Azərbaycan Respublikası Prezidentinin “2015–2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında” 2015-ci il 26 yanvar tarixli 998 nömrəli, “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2017-ci il 14 dekabr tarixli 3498 nömrəli, “Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə 2018–2020-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 10 may tarixli 64 nömrəli, “I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqqında” 2019-cu il 3 may tarixli 1155 nömrəli və “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” 2020-ci il 27 noyabr tarixli 2306 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 yanvar tarixli 998 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 1, maddə 42; 2019, № 5, maddə 899; 2020, № 4, maddə 431; 2020, № 8, maddə 1065) ilə təsdiq edilmiş “2015–2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın 3.2.16-cı və 5.2.25-ci yarımbəndlərindən “sağlamlıq imkanları məhdud 18 yaşınadək və” sözləri çıxarılsın.

2. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 14 dekabr tarixli 3498 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (II kitab), maddə 2413; 2019, № 5, maddə 899; 2020, № 8, maddə 1065) ilə təsdiq edilmiş “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın 1-ci hissəsinin on ikinci abzasının üçüncü cümləsindən və on üçüncü abzasının birinci cümləsindən “18 yaşınadək” sözləri çıxarılsın.

3. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 may tarixli 64 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 5, maddə 1002; 2020, № 8, maddə 1065) ilə təsdiq edilmiş “Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə 2018–2020-ci illər üçün Milli Fəaliyyət Planı”nda aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2-ci hissə üzrə:

3.1.1. 2.1-ci yarımbənddə “sağlamlıq imkanlarının məhdudluğu” sözləri “əlillik” sözü ilə əvəz edilsin;

3.1.2. 2.2.4-cü yarımbənddə “sağlamlıq imkanları məhdud 18 yaşınadək” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;

3.1.3. 2.2.6-cı yarımbənddə “uşaqlarda sağlamlıq imkanlarının məhdudluğunun” sözləri “uşaqlar arasında əlilliyin” sözləri ilə əvəz edilsin;

3.2. 5-ci hissə üzrə:

3.2.1. 5.1-ci və 5.3-cü bəndlərdə “Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların” sözləri “Uşaqlar arasında 18 yaşınadək əlilliyin, habelə sağlamlıq imkanları məhdudluğunun” sözləri ilə əvəz edilsin;

3.2.2. 5.1.1-ci yarımbənddə “Sağlamlıq imkanları məhdud 18 yaşınadək” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş, habelə sağlamlıq imkanları məhdudluğu olan” sözləri ilə əvəz edilsin;

3.2.3. 5.1.2-ci, 5.4.1-ci, 5.4.2-ci və 5.6.3-cü yarımbəndlərdə “sağlamlıq imkanları məhdud 18 yaşınadək ” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;

3.2.4. 5.2.5-ci, 5.2.6-cı yarımbəndlərdə, 5.4-cü, 5.5-ci bəndlərdə, 5.5.3-cü və 5.6.4-cü yarımbəndlərdə “Sağlamlıq imkanları məhdud 18 yaşınadək” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;

3.2.5. 5.6.1-ci yarımbəndə “Uşaqların” sözündən sonra “əlilliyinin, habelə” sözləri əlavə edilsin.

4. “I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 may tarixli 1155 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 876) aşağıdakı dəyişikliklər edilsin:

4.1. adında “I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların” sözləri “Orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin” sözləri ilə əvəz edilsin;

4.2. preambulada və 1-ci hissədə “I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların” sözləri “orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli 2306 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 11, maddə 1374) ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nda aşağıdakı dəyişikliklər edilsin:

5.1. 2.2.3-cü, 5.2.15-ci və 5.3.3-cü yarımbəndlərdən “18 yaşınadək” sözləri çıxarılsın;

5.2. 5.2.13-cü yarımbəndə “Uşaqlarda” sözündən sonra “18 yaşınadək əlilliyin, habelə” sözləri əlavə edilsin;

5.3. 5.3.4 – 5.3.6-cı, 5.4.11-ci, 5.4.13-cü və 5.4.15-ci yarımbəndlərdə “sağlamlıq imkanları məhdud 18 yaşınadək” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin.

6. Bu Sərəncam 2022-ci il iyulun 1-dən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 avqust 2021

18 Avqust 2021, 12:08

http://www.azertag.az

10511—10511 / 10511

24 Dekabr 2012, 21:12

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası   ətraflı...