“Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 655 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 655 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1127; 2016, № 6, maddə 1033, № 8, maddə 1384; 2018, № 8, maddə 1677; 2019, № 5, maddə 828) aşağıdakı dəyişikliklər edilsin:

1. 9-cu hissədə “Azərbaycan Respublikasının Tarif (qiymət)” sözləri “həmin Koordinasiya” sözləri ilə əvəz edilsin.

2. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası haqqında Əsasnamə”nin 4.4-cü bəndi aşağıdakı redaksiyada verilsin:

“4.4. Koordinasiya Şurasının fəaliyyətinin təşkili ilə bağlı işləri Koordinasiya Şurasının Katibliyi (bundan sonra – Katiblik) həyata keçirir. Katibliyin tərkibinin formalaşdırılmasını və fəaliyyətinin təşkil edilməsini Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həyata keçirir.”.

3. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının Tərkibi” üzrə:

3.1. “Koordinasiya Şurasının sədri” hissəsində “iqtisadiyyat” sözü “nəqliyyat, rabitə və yüksək texnologiyalar” sözləri ilə əvəz edilsin;

3.2. “Koordinasiya Şurasının üzvləri” hissəsində “nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci” sözləri “iqtisadiyyat nazirinin” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 avqust 2021-ci il

9 Avqust 2021, 14:08

http://www.azertag.az

6431—6440 / 10511

22 Sentyabr 2016, 09:09

Mərkəzi Seçki Komissiyasının 10 sentyabr 2016-cı il tarixli iclas protokolunun təsdiq edilməsi barədə   ətraflı...

22 Sentyabr 2016, 09:09

Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında   ətraflı...

22 Sentyabr 2016, 09:09

İ.Ə.Zəkiyevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında   ətraflı...

22 Sentyabr 2016, 09:09

Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında   ətraflı...

21 Sentyabr 2016, 09:09

“Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016–2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında   ətraflı...

20 Sentyabr 2016, 09:09

Sabirabad şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

20 Sentyabr 2016, 09:09

Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında   ətraflı...

20 Sentyabr 2016, 09:09

Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında   ətraflı...

20 Sentyabr 2016, 09:09

Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında   ətraflı...

20 Sentyabr 2016, 09:09

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında   ətraflı...