“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 20 dekabr tarixli 435-VIQD nömrəli Qanununun tətbiqi və “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 8 oktyabr tarixli 438 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 20 dekabr tarixli 435-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin 3-cü hissəsinin birinci abzasının ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 41-ci maddəsinin 3-cü hissəsinin birinci abzasının ikinci cümləsində “qurum” dedikdə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi nəzərdə tutulur.
2. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 8 oktyabr tarixli 438 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 3, maddə 168; 2009, № 8, maddə 630; 2018, № 6, maddə 1211; 2021, № 3, maddə 226, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 noyabr tarixli 2983 nömrəli Sərəncamı) 2.1-ci və 2.3-cü bəndlərində “birinci bəndində, ikinci bəndinin” sözləri “birinci və ikinci abzaslarının” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 20 dekabr tarixli 435-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 yanvar 2022-ci il
11 Yanvar 2022, 16:014 Sentyabr 2014, 09:09
Rəcəb Tayyib Ərdoğanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
3 Sentyabr 2014, 09:09
Bakı şəhərində “Gənclər siyasəti üzrə Birinci Qlobal Forum”un və Kompyuter Oyunları üzrə VI Dünya Çempionatının keçirilməsi ilə bağlı tədbirlər haqqında ətraflı...
3 Sentyabr 2014, 09:09
N.M. Quliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
2 Sentyabr 2014, 09:09
H.Z. Həsənovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
2 Sentyabr 2014, 09:09
Çin Xalq Respublikasının Nankin şəhərində keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında ətraflı...
1 Sentyabr 2014, 12:09
"Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası"nın təsdiq edilməsi barədə ətraflı...
1 Sentyabr 2014, 09:09
Füzuli rayonunun Birinci və On birinci Qayıdış qəsəbələrarası avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında ətraflı...
1 Sentyabr 2014, 09:09
Füzuli rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında ətraflı...
1 Sentyabr 2014, 09:09
Beyləqan rayonunun Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
1 Sentyabr 2014, 09:09
Beyləqan rayonunda Olimpiya İdman Kompleksinin tikintisi ilə bağlı tədbirlər haqqında ətraflı...