Azərbaycan Respublikası Prezidentinin “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2011-ci il 16 fevral tarixli 386 nömrəli, “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nın təsdiq edilməsi haqqında” 2012-ci il 8 may tarixli 626 nömrəli, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” 2013-cü il 29 avqust tarixli 973 nömrəli və “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 10 dekabr tarixli 387 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 9, maddə 795; 2011, № 12, maddə 1140; 2013, № 8, maddə 895; 2014, № 3, maddə 250; № 1, maddə 68; 2018, № 5, maddə 937; 2019, № 4, maddə 639; 2020, № 12 (I kitab), maddə 1492) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.1-ci bənddə “I dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının
81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;
1.2. 1.2-ci bənddə “II dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;
1.3. 1.3-cü bənddə “III dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin.
2. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 90, № 7, maddə 625, № 11, maddə 996; 2012, № 9, maddə 853, № 11, maddə 1084; 2013, № 2, maddə 124, № 12, maddə 1525; 2014, № 7, maddə 789, № 9, maddə 1053; 2015, № 1, maddə 17, № 3, maddələr 263, 264, № 6, maddə 705, № 8, maddə 908, № 10, maddə 1134; 2016, № 3, maddə 437, № 5, maddə 859, № 6, maddələr 1051, 1072; № 9, maddə 1633; 2018, № 3, maddə 433, № 6, maddə 1245; 2019, № 1, maddə 73, № 2, maddə 245, № 5, maddə 845, № 6, maddə 1036, № 7, maddə 1232, № 8, maddə 1397, № 11, maddə 1718, № 12, maddə 1935; 2020, № 3, maddə 247, № 6, maddə 717, № 8, maddə 1036; 2021, № 4, maddə 318) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
2.1. 1.1-ci bənddən, 2.1.3-cü, 3.1.49-cu (hər iki halda), 3.1.50-ci, 3.1.51-ci və 3.1.53-cü yarımbəndlərdən ismin müvafiq hallarında “, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar” sözləri çıxarılsın;
2.2. 3.1.22-ci yarımbənddə “dərəcəsini” sözü “faizini” sözü ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 626 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 5, maddə 419; 2019, № 5, maddə 847, № 12, maddə 1936; 2020, № 7, maddə 895, № 8, maddə 1036; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 iyun tarixli 1351 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
3.1. 2.3.8-ci yarımbənddən “18 yaşınadək” sözləri çıxarılsın;
3.2. 2.5.1-ci, 2.5.2-ci, 2.5.3-cü (hər iki halda), 2.5.4-cü, 2.5.5-ci, 2.5.6-cı və 2.6.3-cü yarımbəndlərdə “sağlamlıq imkanları məhdud 18 yaşınadək” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin.
4. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 916; 2014, № 3, maddə 251; 2016, № 1, maddə 69; 2018, № 7 (I kitab), maddə 1454, № 4, maddə 640; 2020, № 11, maddə 1361) aşağıdakı dəyişikliklər edilsin:
4.1. 1.1.2-ci yarımbənd üzrə:
4.1.1. ikinci abzasda “I dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının
81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;
4.1.2. üçüncü abzasda “II dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;
4.1.3. dördüncü abzasda “III dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;
4.2. 1.1.3-cü yarımbənd üzrə:
4.2.1. ikinci abzasda “I dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının
81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;
4.2.2. üçüncü abzasda “II dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;
4.2.3. dördüncü abzasda “III dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;
4.3. 1.1.4-cü yarımbənd üzrə:
4.3.1. ikinci abzasda “I dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;
4.3.2. üçüncü abzasda “II dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;
4.3.3. dördüncü abzasda “III dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;
4.4. 1.1.5-ci yarımbənd ləğv edilsin;
4.5. 1.1.12-ci yarımbənddə (hər iki halda) “sağlamlıq imkanları məhdud
18 yaşınadək” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin.
