Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında

Azərbaycan Respublikasının Qanunu

 “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Maddə 1. Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə aşağıdakı yeni bələdiyyələr yaradılsın:

1. Ağcabədi rayonu üzrə:

1) Mirzəhaqverdili və Yuxarı Qiyaməddinli bələdiyyələrinin əhatə etdiyi Mirzəhaqverdili və Qiyaməddinli kəndlərində Yuxarı Qiyaməddinli bələdiyyəsi.

2. Ağdaş rayonu üzrə:

1) Ağzıbir və Pirəzə bələdiyyələrinin əhatə etdiyi Ağzıbir, Qaraoğlan və Pirəzə kəndlərində Pirəzə bələdiyyəsi;

2) Aşağı Nemətabad və Qəribli bələdiyyələrinin əhatə etdiyi Aşağı Nemətabad, Qəribli və Yenikənd kəndlərində Aşağı Nemətabad bələdiyyəsi;

3) Binələr və Güvəkənd bələdiyyələrinin əhatə etdiyi Binələr, Davudlu, Əmirarx və Güvəkənd kəndlərində Güvəkənd bələdiyyəsi;

4) Birinci Aral və Xosrov bələdiyyələrinin əhatə etdiyi Birinci Aral, Xosrov, İkinci Aral və Sadavat kəndlərində Xosrov bələdiyyəsi;

5) Cardam və Kotanarx bələdiyyələrinin əhatə etdiyi Cardam, Kotanarx və Nehrəxəlil kəndlərində Kotanarx bələdiyyəsi;

6) Dəhnəxəlil və Yuxarı Ağcayazı bələdiyyələrinin əhatə etdiyi Türyançay qəsəbəsində və Aşağı Ağcayazı, Dəhnəxəlil, Yuxarı Ağcayazı kəndlərində Dəhnəxəlil bələdiyyəsi;

7) Eymur və Qaradeyin bələdiyyələrinin əhatə etdiyi Ağcaqovaq, Eymur, Ərəbşəki və Qaradeyin kəndlərində Eymur bələdiyyəsi;

8) Ərəb və Kükəl bələdiyyələrinin əhatə etdiyi Ərəb, Hüşün və Kükəl kəndlərində Kükəl bələdiyyəsi;

9) Ərəbocağı və Pirkəkə bələdiyyələrinin əhatə etdiyi Ərəbocağı və Pirkəkə kəndlərində Pirkəkə bələdiyyəsi;

10) Korarx və Qolqəti bələdiyyələrinin əhatə etdiyi Cüvə, Korarx və Qolqəti kəndlərində Qolqəti bələdiyyəsi;

11) Qarağan Şıxlar və Yuxarı Qəsil bələdiyyələrinin əhatə etdiyi Bulaqotağı, Qarağan Sədi, Qarağan Şıxlar və Yuxarı Qəsil kəndlərində Yuxarı Qəsil bələdiyyəsi;

12) Qoşaqovaq və Şəkili bələdiyyələrinin əhatə etdiyi Qoşaqovaq və Şəkili kəndlərində Qoşaqovaq bələdiyyəsi;

13) Qulbəndə və Şordəhnə bələdiyyələrinin əhatə etdiyi Aşağı Qəsil, Bəylik, Qulbəndə, Orta Qəsil və Şordəhnə kəndlərində Qulbəndə bələdiyyəsi;

14) Mürsəl və Şıxlı bələdiyyələrinin əhatə etdiyi Qarasuqumlaq, Mürsəl və Şıxlı kəndlərində Mürsəl bələdiyyəsi;

15) Şəmsabad və Tofiqi bələdiyyələrinin əhatə etdiyi Əmirmahmud, Qarağan Saatlı, Şəmsabad və Tofiqi kəndlərində Şəmsabad bələdiyyəsi.

3. Ağsu rayonu üzrə:

1) Gürcüvan və Yenilik bələdiyyələrinin əhatə etdiyi Elabad, Girdə, Gursulu, Gürcüvan, Hinqar, Kəndaxan, Kövlüc, Yenikənd və Yenilik kəndlərində Gürcüvan bələdiyyəsi.

