Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının Silahlı Qüvvələrini şəxsi heyətlə komplektləşdirmək məqsədilə qərara alıram:
1. 2003-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1986–2002-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2021-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılsınlar.
2. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2021-ci il oktyabrın 1-dən 30-dək ehtiyata buraxılsınlar.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görsün.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 sentyabr 2021-ci il
3 Sentyabr 2021, 20:099 Mart 2017, 09:03
A.Q.Babayevin Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü təyin edilməsi haqqında ətraflı...
9 Mart 2017, 09:03
V.Ə.Xubanovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü təyin edilməsi haqqında ətraflı...
9 Mart 2017, 09:03
A.S.Quliyevin Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü təyin edilməsi haqqında ətraflı...
9 Mart 2017, 09:03
Azərbaycan Respublikası Milli Məclisi komitəsinin üzvünün seçilməsi haqqında ətraflı...
7 Mart 2017, 09:03
Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə ətraflı...
7 Mart 2017, 09:03
Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mehriban Arif qızı Əliyevanın deputat səlahiyyətlərinə xitam verilməsi barədə ətraflı...
7 Mart 2017, 09:03
8 mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycan qadınlarına təbrik ətraflı...
7 Mart 2017, 09:03
L.Y.Reyxrudelin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
7 Mart 2017, 09:03
T.M.Mütəllimova “Əməkdar elm xadimi” fəxri adının verilməsi haqqında ətraflı...
6 Mart 2017, 09:03
Azərbaycan qadınlarına fəxri adların verilməsi haqqında ətraflı...