 09:04

“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 27 oktyabr tarixli 661 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə   ətraflı...

5 Aprel 2017, 09:04

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişikliklər edilməsi haqqında   ətraflı...

4 Aprel 2017, 09:04

Nursultan Nazarbayevin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

3 Aprel 2017, 09:04

V.Q.Əhmədovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

31 Mart 2017, 09:03

Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017–2020-ci illər üçün Tədbirlər Planı   ətraflı...

31 Mart 2017, 09:03

“Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017–2020-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında   ətraflı...

31 Mart 2017, 09:03

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərin yüksək texnologiyalı reabilitasiya vasitələri ilə təmin olunmasına dair əlavə tədbirlər haqqında   ətraflı...