Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının və onların ailə üzvlərinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik):
1.1. Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərin, eləcə də ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvlərinin mənzillə təmin edilməsini həyata keçirsin;
1.2. bu Sərəncamın icrası ilə bağlı görülmüş işlər barədə Azərbaycan Respublikasının Prezidentinə mütəmadi olaraq məlumat versin;
1.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki, bu Sərəncamın 1.1-ci bəndində nəzərdə tutulan şəxslərin mənzillə təmin edilməsi bu məqsədlə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nazirliyin balansına verdiyi və ya Nazirliyin həmin məqsəd üçün əldə etdiyi mənzillər hesabına həyata keçirilir.
3. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu Nazirliyin müraciəti əsasında bu Sərəncamın 1.1-ci bəndində göstərilən məqsəd üçün balansında olan mənzillərin Fondun mənfəəti hesabına həmin Nazirliyin balansına verilməsini təmin etsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 avqust 2021-ci il
25 Avqust 2021, 16:0811 Fevral 2019, 08:02
Azərbaycan Respublikası Vergilər Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
11 Fevral 2019, 08:02
Azərbaycan Respublikası Vergilər Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
11 Fevral 2019, 08:02
Bakı şəhərinin Sabunçu rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
7 Fevral 2019, 08:02
Gəncə şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
7 Fevral 2019, 08:02
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
6 Fevral 2019, 08:02
E.R.Salahovun Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
6 Fevral 2019, 08:02
Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumölkə teleradio yayımçılarının xarici ölkələrdə yayımının təşkilinə dövlət dəstəyi verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
6 Fevral 2019, 08:02
Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
6 Fevral 2019, 08:02
Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
5 Fevral 2019, 09:02
Seyid Şuşinskinin 130 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...