5. “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2544; 2019, № 7, maddələr 1213, 1233, № 12, maddə 1935; 2020, № 8, maddə 1039; 2021, № 5, maddə 435; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 16 iyun tarixli 1364 nömrəli və 17 iyun tarixli 1368 nömrəli fərmanları) aşağıdakı dəyişikliklər edilsin:
5.1. həmin Fərmanla təsdiq edilmiş “DOST” mərkəzlərində xidmət göstərilməsi Qaydası”nın 3.3-cü bəndinin birinci abzasından “, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların (bundan sonra – əlilliyi olan şəxs)” sözləri çıxarılsın;
5.2. həmin Fərmanla təsdiq edilmiş “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı” üzrə:
5.2.1. 3-cü hissə üzrə:
1. adından “və sağlamlıq imkanlarının məhdudluğu” sözləri çıxarılsın;
2. 3.1-ci bənddən “, o cümlədən 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi” sözləri çıxarılsın;
3. 3.4-cü bənddən “, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların” sözləri çıxarılsın;
5.2.2. 5-ci hissə üzrə:
1. 5.1.1-ci yarımbəndin 4-cü abzasında “sağlamlıq imkanları məhdud” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;
2. 5.2.2-ci yarımbəndin 4-1-ci abzasında “sağlamlıq imkanları məhdud 18 yaşınadək” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin və həmin yarımbəndin 5-ci abzası ləğv edilsin;
3. 8.2-ci bənddə “sağlamlıq imkanları məhdud” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;
5.2.3. 10.1-ci bənddə “sağlamlıq imkanlarının məhdudluğu” sözləri “əlilliyi” sözü ilə əvəz edilsin;
5.2.4. 7-ci hissə üzrə:
1. 7.9-cu və 7.11-ci bəndlərdə “I dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;
2. 7.9-1-ci bənddə “I dərəcə gözdən əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;
3. 7.12-ci bənddə “sağlamlıq imkanları məhdud 18 yaşınadək” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;
5.2.5. 9.8-ci bənddə “sağlamlıq imkanları məhdud” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin.
6. Bu Fərman 2022-ci il iyulun 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 avqust 2021-ci il
18 Avqust 2021, 12:087 İyul 2014, 09:07
Biləsuvar rayonunun Günəşli-Ağayrı-İsmətli-Aranlı-Çinarlı-Əliabad avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
7 İyul 2014, 09:07
Göygöl rayonunun Yeni Zod-Çaykənd-Qarabulaq-Quşçu-Sarısu avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında ətraflı...
1 İyul 2014, 09:07
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 972-IVQD nömrəli Qanununun tətbiqi barədə ətraflı...
4 İyul 2014, 09:07
Şəki şəhərinin Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
3 İyul 2014, 12:07
"Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar"ın təsdiq edilməsi haqqında ətraflı...
3 İyul 2014, 12:07
"Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən məhsulların (işlərin, xidmətlərin) texniki normativ hüquqi aktların tələblərinə, metroloji qayda və normalara riayət olunmasına dövlət nəzarəti aparılarkən, iradnamə və tələbnamələrin verilməsi Qaydası"nın təsdiq edilməsi barədə ətraflı...
3 İyul 2014, 12:07
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 15 mart tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların Təsnifatı"nda dəyişiklik edilməsi haqqında ətraflı...
3 İyul 2014, 12:07
"Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 13 iyun tarixli 686-IVQ nömrəli Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə ətraflı...
3 İyul 2014, 12:07
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 25 dekabr tarixli 201 nömrəli qərarı ilə təsdiq edilmiş "Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası"nda dəyişikliklər edilməsi haqqında ətraflı...
3 İyul 2014, 12:07
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 16 mart tarixli 43 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin dövlət qeydiyyatı ilə bağlı sazişin hazırlanması üçün danışıqların aparılması və bağlanması Qaydaları"nda dəyişiklik edilməsi barədə ətraflı...