“Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 11 iyun tarixli 908 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 11 iyun tarixli 908 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 6, maddə 636; 2015, № 5, maddə 520; 2018, № 5, maddə 928; 2021, № 6 (I kitab), maddə 567; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli 1553 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 3.2.2-ci yarımbəndə “vəsiqəsi” sözündən sonra “(bu Əsasnamənin 3.2.6-cı yarımbəndi nəzərə alınmaqla)” sözləri əlavə edilsin.

2. 3.2.5-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.2.6-cı yarımbənd əlavə edilsin:

“3.2.6. xarici ölkələrdə yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə bu Əsasnamənin 3.2.1-ci, 3.2.3-cü, 3.2.5-ci yarımbəndlərində nəzərdə tutulmuş sənədlərlə yanaşı:

1. ümumvətəndaş pasportu verildikdə və ya dəyişdirildikdə ─ vətəndaşın şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu;

2. 18 yaşı tamam olmamış vətəndaşa ilk dəfə ümumvətəndaş pasportu verildikdə ─ doğum haqqında şəhadətnamə və qan qrupu haqqında tibbi arayış.”.

3. Aşağıdakı məzmunda 3.2-1-ci yarımbənd əlavə edilsin:

“3.2-1. Bu Əsasnamənin 3.2.6-cı yarımbəndində nəzərdə tutulmuş hallarda şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətini müəyyənləşdirmək zərurəti yarandıqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə sorğu verilir. Sorğuya baxılma nəticəsində şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanındıqda, ona bu Əsasnamə ilə müəyyən edilmiş qaydada ümumvətəndaş pasportu verilir.”.

4. 3.16-cı bəndə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

“Bununla əlaqədar bu Əsasnamənin 3.5-1-ci, 3.6-cı və 3.9-cu bəndlərinin tələbləri Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna da şamil olunur.”.

5. Həmin Əsasnaməyə 1 nömrəli əlavəyə aşağıdakı məzmunda 2.1.3.4-cü yarımbənd əlavə edilsin:

2.1.3.4.  Ümumvətəndaş pasportu  (xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşının ümumvətəndaş pasportu dəyişdirildikdə)

 

 

 

6. Həmin Əsasnaməyə 2 nömrəli əlavəyə aşağıdakı məzmunda 2.1.3.5-ci və 2.1.3.6-cı yarımbəndlər əlavə edilsin:

 

2.1.3.5.  Xarici    ölkələrdə    yaşayan

Azərbaycan Respublikası vətəndaşına

pasport ilk dəfə verildikdə

 

 

 

1. doğum haqqında şəhadətnamə

 

 

 

2. qan qrupu haqqında tibbi arayış

 

 

 

2.1.3.6.  Ümumvətəndaş pasportu  (xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşının ümumvətəndaş pasportu dəyişdirildikdə)

 

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 mart 2022-ci il

11 Mart 2022, 15:03

http://www.azertag.az

9291—9300 / 10511

11 Noyabr 2014, 09:11

Gədəbəy rayonunun Gədəbəy-Novosaratovka-Qaravəlilər avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

11 Noyabr 2014, 09:11

S.Ə. Kəriminin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

11 Noyabr 2014, 09:11

B.A. Ağarəhimova “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında   ətraflı...

11 Noyabr 2014, 09:11

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti işçilərinin təltif edilməsi haqqında   ətraflı...

7 Noyabr 2014, 09:11

Lənkəran şəhərinin Liman-Nərimanabad-Balıqçılar avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

6 Noyabr 2014, 09:11

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə   ətraflı...

6 Noyabr 2014, 09:11

2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Milli Dirçəliş Hərəkatı Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında   ətraflı...

6 Noyabr 2014, 09:11

2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının hazırlanma qaydası və sayı barədə   ətraflı...

6 Noyabr 2014, 09:11

Mərkəzi Seçki Komissiyasının 31 oktyabr 2014-cü il tarixli iclas protokolunun təsdiq edilməsi barədə   ətraflı...

6 Noyabr 2014, 09:11

Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki “İmamzadə” kompleksində bərpa işlərinin aparılması haqqında   ətraflı...