Mikayıl Abdullayevin 100 illik yubileyinin qeyd edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2021-ci ilin dekabr ayında Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, SSRİ və Azərbaycan Respublikasının Xalq rəssamı, SSRİ Rəssamlıq Akademiyasının akademiki, Dövlət Mükafatı laureatı, professor Mikayıl Hüseyn oğlu Abdullayevin anadan olmasının 100 ili tamam olur.

Mikayıl Abdullayev parlaq ənənələrə malik Azərbaycan rəssamlıq məktəbinin böyük simalarındandır. Onun təsviri sənətin ən müxtəlif sahələrini əhatə edən koloritli yaradıcılığı xalqımızın mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutur. Sənətkar çoxsaylı tematik lövhə, mənzərə və natürmortlarında doğma təbiətin gözəlliklərini, insanların quruculuq əzmini və mənəvi zənginliyi incə rəng çalarları ilə tərənnüm etmiş, dahi Nizaminin “Xəmsə”sinin motivləri əsasında monumental rəngkarlığın bənzərsiz nümunələrini yaratmışdır. Azərbaycan ədəbiyyatına dərin məhəbbətlə ərsəyə gətirdiyi silsilə portretlər və klassik ədəbi əsərlərə çəkdiyi parlaq illüstrasiyalar rəssamın Şərq və Qərb incəsənətinin mütərəqqi ənənələrinin qovuşuğunda formalaşdırdığı yeni dəst-xəttin dolğun ifadəsidir. Dünyanın nüfuzlu sərgi salonlarında, muzey və qalereyalarında uğurla nümayiş etdirilən əsərləri Mikayıl Abdullayevi fitri istedad sahibi kimi tanıtmışdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, müasir Azərbaycan təsviri sənətinin inkişafında və geniş şöhrət qazanmasında mühüm xidmətlər göstərmiş görkəmli fırça ustası Mikayıl Abdullayevin anadan olmasının 100-cü ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının təkliflərini nəzərə almaqla, Xalq rəssamı Mikayıl Abdullayevin 100 illik yubileyi ilə əlaqədar tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 sentyabr 2021-ci il

10 Sentyabr 2021, 20:09

http://www.azertag.az

9241—9250 / 10511

19 Noyabr 2014, 09:11

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Boliviya Çoxmillətli Dövlətinin Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Sazişin təsdiq edilməsi barədə   ətraflı...

19 Noyabr 2014, 09:11

“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşəəmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 2 iyul tarixli 289 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında   ətraflı...

19 Noyabr 2014, 09:11

“Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında   ətraflı...

19 Noyabr 2014, 09:11

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Fələstin Dövlətinin Xarici İşlər Nazirliyi arasında məsləhətləşmələr mexanizminə dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında   ətraflı...

19 Noyabr 2014, 09:11

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə Qırğız Respublikasının Dövlət Kadrlar Xidməti arasında dövlət qulluğunun təkmilləşdirilməsi sahəsindəəməkdaşlıq haqqında Memorandumun təsdiq edilməsi barədə   ətraflı...

19 Noyabr 2014, 09:11

Azərbaycan Respublikası Hökuməti ilə Moskva Hökuməti arasında anlaşma vəəməkdaşlıq haqqında Memorandumun təsdiq edilməsi barədə   ətraflı...

19 Noyabr 2014, 09:11

Ərəb Dövlətləri Liqası ilə Mərkəzi Asiya ölkələri və Azərbaycan Respublikası arasında əməkdaşlıq haqqında Memorandumun təsdiq edilməsi barədə   ətraflı...

19 Noyabr 2014, 09:11

E.İ. Mirzəyevin Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Baş direktoru vəzifəsindən azad edilməsi haqqında   ətraflı...

19 Noyabr 2014, 09:11

T.M. Ziyadovun Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Baş direktoru təyin edilməsi haqqında   ətraflı...

18 Noyabr 2014, 09:11

“Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”na Əlavə   ətraflı...