Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 yanvar tarixli 1257 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:
1. “İqtisadi Zonaların İnkişafı Agentliyinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).
2. Müəyyən edilsin ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin (bundan sonra – Agentlik) nizamnamə fondu 60 500 000.0 (altmış milyon beş yüz min) manat təşkil edir və aşağıdakı mənbələr hesabına formalaşdırılır:
2.1. 60 (altmış) milyon manatı Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 13 mart tarixli 2534 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.3.3-cü yarımbəndində Agentliyin nizamnamə kapitalının artırılması üçün müəyyən edilmiş vəsait hesabına;
2.2. 500 (beş yüz) min manatı “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalı hesabına.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 2.1-ci bəndində nəzərdə tutulan maliyyələşməni təmin etsin.
5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:
5.1. Agentliyin strukturunu, əməyin ödənişi fondunu, işçilərin say həddini və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini bir ay müddətində təsdiq etsin;
5.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 dekabr 2021-ci il
22 Dekabr 2021, 07:128 Dekabr 2016, 10:12
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ətraflı...
8 Dekabr 2016, 10:12
“Kredit büroları haqqında” Azərbaycan Respublikasının 2016-cı il 28 oktyabr tarixli 384-VQ nömrəli Qanununun tətbiqi barədə ətraflı...
8 Dekabr 2016, 10:12
Kredit büroları haqqında ətraflı...
8 Dekabr 2016, 10:12
“Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 28 oktyabr tarixli 382-VQD nömrəli Qanununun tətbiqi və “Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununun tətbiqi və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli Fərmanının ləğvi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 554 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə ətraflı...
8 Dekabr 2016, 10:12
“Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə ətraflı...
8 Dekabr 2016, 10:12
Ağdam rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında ətraflı...
7 Dekabr 2016, 09:12
“Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli 535 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə ətraflı...
7 Dekabr 2016, 09:12
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 mart tarixli 723 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Bayrağı haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə ətraflı...
7 Dekabr 2016, 09:12
Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında ətraflı...
7 Dekabr 2016, 09:12
Tərtər şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında ətraflı...