"Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 25 sentyabr tarixli 263 nömrəli qərarında dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 228
Bakı şəhəri, 14 iyul 2014-cü il
"Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 25 sentyabr tarixli 263 nömrəli qərarında dəyişikliklər edilməsi barədə
"Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 7 may tarixli 160 nömrəli Fərmanının 4.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 25 sentyabr tarixli 263 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, №9, maddə 1138) ilə təsdiq edilmiş 14 nömrəli əlavə - "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun işçilərinin aylıq vəzifə maaşlarının sxemi"ndə aşağıdakı dəyişikliklər edilsin:
1.1. adına "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun," sözlərindən sonra "Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun," sözləri əlavə edilsin;
1.2. aşağıdakı redaksiyada "Qeyd." hissəsi əlavə edilsin:
"Qeyd. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 7 may tarixli 160 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Nizamnaməsi"nin 6.4-cü bəndinə uyğun olaraq Fondun icraçı direktorunun aylıq vəzifə maaşı Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir.".
2. Bu qərar 2014-cü il iyunun 1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
16 İyul 2014, 09:0718 Mart 2014, 09:03
“Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ətraflı...
18 Mart 2014, 09:03
“Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 yanvar tarixli 183 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında ətraflı...
18 Mart 2014, 09:03
F.N.Ələkbərova III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsinin verilməsi haqqında ətraflı...
18 Mart 2014, 09:03
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif edilməsi haqqında ətraflı...
18 Mart 2014, 09:03
M.İ.Mədətovun “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsindən azad edilməsi haqqında ətraflı...
18 Mart 2014, 09:03
Z.H.Hüseynovun Sumqayıt Şəhər Məhkəməsinin hakimi və həmin məhkəmənin sədri təyin edilməsi haqqında ətraflı...
18 Mart 2014, 09:03
A.A. Hacıyevin Bakı Slavyan Universitetinin rektoru təyin edilməsi haqqında ətraflı...
18 Mart 2014, 08:03
E.K.Aslanovun Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsindən azad edilməsi haqqında ətraflı...
17 Mart 2014, 09:03
Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinin keçirilməsi haqqında ətraflı...
17 Mart 2014, 08:03
Naxçıvan Muxtar Respublikasında “Arpaçay-2” Su Elektrik Stansiyasının tikintisinin maliyyələşdirilməsi haqqında ətraflı...