4. Astara rayonu üzrə:

1) Kijəbə, Ojakəran və Tüləküvan bələdiyyələrinin əhatə etdiyi Kijəbə qəsəbəsində və Burzubənd, Xıçaso, Noyabud, Ojakəran, Ovala, Sipiyaəlfətik, Şəmətük, Tüləküvan, Vənəşikəş kəndlərində Kijəbə bələdiyyəsi;

2) Maşxan və Təngərüd bələdiyyələrinin əhatə etdiyi Maşxan və Təngərüd kəndlərində Təngərüd bələdiyyəsi.

5. Balakən rayonu üzrə:

1) Gərəkli və Poştbinə bələdiyyələrinin əhatə etdiyi Çorçorbinə, Gərəkli, Mazımçay və Poştbinə kəndlərində Gərəkli bələdiyyəsi;

2) Qasbinə və Mahamalar bələdiyyələrinin əhatə etdiyi Qaracabinə, Qasbinə, Mahamalar və Solban kəndlərində Mahamalar bələdiyyəsi.

6. Bərdə rayonu üzrə:

1) Lənbəran və Təhlə bələdiyyələrinin əhatə etdiyi Lənbəran və Təhlə kəndlərində Lənbəran bələdiyyəsi.

7. Füzuli rayonu üzrə:

1) 1 №-li Qayıdış, 2 №-li Qayıdış, 3 №-li Qayıdış, 4 №-li Qayıdış və 5 №-li Qayıdış bələdiyyələrinin əhatə etdiyi 1 №-li Qayıdış, 2 №-li Qayıdış, 3 №-li Qayıdış, 4 №-li Qayıdış və 5 №-li Qayıdış qəsəbələrində 3 №-li Qayıdış bələdiyyəsi;

2) 6 №-li Qayıdış, 7 №-li Qayıdış, 8 №-li Qayıdış, 9 №-li Qayıdış, 10 №-li Qayıdış və 11 №-li Qayıdış bələdiyyələrinin əhatə etdiyi 6 №-li Qayıdış, 7 №-li Qayıdış, 8 №-li Qayıdış, 9 №-li Qayıdış, 10 №-li Qayıdış və 11 №-li Qayıdış qəsəbələrində 8 №-li Qayıdış bələdiyyəsi;

3) Birinci Zobucuq və Beşinci Zobucuq bələdiyyələrinin əhatə etdiyi Birinci Zobucuq, İkinci Zobucuq, Üçüncü Zobucuq, Dördüncü Zobucuq və Beşinci Zobucuq qəsəbələrində Zobucuq bələdiyyəsi.

8. Gədəbəy rayonu üzrə:

1) Arıqdam və Qaradağ bələdiyyələrinin əhatə etdiyi Arıqdam, Daşbulaq və Qaradağ kəndlərində Arıqdam bələdiyyəsi;

2) Arıqıran və İnəkboğan bələdiyyələrinin əhatə etdiyi Arıqıran, Əyrivəng, İnəkboğan, Kərimli, Köhnəqışlaq və Qasımlı kəndlərində Arıqıran bələdiyyəsi;

3) Böyük Qaramurad və Qaraməmmədli bələdiyyələrinin əhatə etdiyi Ataxal, Böyük Qaramurad, Əmir, Hacıalılar, Heriknaz, Kələman, Kəsəmən, Qaraməmmədli, Qızıltorpaq, Qozqaralı, Qurudərə, Poladlı və Toplar kəndlərində Qaraməmmədli bələdiyyəsi;

4) Çalburun və Miskinli bələdiyyələrinin əhatə etdiyi Çalburun, Qalakənd, Miskinli və Plankənd kəndlərində Miskinli bələdiyyəsi;

5) Dəyəqarabulaq və Düzyurd bələdiyyələrinin əhatə etdiyi Aytala, Dəyəqarabulaq, Düzyurd, Günəşli və Musayal kəndlərində Düzyurd bələdiyyəsi;

