Şəhid və şəhid ailəsi statusu almış şəxslərə, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və müharibə veteranlarına dair məlumatların mübadiləsi mexanizminin təkmilləşdirilməsi və Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, şəhid və şəhid ailəsi statusu almış şəxslərə, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və müharibə veteranlarına dair məlumatların mübadiləsi mexanizminin təkmilləşdirilməsi, o cümlədən həmin məlumatların sistemləşdirilməsi və axtarışının avtomatlaşdırılması məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində “Zəfər” altsistemi (bundan sonra – altsistem) yaradılsın.

2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:

2.1. altsistemin formalaşdırılmasını 1 (bir) ay müddətində təmin etsin;

2.2. bu Fərmanın 4-cü hissəsində nəzərdə tutulan dövlət orqanlarının altsistemə çıxışını təmin etsin;

2.3. altsistemə daxil ediləcək məlumatların, habelə qanunla qorunan digər məlumatların mühafizəsinin təmin olunması üçün Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birlikdə zəruri tədbirlər görsün;

2.4. “Əlillik” (TSERAS) altsistemindən müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər barədə məlumatların altsistemə ötürülməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi altsistemin Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun olaraq Elektron Hökumət İnformasiya Sisteminə ötürülməsini təmin etsin.

4. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və yerli icra hakimiyyəti orqanları:

4.1. altsistem formalaşdırıldıqdan sonra altı ay müddətində şəhid və şəhid ailəsi statusu, habelə müharibə veteranı statusu almış şəxslərə dair məlumatların altsistemə daxil edilməsini təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər;

4.2. şəhid və şəhid ailəsi statusunun, habelə müharibə veteranı statusunun verildiyi tarixdən 5 (beş) iş günü müddətində bu barədə məlumatın altsistemə daxil edilməsini təmin etsinlər.

5. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 634; 2020, № 4, maddə 417; 2021, № 5, maddə 445, № 6 (I kitab), maddə 566) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

5.1. aşağıdakı məzmunda 2.1.15-1-ci, 2.3.15-1-ci yarımbəndlər və 2.8-ci bənd əlavə edilsin:

“2.1.15-1. “Zəfər” altsistemi;

“2.3.15-1. şəhid və şəhid ailəsi statusu almış şəxslər, müharibə veteranları və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər barədə məlumatların “Zəfər” altsistemi vasitəsilə toplanması və sistemləşdirilməsi, habelə şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin və müharibə veteranlarının reyestrinin aparılması;”;

“2.8. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və yerli icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi statusu, habelə müharibə veteranı statusu verildiyi tarixdən 5 (beş) iş günü müddətində bu barədə məlumatı altsistemə daxil edirlər.”;

5.2. 2.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.2. MEİS-in strukturuna aşağıdakı reyestrlər daxildir:

2.2.1. “Məşğul şəxslərin” reyestri;

2.2.2. “Əlilliyi olan şəxslərin” reyestri;

2.2.3. “Şəhid və şəhid ailəsi statusu almış şəxslərin” reyestri;

2.2.4. “Müharibə veteranları” reyestri.”;

5.3. 2.7-ci bənddə “tabeliyində” sözü “Tabeliyində” sözü ilə əvəz edilsin;

5.4. 2.3.5-ci yarımbəndə “eləcə də” sözlərindən əvvəl “əlilliyi olan şəxslərin reyestrinin aparılması,” sözləri əlavə edilsin.

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 oktyabr 2021-ci il

27 Oktyabr 2021, 19:10

http://www.azertag.az

9971—9980 / 10511

30 May 2014, 09:05

“Bələdiyyə seçkilərində xüsusi seçki hesablarının açılması qaydaları haqqında Təlimat”a dəyişikliklər edilməsinə dair   ətraflı...

30 May 2014, 09:05

“Bələdiyyə seçkilərinin hazırlanmasına və keçirilməsinə dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərinin seçki komissiyaları arasında bölüşdürülməsi, göstərilən vəsaitlərdən təyinatı üzrə istifadəyə nəzarət edilməsi qaydaları haqqında   ətraflı...

30 May 2014, 09:05

“Bələdiyyə seçkilərində namizədliyin təsdiq edilməsi və qeydə alınması üçün dairə seçki komissiyasına təqdim olunan seçki sənədlərindəki məlumatların yoxlanılması və namizədlərin qeydə alınması Qaydaları”na dəyişikliklər edilməsinə dair   ətraflı...

30 May 2014, 09:05

“Bələdiyyə seçkilərində bələdiyyə üzvlüyünə namizədin müdafiəsi üçün seçici imzalarının toplanması, imza vərəqələrinin və onlara əlavə edilməli olan sənədlərin dairə seçki komissiyasına təqdim edilməsi qaydaları haqqında Təlimat”a dəyişikliklər edilməsinə dair   ətraflı...

30 May 2014, 09:05

“Bələdiyyə seçkilərində bələdiyyə üzvlüyünə namizədə, namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə dairə seçki komissiyası tərəfindən imza vərəqələrinin verilməsi Qaydaları”na dəyişikliklər edilməsinə dair   ətraflı...

30 May 2014, 09:05

“Bələdiyyə seçkilərində namizədlərin siyasi partiyalar və siyasi partiyaların blokları tərəfindən irəli sürülməsi qaydaları haqqında Təlimat”a dəyişikliklər edilməsinə dair   ətraflı...

30 May 2014, 09:05

“Bələdiyyə seçkilərində seçicilərin təşəbbüs qruplarının yaradılması, namizədlərin öz təşəbbüsü ilə və ya seçicilərin təşəbbüs qrupları tərəfindən irəli sürülməsi qaydaları haqqında Təlimat”a dəyişikliklər edilməsinə dair   ətraflı...

30 May 2014, 09:05

“Seçkilərdə (referendumda) səsvermə günü istifadə edilən şəxsiyyəti təsdiq edən sənədlərin Siyahısı”na dəyişikliklər edilməsinə dair   ətraflı...

30 May 2014, 09:05

“Seçki məntəqələrində veb-kameraların quraşdırılması və istifadəsinə dair Qaydalar”a dəyişikliklər edilməsi haqqında   ətraflı...

30 May 2014, 09:05

“Vətəndaşlığı olmayan şəxslərin vəəcnəbilərin seçkilərdə (referendumda) iştirakına dair Təlimat”a dəyişikliklər edilməsi haqqında   ətraflı...