“Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 27 dekabr tarixli 464-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 297 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 27 dekabr tarixli 464-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 65.5, 118.20, 131.4, 159.1, 159.2 (birinci halda), 161.2, 161.4, 162.1 – 162.3, 163.1 – 163.3, 164.3-1, 166.1, 166.2-1, 186, 187.1-1, 193, 194.1 (hər üç halda), 194.2, 194.3 (birinci və ikinci hallarda), 195.1 və 195.2-ci (hər iki halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Məcəllənin 159.2-ci (ikinci halda) maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir;

1.3. həmin Məcəllənin 194.3-cü (üçüncü halda) maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir;

1.4. həmin Məcəllənin 65.5, 161.4, 162.3, 163.3, 166.2-1, 187.1-1, 194.1 (üçüncü halda), 194.2 və 194.3-cü (ikinci halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzərdə tutulur;

1.5. həmin Məcəllənin 118.20-ci və 131.4-cü maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzərdə tutulur;

1.6. həmin Məcəllənin 159.1, 164.3-1, 166.1, 193 və 195.1-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdәki konsulluq idarələri nəzərdə tutulur;

1.7. həmin Məcəllənin 159.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdәki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə nikahın bağlanmasının, doğumun və ölümün qeydiyyatı üzrə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri nəzərdə tutulur;

1.8. həmin Məcəllənin 161.2, 163.1, 163.2 və 195.2-ci (ikinci halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri nəzərdə tutulur;

1.9. həmin Məcəllənin 162.1, 162.2 və 186-cı maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdәki konsulluq idarələri nəzərdə tutulur;

1.10. həmin Məcəllənin 194.1-ci (birinci və ikinci hallarda) və 194.3-cü (birinci halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi nəzərdə tutulur;

1.11. həmin Məcəllənin 195.2-ci (birinci halda) maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdәki konsulluq idarələri nəzərdə tutulur.

2. “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 297 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3, maddə 164, 2002, № 7, maddə 412, № 8, maddə 478, № 12, maddə 716; 2003, № 6, maddə 290; 2004, № 7, maddə 526; 2006, № 12, maddə 1034; 2007, № 3, maddə 226, № 11, maddə 1105; 2010, № 5, maddə 393, № 7, maddə 613, № 8, maddə 722; 2019, № 5, maddə 818, № 12, maddə 1930; 2021, № 6 (I kitab), maddə 565) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.1. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 51.7, 65.5, 115.4-cü (birinci halda), 115.7-ci, 118.20, 131.4, 159.1, 159.2 (birinci halda), 161.2, 161.4, 162.1 – 162.3, 163.1 – 163.3, 164.3-1, 166.1, 166.2-1, 166.3 (hər üç halda), 166.4 (hər üç halda), 186, 187.1-1, 193, 194.1 (hər üç halda), 194.2, 194.3 (birinci və ikinci hallarda), 195.1 və 195.2-ci (hər iki halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;”;

2.2. 2.3-cü bəndə “156.2-ci” sözlərindən sonra “, 159.2-ci (ikinci halda)” sözləri əlavə edilsin;

2.3. aşağıdakı məzmunda 2.3-1-ci bənd əlavə edilsin:

“2.3-1. həmin Məcəllənin 65.5, 161.4, 162.3, 163.3, 166.2-1, 187.1-1, 194.1 (üçüncü halda), 194.2 və 194.3-cü (ikinci halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzərdə tutulur;”;

2.4. 2.4-cü bənddən “65.5,”, “159.1, 159.2,”, “161.2,”, “162.1,”, “162.2,”, “163.1,”, “163.2,” rəqəmləri və “rayon (şəhər)” sözləri çıxarılsın;

2.5. aşağıdakı məzmunda 2.4-1 ─ 2.4-4-cü bəndlər əlavə edilsin:

“2.4-1. həmin Məcəllənin 161.2, 163.1, 163.2 və 195.2-ci (ikinci halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri nəzərdə tutulur;

2.4-2. həmin Məcəllənin 162.1, 162.2-ci və 186-cı maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdәki konsulluq idarələri nəzərdə tutulur;

2.4-3. həmin Məcəllənin 159.1, 164.3-1, 166.1, 193 və 195.1-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdәki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə nikahın bağlanmasının, doğumun və ölümün qeydiyyatı üzrə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri nəzərdə tutulur;