6) Dəyirmandağ və Kiçik Qaramurad bələdiyyələrinin əhatə etdiyi Dəyirmandağ, Hacıələkbərli, Kiçik Qaramurad, Köhnəkənd, Qarovultomba, Qurudərə, Leşkər, Parakənd və Sarıköynək kəndlərində Kiçik Qaramurad bələdiyyəsi;

7) Düz Rəsullu və Şınıx bələdiyyələrinin əhatə etdiyi Bəydəmirli, Çay Rəsullu, Düz Rəsullu, Gərməşöylü, Göyəlli, Göyəmli, Hüseynqulular, Kollu, Rəhimli, Şınıx, Təkyemişan və Turşsu kəndlərində Düz Rəsullu bələdiyyəsi;

8) Ərtəpə və Söyüdlü bələdiyyələrinin əhatə etdiyi Ərtəpə, Pirbulaq, Soyuqbulaq və Söyüdlü kəndlərində Söyüdlü bələdiyyəsi;

9) Gərgər və Şəkərbəy bələdiyyələrinin əhatə etdiyi Əmiraslanlı, Gərgər, Gödəkdərə, Heydərli, Qarıkənd, Qasımağalı, Sarıhəsənli, Şəkərbəy, Yaqublu və Yenikənd kəndlərində Gərgər bələdiyyəsi;

10) Xarxar və Zəhmətkənd bələdiyyələrinin əhatə etdiyi Xarxar, Qarabulaq və Zəhmətkənd kəndlərində Zəhmətkənd bələdiyyəsi;

11) Novoivanovka və Şahdağ bələdiyyələrinin əhatə etdiyi Arabaçı, Çobankənd, Novoivanovka, Şahdağ və Yenikənd kəndlərində Novoivanovka bələdiyyəsi.

9. Goranboy rayonu üzrə:

1) Aşağı Ağcakənd və Börü bələdiyyələrinin əhatə etdiyi Aşağı Ağcakənd, Yuxarı Ağcakənd qəsəbələrində və Börü, Meşəli, Yuxarı Ballıqaya kəndlərində Aşağı Ağcakənd bələdiyyəsi;

2) Əlirzalı və Xan Qərvənd bələdiyyələrinin əhatə etdiyi Əlirzalı və Xan Qərvənd kəndlərində Xan Qərvənd bələdiyyəsi;

3) Mənəşli və Todan bələdiyyələrinin əhatə etdiyi Erkeç, Mənəşli və Todan kəndlərində Todan bələdiyyəsi;

4) Sarov və Yəhərçi Qazaxlar bələdiyyələrinin əhatə etdiyi Sarov və Yəhərçi Qazaxlar kəndlərində Sarov bələdiyyəsi.

10. Göygöl rayonu üzrə:

1) Tulallar və Zurnabad bələdiyyələrinin əhatə etdiyi Aşağı Zurnabad qəsəbəsində və Gəncə, Tulallar, Zurnabad kəndlərində Zurnabad bələdiyyəsi.

11. Xaçmaz rayonu üzrə:

1) Bostançı və Dədəli bələdiyyələrinin əhatə etdiyi Bostançı, Dədəli, Hacıabdurəhimoba, Kiçik Baraxum, Nağıoba, Palıdlı və Sibiroba kəndlərində Bostançı bələdiyyəsi;

2) Susayqışlaq və Şollar bələdiyyələrinin əhatə etdiyi Çaxçaxlı, Maqsudkənd, Pərdiqıran, Susayqışlaq və Şollar kəndlərində Susayqışlaq bələdiyyəsi.

12. Qax rayonu üzrə:

1) Əlibəyli və İngiloy Kötüklü bələdiyyələrinin əhatə etdiyi Əlibəyli, İbaxlı və İngiloy Kötüklü kəndlərində Əlibəyli bələdiyyəsi;

2) Qaxbaş və Qax İngiloy bələdiyyələrinin əhatə etdiyi Bağtala, Xələftala, Keşqutan, Kiçik Alatəmir, Qaxbaş, Qax İngiloy, Qımırlı və Uzuntala kəndlərində Qaxbaş bələdiyyəsi.

