“Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2030, № 12 (I kitab), maddə 2330; 2018, № 5, maddə 901, № 10, maddə 1991, № 12 (I kitab), maddə 2592; 2019, № 5, maddə 857, № 12, maddə 1923; 2020, № 5, maddə 541) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 6-cı hissədə “2020-ci” sözləri “2022-ci” sözləri ilə əvəz edilsin;

1.2. həmin Fərmanla təsdiq edilmiş “Sahibkarlar tərəfindən manatla alınan kreditlərə hesablanmış faizlərə görə subsidiya verilməsi Qaydası” üzrə:

1.2.1. 1.1-ci bəndə (ikinci halda) “sahibkarların” sözündən sonra “Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (bundan sonra – Fond) Himayəçilik Şurası tərəfindən müəyyən edilən iqtisadi fəaliyyət sahələri üzrə” sözləri əlavə olunsun və “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (bundan sonra – Fond)” sözləri “Fondun” sözü ilə əvəz edilsin;

1.2.2. 4.6-cı bənddə “ilk 12 (on iki) ay üçün” sözləri “kredit verildiyi tarixdən həmin ilin sonunadək” sözləri ilə əvəz edilsin;

1.2.3. 5.6.3-cü yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 5.6.4-cü yarımbənd əlavə edilsin:

“5.6.4. faiz subsidiyasının verilməsi üçün müraciət olunan kredit bu Qaydanın 1.1-ci bəndinə əsasən Fondun Himayəçilik Şurasının müəyyən etdiyi iqtisadi fəaliyyət sahələrinə uyğun olmadıqda.”.

2. Bu Fərman 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 sentyabr 2021-ci il

21 Sentyabr 2021, 19:09

http://www.azertag.az

4571—4580 / 10511

28 Noyabr 2017, 10:11

Gəncə şəhərinin sosial-iqtisadi və mədəni inkişafında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında   ətraflı...

28 Noyabr 2017, 10:11

Ş.H.Şərifova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında   ətraflı...

28 Noyabr 2017, 10:11

E.R.Vəliyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

28 Noyabr 2017, 09:11

Gəncə şəhərinin sosial-iqtisadi və mədəni inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında   ətraflı...

28 Noyabr 2017, 09:11

Y.Ə.Yusibovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında   ətraflı...

27 Noyabr 2017, 09:11

G.A.Rəsulovaya “Əməkdar dövlət qulluqçusu” fəxri adının verilməsi haqqında   ətraflı...

27 Noyabr 2017, 09:11

M.Ə.Musayevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

24 Noyabr 2017, 09:11

A.Q.Abiyevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

22 Noyabr 2017, 09:11

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli 218 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”nda dəyişikliklər edilməsi haqqında   ətraflı...

22 Noyabr 2017, 09:11

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”nda dəyişikliklər edilməsi haqqında   ətraflı...