Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Azərbaycan Respublikasının Milli Məclisi deputat Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına baxaraq, Azərbaycan Respublikası Milli Məclisi İntizam komissiyasının bu məsələyə dair rəyini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 90-cı maddəsinin II hissəsinə, Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin 22-ci maddəsinə, habelə “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin üçüncü hissəsinə əsasən qərara alır:

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilsin.

Azərbaycan Respublikası

Milli Məclisinin sədri            Sahibə Qafarova

Bakı şəhəri, 3 avqust 2021-ci il

3 Avqust 2021, 14:08

http://www.azertag.az

10511—10511 / 10511

24 Dekabr 2012, 21:12

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası   ətraflı...