13. Qəbələ rayonu üzrə:

1) Abrıx və Tikanlı bələdiyyələrinin əhatə etdiyi Abrıx, Dandıx və Tikanlı kəndlərində Tikanlı bələdiyyəsi;

2) Bayramkoxalı və Mamaylı bələdiyyələrinin əhatə etdiyi Bayramkoxalı, Mamaylı və Ovcullu kəndlərində Bayramkoxalı bələdiyyəsi;

3) Bılıx, Məlikli və Siləyli bələdiyyələrinin əhatə etdiyi Bılıx, Siləyli və Məlikli kəndlərində Məlikli bələdiyyəsi;

4) Böyük Pirəli və Kiçik Pirəli bələdiyyələrinin əhatə etdiyi Böyük Pirəli və Kiçik Pirəli kəndlərində Böyük Pirəli bələdiyyəsi;

5) Bunud, Həzrə və Məmmədağalı bələdiyyələrinin əhatə etdiyi Bunud, Həzrə və Məmmədağalı kəndlərində Bunud bələdiyyəsi;

6) Cığatelli, Həmzəli və Xırxatala bələdiyyələrinin əhatə etdiyi Cığatelli, Həmzəli və Xırxatala kəndlərində Cığatelli bələdiyyəsi;

7) Çarxana, Hacıalılı, Şamlı və Şəfili bələdiyyələrinin əhatə etdiyi Çarxana, Hacıalılı, Şamlı və Şəfili kəndlərində Hacıalılı bələdiyyəsi;

8) Çuxur Qəbələ və Tövlə bələdiyyələrinin əhatə etdiyi Çuxur Qəbələ və Tövlə kəndlərində Çuxur Qəbələ bələdiyyəsi;

9) Daşca və Zarağan bələdiyyələrinin əhatə etdiyi Daşca və Zarağan kəndlərində Zarağan bələdiyyəsi;

10) Dizaxlı, Yeni Dizaxlı və Zirik bələdiyyələrinin əhatə etdiyi Dizaxlı, Sarıhacallı, Yeni Dizaxlı və Zirik kəndlərində Yeni Dizaxlı bələdiyyəsi;

11) İmamlı və Mirzəbəyli bələdiyyələrinin əhatə etdiyi Corlu, İmamlı və Mirzəbəyli kəndlərində Mirzəbəyli bələdiyyəsi;

12) Kiçik Əmili, Sırt Yengicə və Zalam bələdiyyələrinin əhatə etdiyi Kiçik Əmili, Mollaşıxalı, Sırt Yengicə və Zalam kəndlərində Zalam bələdiyyəsi;

13) Kötüklü və Mıxlıqovaq bələdiyyələrinin əhatə etdiyi Kötüklü, Mıxlıqovaq və Solquca kəndlərində Mıxlıqovaq bələdiyyəsi;

14) Kürd və Qaradeyin bələdiyyələrinin əhatə etdiyi Kürd və Qaradeyin kəndlərində Kürd bələdiyyəsi;

15) Quşlar və Savalan bələdiyyələrinin əhatə etdiyi Bəyli, Quşlar və Savalan kəndlərində Quşlar bələdiyyəsi;

16) Seyidqışlaq və Vəndam bələdiyyələrinin əhatə etdiyi Vəndam qəsəbəsində və Seyidqışlaq kəndində Vəndam bələdiyyəsi;

17) Topbağ və Yenikənd bələdiyyələrinin əhatə etdiyi Topbağ və Yenikənd kəndlərində Yenikənd bələdiyyəsi;

18) Tüntül və Yengicə bələdiyyələrinin əhatə etdiyi Tüntül və Yengicə kəndlərində Tüntül bələdiyyəsi;

19) Uludaş və Yemişanlı bələdiyyələrinin əhatə etdiyi Uludaş və Yemişanlı kəndlərində Yemişanlı bələdiyyəsi.

