Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 27 iyul tarixli 2288 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”nda, 2011-ci il 27 dekabr tarixli 1938 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda, 2014-cü il 14 fevral tarixli 273 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nda, 2018-ci il 9 avqust tarixli 393 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018–2022-ci illər üçün Dövlət Proqramı”nda və 2020-ci il 2 iyun tarixli 2073 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 27 iyul tarixli 2288 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 7, maddə 724; 2008, № 5, maddə 373; 2010, № 2, maddə 80; 2020, № 8, maddə 1064) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”nın III hissəsinin dördüncü abzasından “, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların” sözləri çıxarılsın.
2. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli 1938 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 12, maddə 1217; 2012, № 12, maddə 1322; 2014, № 5, maddə 477, № 9, maddə 1027; 2016, № 8, maddə 1384, № 9, maddə 1470; 2017, № 3, maddə 353; 2018, № 11, maddə 2378; 2019, № 2, maddə 257, № 5, maddə 877; 2020, № 8, maddə 1064; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 iyun tarixli 2673 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın 2.8-ci bəndində “o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək” sözləri “habelə sağlamlıq imkanları məhdud” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 fevral tarixli 273 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 2, maddə 161; 2020, № 8, maddə 1064; 2021, № 1, maddə 80) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın 5.2-ci bəndinin yeddinci abzasında “o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək” sözləri “habelə sağlamlıq imkanları məhdud” sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9 avqust tarixli 393 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 8, maddə 1727; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 iyun tarixli 2673 nömrəli Sərəncamı) ilə təsdiq edilmiş “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018–2022-ci illər üçün Dövlət Proqramı”nın 1-ci hissəsinin ikinci abzasında və 2.1-ci bəndində “sağlamlıq imkanları məhdudluğunun” sözləri “əlilliyin” sözü ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 2 iyun tarixli 2073 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 6, maddə 723) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nda aşağıdakı dəyişikliklər edilsin:
5.1. 1-ci hissənin dördüncü abzasında “sağlamlıq imkanları məhdud 18 yaşınadək” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;
5.2. 2-ci hissə üzrə:
5.2.1. doqquzuncu abzasın ikinci və üçüncü cümlələrində “sağlamlıq imkanları məhdud 18 yaşınadək” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri ilə, beşinci cümləsində “sağlamlıq imkanları məhdudluğunun” sözləri “əlilliyin” sözü ilə əvəz edilsin;
5.2.2. on beşinci abzasdan hər iki halda “18 yaşınadək” sözləri çıxarılsın;
5.3. 4-cü hissə üzrə:
5.3.1. 4.2.7-ci yarımbənddə “sağlamlıq imkanlarının məhdudluğuna” sözləri “əlilliyə” sözü ilə əvəz edilsin;
5.3.2. 4.3.1-ci, 4.3.3-cü, 4.4.7-ci və 4.4.11-ci yarımbəndlərdə “sağlamlıq imkanları məhdud 18 yaşınadək” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;
5.3.3. 4.3.5-ci yarımbənddə “sağlamlıq imkanları məhdud” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin.
6. Bu Sərəncam 2022-ci il iyulun 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 avqust 2021-ci il
18 Avqust 2021, 12:0822 Aprel 2014, 14:04
"Tikinti materiallarının və məmulatının sertifikatlaşdırılmasını həyata keçirən müəssisələrin laboratoriyalarının, habelə sınaq laboratoriyalarının akkreditasiyası Qaydaları"nın təsdiq edilməsi barədə ətraflı...
22 Aprel 2014, 14:04
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 177 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı"nda dəyişikliklər edilməsi barədə ətraflı...
22 Aprel 2014, 09:04
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI ətraflı...
10 Aprel 2014, 09:04
Naxçıvan Muxtar Respublikasının sosial və iqtisadi inkişafında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında ətraflı...
10 Aprel 2014, 09:04
Naxçıvan Muxtar Respublikasının sosial və iqtisadi inkişafında xidmətləri olan şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında ətraflı...
4 Aprel 2014, 16:04
Ş.H.Xanbabayevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
4 Aprel 2014, 10:04
"Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli qərarında dəyişiklik edilməsi barədə ətraflı...
4 Aprel 2014, 10:04
"Gömrük işi sahəsində cinayət işləri və digər hüquqpozmalar üzrə məhkəmənin qüvvəyə minmiş qərarına əsasən müsadirə edilmiş, habelə şəxsin dövlətin xeyrinə imtina etdiyi malların və nəqliyyat vasitələrinin dövlət mülkiyyətinə keçirilməsi Qaydaları"nın təsdiq edilməsi barədə ətraflı...
4 Aprel 2014, 10:04
"Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan, yaxud mülki dövriyyədə olmasına yol verilməyən və mülki dövriyyəsi məhdudlaşdırılmış mallar, həmçinin tez xarab olan və saxlanc müddəti keçmiş mallar barəsində sərəncam verilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında ətraflı...
4 Aprel 2014, 10:04
"Viza blankının doldurulması Qaydası"nın, "Viza almaq üçün ərizə-anket"in nümunəsinin və "Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin vəsatəti"nin nümunəsinin təsdiq edilməsi haqqında ətraflı...