“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiqi və Azərbaycan Respublikası Prezidentinin “N.Ə.Əmirovun “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri təyin edilməsi haqqında” 2017-ci il 6 noyabr tarixli 3348 nömrəli, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında” 2019-cu il 10 iyun tarixli 1226 nömrəli, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında” 2020-ci il 16 aprel tarixli 1989 nömrəli sərəncamlarının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 dekabr tarixli 1704 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 5.2-ci bəndinə uyğun olaraq qərara alıram:
1. “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilsin:
Müşahidə Şurasının sədri
Natiq Əmirov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi –
Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri
şöbəsinin müdiri
Müşahidə Şurasının üzvləri
İnam Kərimov – Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri
Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri
Xalid Əhədov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin
köməkçisi
Elman Rüstəmov – Azərbaycan Respublikası Mərkəzi Bankının sədri.
2. “N.Ə.Əmirovun “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 noyabr tarixli 3348 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2057) ləğv edilsin.
3. “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 10 iyun tarixli 1226 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 6, maddə 1064) ləğv edilsin.
4. “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 16 aprel tarixli 1989 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 4, maddə 454) ləğv edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 dekabr 2021-ci il
4 Dekabr 2021, 16:12
8 Fevral 2016, 09:02
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə ətraflı...
8 Fevral 2016, 09:02
F.N.Ələkbərova general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında ətraflı...
8 Fevral 2016, 09:02
Yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında ətraflı...
8 Fevral 2016, 09:02
Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında ətraflı...
8 Fevral 2016, 09:02
Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında ətraflı...
8 Fevral 2016, 09:02
Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının Tərkibi ətraflı...
8 Fevral 2016, 09:02
Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası haqqında ətraflı...
8 Fevral 2016, 09:02
Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının yaradılması haqqında ətraflı...
8 Fevral 2016, 09:02
“Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi barədə ətraflı...
8 Fevral 2016, 09:02
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında ətraflı...