14. Quba rayonu üzrə:

1) Alekseyevka və İqrığ bələdiyyələrinin əhatə etdiyi Alekseyevka, İqrığ və Qacar Zeyid kəndlərində Alekseyevka bələdiyyəsi;

2) Birinci Nügədi və Qaraçay bələdiyyələrinin əhatə etdiyi Qaraçay qəsəbəsində və Birinci Nügədi, Mirzəqışlaq kəndlərində Birinci Nügədi bələdiyyəsi;

3) Buduq və Yalavanc bələdiyyələrinin əhatə etdiyi Buduq, Dağüstü, Yalavanc və Zeyid kəndlərində Buduq bələdiyyəsi;

4) Dağlı-Qələdüz və Küpçal bələdiyyələrinin əhatə etdiyi Dağlı, Küpçal, Küsnət, Qələdüz, Qımıl və Üçgün kəndlərində Küpçal-Dağlı bələdiyyəsi.

15. Neftçala rayonu üzrə:

1) Bankə, Kürkənd və Neftçala bələdiyyələrinin əhatə etdiyi Neftçala şəhərində, Bankə qəsəbəsində və 2№-li Mayak və Kürkənd kəndlərində Neftçala bələdiyyəsi.

16. Samux rayonu üzrə:

1) Qaraarx və Qarayeri bələdiyyələrinin əhatə etdiyi Qaraarx, Qarayeri və Yenibağ qəsəbələrində Qarayeri bələdiyyəsi;

2) Sarıqamış və Seyidlər bələdiyyələrinin əhatə etdiyi Qədili, Sarıqamış və Seyidlər kəndlərində Seyidlər bələdiyyəsi.

17. Şamaxı rayonu üzrə:

1) Adnalı və Çarhan bələdiyyələrinin əhatə etdiyi Adnalı, Çarhan, Nüydi və Sabirli kəndlərində Çarhan bələdiyyəsi;

2) Çuxuryurd və Məlhəm bələdiyyələrinin əhatə etdiyi Çuxuryurd, Əngəxaran və Məlhəm kəndlərində Məlhəm bələdiyyəsi;

3) Həmyəli və İkinci Cabanı bələdiyyələrinin əhatə etdiyi Cabanı, Həmyəli, İkinci Cabanı və İkinci Çaylı kəndlərində İkinci Cabanı bələdiyyəsi;

4) Kələxana və Şəhriyar bələdiyyələrinin əhatə etdiyi Şəhriyar qəsəbəsində və Kələxana kəndində Şəhriyar bələdiyyəsi;

5) Kərkənc və Mədrəsə bələdiyyələrinin əhatə etdiyi Mədrəsə qəsəbəsində və Kərkənc kəndində Mədrəsə bələdiyyəsi;

6) Mərzəndiyə və Sabir bələdiyyələrinin əhatə etdiyi Sabir qəsəbəsində və Çıraqlı, Mərzəndiyə kəndlərində Sabir bələdiyyəsi;

7) Nağaraxana və Talışnuru bələdiyyələrinin əhatə etdiyi Nağaraxana və Talışnuru kəndlərində Nağaraxana bələdiyyəsi;

8) Saqiyan və Şərədil bələdiyyələrinin əhatə etdiyi Saqiyan, Şərədil və Şirvan kəndlərində Saqiyan bələdiyyəsi.

18. Şəmkir rayonu üzrə:

1) Çaykənd və Yeni Göyçə bələdiyyələrinin əhatə etdiyi Aşağı Çaykənd, Günəşli, Qaraqoyunlu, Varlı Həyat, Yeni Göyçə və Yuxarı Çaykənd kəndlərində Yeni Göyçə bələdiyyəsi;

2) Daşbulaq və İrmaşlı bələdiyyələrinin əhatə etdiyi Daşbulaq və İrmaşlı kəndlərində İrmaşlı bələdiyyəsi;

3) Qaracəmirli və Talış bələdiyyələrinin əhatə etdiyi Qaracəmirli və Talış kəndlərində Qaracəmirli bələdiyyəsi;

4) Qasımalılar və Şeidlər bələdiyyələrinin əhatə etdiyi Əhmədli, Göyməmmədli, Qasımalılar və Şeidlər kəndlərində Qasımalılar bələdiyyəsi.

