“Yaponiyanın Tokio şəhərində keçirilən XXXII Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında”
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi Prezidentinin Sərəncamı
Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərini Yaponiyanın Tokio şəhərində keçirilən XXXII Yay Olimpiya Oyunlarında ən yüksək nəticələr göstərməyə həvəsləndirmək məqsədilə,1.XXXII Yay Olimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilsin:
1.1.İkinci yeri tutan hər bir idmançıya 100 min manat, onun məşqçisinə 50 min manat;
1.2.Üçüncü yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat;
1.3.Komandanın baş məşqçisi-idman növü üzrə ən yüksək nəticə göstərmiş idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə).
2. Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin maliyyə idarəsi sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Prezidenti
Bakı şəhəri, 12 avqust 2021-ci il
13 Avqust 2021, 09:0821 Oktyabr 2016, 09:10
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında ətraflı...
21 Oktyabr 2016, 09:10
“ASAN Viza” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə ətraflı...
21 Oktyabr 2016, 09:10
Qazax şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında ətraflı...
20 Oktyabr 2016, 09:10
Azərbaycan energetiklərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında ətraflı...
20 Oktyabr 2016, 09:10
M.M.Məhərrəmovun “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında ətraflı...
20 Oktyabr 2016, 09:10
Azərbaycanın bir qrup energetikinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında ətraflı...
20 Oktyabr 2016, 09:10
“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 30 sentyabr tarixli 304 VKQD nömrəli Konstitusiya Qanununun tətbiqi və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 384 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında ətraflı...
20 Oktyabr 2016, 09:10
“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə ətraflı...
20 Oktyabr 2016, 09:10
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 30 sentyabr tarixli 315 VQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
20 Oktyabr 2016, 09:10
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə ətraflı...