“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli 2303 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli 2303 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 11, maddə 1372) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1. “Zeynal Nağdəliyev” sözlərindən əvvəl aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:
“Şahin Mustafayev – Azərbaycan Respublikası Baş nazirinin müavini”.
2. “Anar Ələkbərov” sözlərindən əvvəl aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:
“Natiq Əmirov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri”.
3. “Emin Hüseynov –” sözlərindən sonra “Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi,” sözləri əlavə edilsin.
4. “Kamran Əliyev” sözlərindən əvvəl aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:
“Fərəh Əliyeva – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri”.
5. “Ramin Quluzadə – Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri” sözləri “Rəşad Nəbiyev – Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri” sözləri ilə əvəz edilsin.
6. “Oqtay Şirəliyev” sözləri “Teymur Musayev” sözləri ilə əvəz edilsin.
7. “Anar Quliyev” sözlərindən əvvəl aşağıdakı məzmunda yeni abzaslar əlavə edilsin:
“Anar Kərimov – Azərbaycan Respublikasının mədəniyyət naziri
Pərviz Şahbazov – Azərbaycan Respublikasının energetika naziri”.
8. “Anar Kərimov – Azərbaycan Respublikasının mədəniyyət nazirinin birinci müavini” sözləri “Vüqar Süleymanov – Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri.” sözləri ilə əvəz edilsin.
9. “Rəşad Nəbiyev – “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri” sözləri çıxarılsın.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 mart 2022-ci il
3 Mart 2022, 14:0318 Mart 2014, 09:03
“Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ətraflı...
18 Mart 2014, 09:03
“Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 yanvar tarixli 183 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında ətraflı...
18 Mart 2014, 09:03
F.N.Ələkbərova III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsinin verilməsi haqqında ətraflı...
18 Mart 2014, 09:03
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif edilməsi haqqında ətraflı...
18 Mart 2014, 09:03
M.İ.Mədətovun “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsindən azad edilməsi haqqında ətraflı...
18 Mart 2014, 09:03
Z.H.Hüseynovun Sumqayıt Şəhər Məhkəməsinin hakimi və həmin məhkəmənin sədri təyin edilməsi haqqında ətraflı...
18 Mart 2014, 09:03
A.A. Hacıyevin Bakı Slavyan Universitetinin rektoru təyin edilməsi haqqında ətraflı...
18 Mart 2014, 08:03
E.K.Aslanovun Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsindən azad edilməsi haqqında ətraflı...
17 Mart 2014, 09:03
Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinin keçirilməsi haqqında ətraflı...
17 Mart 2014, 08:03
Naxçıvan Muxtar Respublikasında “Arpaçay-2” Su Elektrik Stansiyasının tikintisinin maliyyələşdirilməsi haqqında ətraflı...