“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 12-ci bəndlərini rəhbər tutaraq qərara alır:
“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 597; 2020, № 6, maddə 683, № 7, maddə 856, № 12 (I kitab), maddə 1442) aşağıdakı dəyişikliklər edilsin:
1. 11.1-ci maddədə “hüquqi şəxsdir” sözləri “qeyri-kommersiya hüquqi şəxsidir” sözləri ilə əvəz edilsin.
2. 21.10-cu və 29.4-cü maddələr ləğv edilsin.
3. 26.5-ci maddədə “Tərəflər” sözü “Mediator” sözü ilə, “borcludurlar” sözü “borcludur” sözü ilə əvəz edilsin.
4. 28.4-cü maddədə “mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə” sözləri “Mediasiya Şurası” sözləri ilə əvəz edilsin.
5. 31-ci maddə üzrə:
5.1. 31.1-ci və 31.4-cü maddələr aşağıdakı redaksiyada verilsin:
“31.1. Məhkəmə prosesinin istənilən mərhələsində məhkəmə işin hallarını nəzərə alaraq öz təşəbbüsü ilə, yaxud tərəflərdən birinin müraciəti əsasında onlara mübahisənin mediasiya vasitəsilə həllini təklif edə bilər. Tərəflər arasında “Mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlanarsa, məhkəmə icraatı barışıq sazişi və mediasiya prosesinin nəticələri barədə protokol təqdim edilənədək dayandırılır.”;
“31.4. Tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə barışıq sazişi məhkəməyə təqdim olunur. Məhkəmə təqdim edilmiş barışıq sazişini təsdiq etdikdə həmin iş üzrə icraata xitam verilir.”;
5.2. 31.5-ci maddədən “və bu Qanuna uyğun olaraq barışıq sazişinin əldə edilməsi əsasında icraata xitam verilən məhkəmə işlərinin sayı” sözləri çıxarılsın.
6. 33.3-cü maddədə “qüvvədə olan qanunvericiliyə” sözləri “qanuna” sözü ilə əvəz edilsin.
7. 34.3-cü maddədən “və ya notariusa” sözləri və 34.4-cü maddədən “və ya notarius” sözləri çıxarılsın.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 iyul 2021-ci il
23 İyul 2021, 14:0713 Noyabr 2015, 09:11
2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 11 noyabr 2015-ci il tarixli 169 saylı müraciətə baxılması barədə ətraflı...
13 Noyabr 2015, 09:11
2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 noyabr 2015-ci il tarixli 167 saylı müraciətə baxılması barədə ətraflı...
13 Noyabr 2015, 09:11
Mərkəzi Seçki Komissiyasının 10 noyabr 2015-ci il tarixli iclas protokolunun təsdiq edilməsi barədə ətraflı...
13 Noyabr 2015, 09:11
Ə.M. Abbasovun Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilməsi haqqında ətraflı...
12 Noyabr 2015, 09:11
2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 8 noyabr 2015-ci il tarixli 148 saylı müraciətə baxılması barədə ətraflı...
12 Noyabr 2015, 09:11
Mərkəzi Seçki Komissiyasının 6 noyabr 2015-ci il tarixli iclas protokolunun təsdiq edilməsi barədə ətraflı...
12 Noyabr 2015, 09:11
2016-cı il 25–27 aprel tarixlərində Bakı şəhərində keçiriləcək Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
11 Noyabr 2015, 09:11
2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 7 noyabr 2015-ci il tarixli 147 saylı, 8 noyabr 2015-ci il tarixli 149 və 150 saylı, 9 noyabr 2015-ci il tarixli 153 saylı müraciətlər üzrə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI ətraflı...
11 Noyabr 2015, 09:11
Mərkəzi Seçki Komissiyasının 5 noyabr 2015-ci il tarixli iclas protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI ətraflı...
11 Noyabr 2015, 09:11
“Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 30 avqust tarixli 3108 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə ətraflı...