“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740; 2002, № 12, maddə 706; 2003, № 1, maddə 23, № 8, maddə 428, № 12 (I kitab), maddələr 676, 698; 2005, № 1, maddə 1, № 6, maddə 462, № 8, maddə 684, № 10, maddələr 873, 905, № 12, maddə 1083; 2006, № 3, maddələr 223, 225, № 6, maddə 481, № 12, maddələr 1015, 1029; 2007, № 2, maddə 80, № 12, maddə 1203; 2008, № 3, maddə 158, № 6, maddə 462, № 7, maddə 602, № 12, maddə 1047; 2009, № 1, maddə 5, № 2, maddə 56, № 3, maddə 160, № 7, maddə 519, № 12, maddə 947; 2010, № 4, maddə 276, № 6, maddə 485, № 10, maddə 840, № 11, maddə 939; 2011, № 1, maddə 12, № 4, maddələr 245, 264, № 11, maddə 985, № 12, maddə 1100; 2012, № 1, maddə 4, № 6, maddələr 508, 518, № 7, maddə 646, № 10, maddə 947, № 12, maddələr 1216, 1227, 1229; 2013, № 3, maddə 213, № 5, maddə 474, № 11, maddələr 1269, 1279, 1299, 1301, 1308, № 12, maddələr 1485, 1504; 2014, № 1, maddə 6, № 5, maddə 468, № 6, maddələr 603, 605, № 7, maddələr 774, 780, № 11, maddələr 1345, 1370; 2015, № 12, maddə 1432; 2016, № 1, maddələr 15, 36, № 4, maddə 630, № 5, maddə 849, № 6, maddə 1014, № 10, maddə 1605, № 11, maddələr 1753, 1776, 1780, 1790, № 12, maddələr 2006, 2051; 2017, № 3, maddələr 337, 341, № 5, maddə 742, № 6, maddə 1028, № 7, maddə 1308, № 8, maddə 1506, № 12 (I kitab), maddə 2265; 2018, № 3, maddə 405, № 4, maddələr 639, 647, № 6, maddələr 1186, 1194, № 7 (I kitab), maddələr 1415, 1444, № 8, maddə 1675, № 12 (I kitab), maddə 2489; 2019, № 1, maddə 45, № 4, maddələr 571, 596, № 5, maddə 797, № 7, maddələr 1176, 1181, 1190, 1192, № 8, maddələr 1360, 1363, 1371, № 11, maddələr 1681, 1694; 2020, № 5, maddələr 521, 524, № 6, maddə 665, № 7, maddələr 824, 828, 837, 851, 853, № 11, maddə 1327, № 12 (I kitab), maddə 1423; 2021, № 2, maddə 117, № 6 (I kitab), maddə 554, № 7, maddələr 711, 714, 718; Azərbaycan Respublikasının 2021-ci il 30 sentyabr tarixli 383-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1. 27.4-cü maddəyə birinci halda “çıxarışın” sözündən sonra “və daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü)” sözləri əlavə edilsin.
2. Aşağıdakı məzmunda 27.6-cı maddə əlavə edilsin:
“27.6. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ləğv edilmiş sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almış, lakin bu torpaqlar üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmiş şəxslərin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki sənədlərin (pasport və plan ölçü) verilməsinə görə dövlət rüsumu tutulmur.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 noyabr 2021-ci il
30 Noyabr 2021, 07:1115 Yanvar 2016, 09:01
“Azərbaycan Respublikası ilə Argentina Respublikası arasında turizm sahəsində əməkdaşlığa dair” Sazişin təsdiq edilməsi haqqında ətraflı...
15 Yanvar 2016, 09:01
“Azərbaycan Respublikasının Hökuməti ilə San Marino Respublikasının Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında” Sazişin təsdiq edilməsi barədə ətraflı...
15 Yanvar 2016, 09:01
“Azərbaycan Respublikasının Hökuməti ilə Vyetnam Sosialist Respublikasının Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Sazişin təsdiq edilməsi barədə ətraflı...
15 Yanvar 2016, 09:01
“Azərbaycan Respublikasının Hökuməti ilə Vyetnam Sosialist Respublikasının Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişin təsdiq edilməsi barədə ətraflı...
15 Yanvar 2016, 09:01
İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılması haqqında ətraflı...
15 Yanvar 2016, 09:01
E.T.Quliyevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında ətraflı...
14 Yanvar 2016, 09:01
Z.B.Qaralovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
14 Yanvar 2016, 09:01
Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında ətraflı...
14 Yanvar 2016, 09:01
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 769 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin hüquqi şəxslərinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində xidməti və mülki silahı əldə etməsi, saxlaması və təyinatı üzrə istifadə etməsi Qaydaları”nda dəyişikliklər edilməsi haqqında ətraflı...
14 Yanvar 2016, 09:01
V.A.Kərimlinin Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin Baş direktoru təyin edilməsi haqqında ətraflı...