Azərbaycan Respublikası vətəndaşlarının 2022-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının Silahlı Qüvvələrini şəxsi heyətlə komplektləşdirmək məqsədilə qərara alıram:

1. 2004-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1987–2003-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2022-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılsınlar.

2. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2022-ci il yanvarın 1-dən 30-dək ehtiyata buraxılsınlar.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görsün.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 noyabr 2021-ci il

24 Noyabr 2021, 07:11

http://www.azertag.az

9391—9400 / 10511

31 Oktyabr 2014, 09:10

“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1075-IVQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

30 Oktyabr 2014, 09:10

Boliviya Çoxmillətli Dövlətinin Prezidenti Zati-aliləri cənab Evo Morales Aymaya   ətraflı...

30 Oktyabr 2014, 09:10

Braziliya Federativ Respublikasının Prezidenti Zati-aliləri xanım Dilma Russeffə   ətraflı...

29 Oktyabr 2014, 09:10

Ə.M.Rüstəmovun Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında   ətraflı...

29 Oktyabr 2014, 09:10

Türkiyə Respublikasının Baş naziri Zati-aliləri cənab Əhməd Davudoğluna   ətraflı...

29 Oktyabr 2014, 09:10

Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana   ətraflı...

29 Oktyabr 2014, 09:10

Gənclər siyasəti üzrə birinci qlobal forumun iştirakçılarına   ətraflı...

28 Oktyabr 2014, 09:10

Mərkəzi Seçki Komissiyasının 20 oktyabr və 21 oktyabr 2014-cü il tarixli iclas protokollarının təsdiq edilməsi barədə   ətraflı...

28 Oktyabr 2014, 09:10

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə   ətraflı...

28 Oktyabr 2014, 09:10

2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Ümid Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında   ətraflı...