2.4-4. həmin Məcəllənin 159.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdәki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə nikahın bağlanmasının, doğumun və ölümün qeydiyyatı üzrə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri nəzərdə tutulur;”;

2.6. 2.5-ci bənddən “159.1,” rəqəmləri çıxarılsın;

2.7. 2.6-cı bənddə “158.2, 159.2 və 166.2-ci maddələrində” sözləri “158.2-ci maddəsində” sözləri ilə əvəz edilsin;

2.8. 2.7-ci və 2.16-cı bəndlərdən “rayon (şəhər)” sözləri çıxarılsın;

2.9. 2.10-cu bənd ləğv edilsin;

2.10. 2.12-ci bənddə “nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini” sözləri “orqan (qurum)” dedikdə” sözləri ilə, “həyata keçirirlər” sözləri “nəzərdə tutulur” sözləri ilə əvəz edilsin;

2.11. aşağıdakı məzmunda 2.12-1-ci və 2.12-2-ci bəndlər əlavə edilsin:

“2.12-1. həmin Məcəllənin 194.3-cü (üçüncü halda) maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir;

2.12-2. həmin Məcəllənin 194.1-ci (birinci və ikinci hallarda) və 194.3-cü (birinci halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi nəzərdə tutulur;”;

2.12. 2.16-cı bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.17-ci bənd əlavə edilsin:

“2.17. həmin Məcəllənin 195.2-ci (birinci halda) maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdәki konsulluq idarələri nəzərdə tutulur.”.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 27 dekabr tarixli 464-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 yanvar 2022-ci il

1 Fevral 2022, 08:02

http://www.azertag.az

651—660 / 10511

1 İyun 2022, 08:06

Azərbaycan Respublikası Prezidentinin “Rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2021-ci il 27 aprel tarixli 1325 nömrəli, “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsin yaradılması haqqında” 2021-ci il 27 aprel tarixli 1326 nömrəli, “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Rusiya Federasiyasının Rəqəmli İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi arasında rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə” 2021-ci il 26 iyun tarixli 1383 nömrəli və “e-KOB evi” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2021-ci il 9 avqust tarixli 1415 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

1 İyun 2022, 08:06

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2020-ci il 12 fevral tarixli 1815 nömrəli, “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 2020-ci il 13 fevral tarixli 1816 nömrəli, “Açıq hökumətin təşviqinə dair 2020–2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” 2020-ci il 27 fevral tarixli 1859 nömrəli, “İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) üzrə Azərbaycan Respublikası Milli Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” 2020-ci il 13 mart tarixli 1937 nömrəli və “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020–2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” 2020-ci il 22 iyul tarixli 2173 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

1 İyun 2022, 08:06

Azərbaycan Respublikası Prezidentinin “2007-ci il fevralın 7-də Tbilisi şəhərində imzalanmış “Bakı-Tbilisi-Qars” yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda - Türkiyə Respublikası sərhədinə qədər (Kartsaxi) dəmir yolu sahəsinin maliyyələşdirilməsi, layihələndirilməsi, inşası, reabilitasiya-rekonstruksiyası və istismarının prinsip və şərtləri haqqında Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında Saziş” üzrə Azərbaycan Respublikası Hökuməti tərəfindən səlahiyyətli orqanın müəyyən edilməsi barədə” 2007-ci il 13 iyun tarixli 2222 nömrəli, “Azərbaycan Respublikası ilə Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” 2007-ci il 20 iyun tarixli 2236 nömrəli və “Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Dağıstan Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi haqqında” 2007-ci il 3 iyul tarixli 2283 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

1 İyun 2022, 08:06

Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı   ətraflı...

25 May 2022, 16:05

“AzərbaycanRespublikasınındövlətbüdcəsinintərkibində “Avtomobilyolları” MəqsədliBüdcə Fondununyaradılması haqqında” AzərbaycanRespublikası Prezidentinin 2006-cı il 12 oktyabrtarixli 1729 nömrəliSərəncamındadəyişiklikedilməsibarədə AzərbaycanRespublikası PrezidentininSərəncamı   ətraflı...

25 May 2022, 16:05

“Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

25 May 2022, 16:05

“Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Latviya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

25 May 2022, 08:05

C.Q. Qurbanovun “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

25 May 2022, 08:05

C.Q. Qurbanovun Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

25 May 2022, 07:05

S.Q.Məmmədovun Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...