Kamil Əliyevin 100 illik yubileyinin qeyd edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2021-ci ildə Azərbaycan xalça rəssamlığı sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı, professor Kamil Müseyib oğlu Əliyevin anadan olmasının 100 illiyi tamam olur.

Kamil Əliyev bütün ömrünü xalqımızın mədəniyyəti tarixində müstəsna yer tutan xalçaçılıq sənətinin parlaq ənənələrinin yaşadılmasına və inkişafına sərf etmişdir. Fitri istedada malik rəssam milli naxış elementlərindən uğurla bəhrələnərək rəngarəng dekorativ motivlər yaratmış, Azərbaycan xalçaçılığı və tətbiqi sənətini daim yeni ornamentlərlə zənginləşdirmişdir. Kompozisiya özünəməxsusluğu, rəng ahəngdarlığı və süjet əlvanlığı rəssamın Azərbaycan xalçaçılıq məktəblərinin xüsusiyyətlərini özündə cəmləşdirən çeşnilər əsasında toxunmuş xalçalarının başlıca səciyyəvi cəhətləridir. Onun qüdrətli söz dühalarına, görkəmli siyasi xadimlərə həsr olunan və yüksək professionallığı, bədii-estetik mükəmməlliyi ilə seçilən portret-xalçaları incəsənətimizin qızıl fondunun qiymətli nümunələrindəndir. Kamil Əliyevin əsərləri dünyanın mötəbər muzey, qalereya və sərgi salonlarında dəfələrlə nümayiş etdirilmişdir. Böyük sənətkar xalçaçı kadrların hazırlanması işinə mühüm töhfələr vermişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan xalçaçılığı və dekorativ-tətbiqi sənəti ənənələrinin qorunub saxlanılmasında və yeni inkişaf mərhələsinə yüksəldilməsində görkəmli xalçaçı-rəssam Kamil Əliyevin təqdirəlayiq xidmətlərini nəzərə alaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının təkliflərini nəzərə almaqla, Xalq rəssamı Kamil Əliyevin 100 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 oktyabr 2021-ci il

13 Oktyabr 2021, 08:10

http://www.azertag.az

7261—7270 / 10511

19 Fevral 2016, 09:02

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə   ətraflı...

19 Fevral 2016, 09:02

Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında   ətraflı...

19 Fevral 2016, 09:02

Gəncə Dövlət Filarmoniyasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

18 Fevral 2016, 09:02

Prezidentin Mətbuat Xidmətinin məlumatı   ətraflı...

17 Fevral 2016, 10:02

“Birləşmiş Millətlər Təşkilatının malların beynəlxalq alğı-satqısına dair müqavilələr haqqında Konvensiyası”na qoşulmaq barədə   ətraflı...

17 Fevral 2016, 10:02

“Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 98-VQD nömrəli Qanununun tətbiqi barədə   ətraflı...

17 Fevral 2016, 10:02

Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında   ətraflı...

17 Fevral 2016, 10:02

“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 86-VQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

17 Fevral 2016, 10:02

“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə   ətraflı...

17 Fevral 2016, 10:02

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 91-VQD nömrəli Qanununun tətbiqi barədə   ətraflı...