19. Tərtər rayonu üzrə:

1) Buruc və Sarıcalı bələdiyyələrinin əhatə etdiyi Buruc, Güləbatlı, Sarıcalı və Zolgəran kəndlərində Buruc bələdiyyəsi;

2) Xoruzlu və Kəbirli bələdiyyələrinin əhatə etdiyi Bayandurlu, Xoruzlu və Kəbirli kəndlərində Xoruzlu bələdiyyəsi;

3) İrəvanlı və Soyulan bələdiyyələrinin əhatə etdiyi Hacallı, İrəvanlı, Qapanlı və Soyulan kəndlərində Soyulan bələdiyyəsi;

4) Kəngərli və Qaradağlı bələdiyyələrinin əhatə etdiyi Kəngərli, Qaradağlı və Təzəkənd kəndlərində Qaradağlı bələdiyyəsi.

20. Ucar rayonu üzrə:

1) Qaracallı və Pirkənd bələdiyyələrinin əhatə etdiyi Küçəkənd, Qaracallı və Pirkənd kəndlərində Qaracallı bələdiyyəsi.

21. Zaqatala rayonu üzrə:

1) Faldarlı və Qandax bələdiyyələrinin əhatə etdiyi Faldarlı və Qandax kəndlərində Qandax bələdiyyəsi;

2) Fındıqlı və Maqov bələdiyyələrinin əhatə etdiyi Abaəli, Fındıqlı, Höytala, Maqov, Paşan, Vöhtala və Yolayrıc kəndlərində Maqov bələdiyyəsi;

3) Gözbarax və Mamrux bələdiyyələrinin əhatə etdiyi Cimcimax, Ələsgər, Gözbarax və Mamrux kəndlərində Gözbarax bələdiyyəsi;

4) Kəpənəkçi və Yengiyan bələdiyyələrinin əhatə etdiyi Kəpənəkçi və Yengiyan kəndlərində Yengiyan bələdiyyəsi;

5) Mazıx və Uzuntala bələdiyyələrinin əhatə etdiyi Beretbinə, Cicibinə, Qəbizdərə, Mazıx və Uzuntala kəndlərində Mazıx bələdiyyəsi;

6) Muxax və Zəyəm bələdiyyələrinin əhatə etdiyi Muxax və Zəyəm kəndlərində Muxax bələdiyyəsi.

Maddə 2. Bu Qanunun 1-ci maddəsinə əsasən birləşən bələdiyyələrin səlahiyyət müddəti yeni yaradılan bələdiyyələrin birinci iclas günü başa çatır.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 30 may 2014-cü il.

 

15 İyul 2014, 10:07

http://www.azertag.net

10151—10160 / 10511

1 Aprel 2014, 16:04

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 28 sentyabr tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları"nda dəyişikliklər edilməsi barədə   ətraflı...

1 Aprel 2014, 16:04

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş "Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları"nda dəyişikliklər edilməsi barədə   ətraflı...

1 Aprel 2014, 16:04

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları"nda dəyişiklik edilməsi barədə   ətraflı...

1 Aprel 2014, 16:04

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş "İnzibati orqanların Təsnifatı"nda dəyişiklik edilməsi barədə   ətraflı...

1 Aprel 2014, 16:04

"Ekoloji təmiz kənd təsərrüfatı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 8 yanvar tarixli 5 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında   ətraflı...

1 Aprel 2014, 09:04

Gədəbəy rayonunun Qarıkənd-Miskinli-Çalburun və Qızıltorpaq-Ağbaşlar avtomobil yollarının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

31 Mart 2014, 09:03

Quba rayonunun Quba-Küpçal-Küsnət avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

27 Mart 2014, 10:03

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi haqqında   ətraflı...

28 Mart 2014, 09:03

Saatlı rayonunun Sımada-Qarayevkənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

27 Mart 2014, 10:03

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında   ətraflı...