Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Büdcənin ümumi göstəriciləri
Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsinin gəlirləri 5 306 770 072,0 manat, xərcləri 5 306 770 072,0 manat məbləğində təsdiq edilir.
Maddə 2. Gəlirlər
Müəyyən edilsin ki, 2022-ci ildə dövlət sosial müdafiə fondunun gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:
|
Gəlirlərin mənbələri |
Məbləğ (manatla) |
1. |
Məcburi dövlət sosial sığorta haqları, cəmi o cümlədən: |
4 148 202 903,0 |
1.1. |
büdcədən maliyyələşən təşkilatlar üzrə |
1 504 298 579,0 |
1.2. |
büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə |
205 131 624,0 |
1.3. |
qeyri-büdcə sektoru üzrə o cümlədən: |
2 438 772 700,0 |
1.3.1. |
sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə |
60 000 000,0 |
2. |
Sair gəlirlər, cəmi o cümlədən: |
12 600 000,0 |
2.1. |
sanatoriya-kurort yollayışlarının qismən dəyəri üzrə daxilolmalar |
2 060 000,0 |
3. |
Dövlət sosial müdafiə fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait |
1 145 967 169,0 |
Maddə 3. Xərclər
Müəyyən edilsin ki, dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsinin xərcləri aşağıdakı istiqamətlərdə həyata keçirilir:
|
Xərclərin istiqamətləri |
Məbləğ (manatla) |
1. |
Əhaliyə ödənişlər üzrə xərclər |
5 133 000 000,0 |
1.1. |
əmək pensiyalarının ödənilməsi xərcləri |
4 951 000 000,0 |
1.2. |
məcburi dövlət sosial sığorta haqları hesabına müavinət xərcləri |
182 000 000,0 |
1.2.1. |
əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə |
52 000 000,0 |
1.2.2. |
hamiləliyə və doğuma görə |
50 000 000,0 |
1.2.3. |
uşağın anadan olmasına görə |
20 000 000,0 |
1.2.4. |
3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar |
15 000 000,0 |
1.2.5. |
dəfn üçün |
45 000 000,0 |
2. |
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası xətti ilə sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə xərclər |
21 500 000,0 |
3.
|
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əhaliyə sosial sahədə xidmətlərin təşkili üzrə fəaliyyətinin müştərək maliyyələşdirilməsi xərcləri, eləcə də pensiya və müavinətlər üzrə bank əməliyyatlarının aparılması və sair xidmət haqları xərcləri |
48 700 000,0 |
4. |
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aparatının və digər struktur bölmələrinin saxlanılması xərcləri |
102 905 072,0 |
5. |
Beynəlxalq təşkilatlara üzvlük haqlarının ödənilməsi xərcləri |
65 000,0 |
5.1. |
Beynəlxalq Sosial Təminat Assosiasiyasına üzvlük haqqının ödənilməsi xərcləri |
35 000,0 |
5.2. |
Pensiya və Sosial Fondların Beynəlxalq Assosiasiyasına üzvlük haqqının ödənilməsi xərcləri |
30 000,0 |
6. |
Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında 2004-cü il 23 sentyabr tarixində imzalanmış “İnkişaf üçün Kredit Sazişi”nə əsasən “Pensiya və sosial təminat” layihəsi üzrə kreditin qaytarılması xərcləri |
600 000,0 |
Maddə 4. Qalıqlardan istifadə
Dövlət sosial müdafiə fondunun (o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aparatının və digər struktur bölmələrinin) hesablarında ilin sonuna qalan vəsait növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir.
Maddə 5. Büdcə təşkilatları üzrə sosial sığorta haqları üzrə daxilolmaların tənzimlənməsi
Büdcə ili ərzində dövlət büdcəsindən maliyyələşən təşkilatlara nəzərdə tutulmuş məcburi dövlət sosial sığorta haqları üzrə vəsaitlər dövlət sosial müdafiə fonduna tam məbləğdə daxil olmadıqda, dövlət sosial müdafiə fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin məbləği nəzərdə tutulmuş və faktiki hesablanmış məcburi dövlət sosial sığorta haqları arasındakı fərq qədər artırılır, artıq daxil olduqda isə nəzərdə tutulmuş və faktiki hesablanmış məcburi dövlət sosial sığorta haqları arasındakı fərq qədər azaldılır.
Maddə 6. Qanunun qüvvəyə minməsi
Bu Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 dekabr 2021-ci il
24 Dekabr 2021, 08:1214 Sentyabr 2018, 08:09
Tədris mərkəzinin yaradılması və kadr hazırlığı layihəsinin icrası ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
14 Sentyabr 2018, 08:09
A.C.Məlikovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
12 Sentyabr 2018, 08:09
Azərbaycanda dini icmaların maddi-texniki təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
12 Sentyabr 2018, 08:09
Sabirabad rayonunun Dadaşbəyli–Çöl Ağaməmmədli–Xankeçən–Salmanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
11 Sentyabr 2018, 08:09
İsmayıllı rayonunun İvanovka kənd Mədəniyyət Sarayının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
11 Sentyabr 2018, 08:09
Şabran rayonunun Şabran–Əmirxanlı–Qazbabalı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
10 Sentyabr 2018, 09:09
Hacıqabul rayonunun Bakı–Ələt–Qazax–Gürcüstanla dövlət sərhədi (103 km)–Navahı–Pirsaat avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
10 Sentyabr 2018, 09:09
Zərdab rayonunun Zərdab–Qaravəlli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
21 Avqust 2018, 07:08
Azərbaycan Respublikası Хüsusi Dövlət Mühafizə Хidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
21 Avqust 2018, 07:08
Cəlilabad rayonunun Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi (143 km)–Maşlıq–Muğan–Söyüdlü–Kazımabad–Göytəpə–Privolnoye–Ağdaş–Soyuqbulaq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...