Azərbaycan Respublikası prokurorluq orqanlarının hərbi prokurorluq işçiləri olmayan hərbi qulluqçularının aylıq pul təminatının artırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası prokurorluq orqanlarının hərbi prokurorluq işçiləri olmayan hərbi qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikası prokurorluq orqanlarının hərbi prokurorluq işçiləri olmayan hərbi qulluqçularının aylıq vəzifə maaşlarına həmin maaşın 20 faizi məbləğində əlavə müəyyən edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Hərbi Prokurorluğu və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsünlər.
4. Bu Fərman 2022-ci il yanvarın 1-dən tətbiq edilir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 fevral 2022-ci il
8 Fevral 2022, 07:0224 Dekabr 2012, 21:12
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası ətraflı...