“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740; 2002, № 12, maddə 706; 2003, № 1, maddə 23, № 8, maddə 428, № 12 (I kitab), maddələr 676, 698; 2005, № 1, maddə 1, № 6, maddə 462, № 8, maddə 684, № 10, maddələr 873, 905, № 12, maddə 1083; 2006, № 3, maddələr 223, 225, № 6, maddə 481, № 12, maddələr 1015, 1029; 2007, № 2, maddə 80, № 12, maddə 1203; 2008, № 3, maddə 158, № 6, maddə 462, № 7, maddə 602, № 12, maddə 1047; 2009, № 1, maddə 5, № 2, maddə 56, № 3, maddə 160, № 7, maddə 519, № 12, maddə 947; 2010, № 4, maddə 276, № 6, maddə 485, № 10, maddə 840, № 11, maddə 939; 2011, № 1, maddə 12, № 4, maddələr 245, 264, № 11, maddə 985, № 12, maddə 1100; 2012, № 1, maddə 4, № 6, maddələr 508, 518, № 7, maddə 646, № 10, maddə 947, № 12, maddələr 1216, 1227, 1229; 2013, № 3, maddə 213, № 5, maddə 474, № 11, maddələr 1269, 1279, 1299, 1301, 1308, № 12, maddələr 1485, 1504; 2014, № 1, maddə 6, № 5, maddə 468, № 6, maddələr 603, 605, № 7, maddələr 774, 780, № 11, maddələr 1345, 1370; 2015, № 12, maddə 1432; 2016, № 1, maddələr 15, 36, № 4, maddə 630, № 5, maddə 849, № 6, maddə 1014, № 10, maddə 1605, № 11, maddələr 1753, 1776, 1780, 1790, № 12, maddələr 2006, 2051; 2017, № 3, maddələr 337, 341, № 5, maddə 742, № 6, maddə 1028, № 7, maddə 1308, № 8, maddə 1506, № 12 (I kitab), maddə 2265; 2018, № 3, maddə 405, № 4, maddələr 639, 647, № 6, maddələr 1186, 1194, № 7 (I kitab), maddələr 1415, 1444, № 8, maddə 1675, № 12 (I kitab), maddə 2489; 2019, № 1, maddə 45, № 4, maddələr 571, 596, № 5, maddə 797, № 7, maddələr 1176, 1181, 1190, 1192, № 8, maddə 1371, № 11, maddələr 1681, 1694; 2020, № 5, maddələr 521, 524, № 6, maddə 665, № 7, maddələr 824, 828, 837, 851, 853, 1327, № 12 (I kitab), maddə 1423; 2021, № 2, maddə 117; Azərbaycan Respublikasının 2021-ci il 25 may tarixli 325-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.0.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“2.0.1. məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsi, məhkəmə aktının surətinin təkrar verilməsi;”;

1.2. 2.0.23-cü maddənin sonundakı nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.0.24-cü maddə əlavə edilsin:

“2.0.24. özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək üçün şəhadətnamənin verilməsi.”;

1.3. 4-cü maddə üzrə:

1.3.1. 4.1-ci maddədə “4.1-4-cü” sözləri “4.1-5-ci" sözləri ilə əvəz edilsin;

1.3.2. 4.1-5-ci maddə aşağıdakı redaksiyada verilsin:

“4.1-5. Bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş dövlət rüsumlarının 50 faizi (ödənilən hər bir dövlət rüsumu üzrə 5000 manatdan çox olmamaq şərtilə) müvafiq məhkəmələrin aparatlarının işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədilə müvafiq olaraq Azərbaycan Respublikasının Ali Məhkəməsinin, apellyasiya instansiyası məhkəmələrinin və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) xəzinə hesablarına köçürülür, qalan hissəsi isə dövlət büdcəsinə ödənilir.”;

1.3.3. aşağıdakı məzmunda 4.1-6-cı maddə əlavə edilsin:

“4.1-6. Bu Qanunun 4.1-ci və 4.1-1 – 4.1-5-ci maddələrində nəzərdə tutulan vəsaitlərdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.”;

1.4. 8-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri

 

Dövlət rüsumu tutulmalı olan

hərəkətlər

Dövlət rüsumunun məbləği

8.1 Qiymətləndirilən iddia ərizəsinin  verilməsinə görə:

 

8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda                   

30 manat

8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda    

30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi

8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda    

120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi

8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 

390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi

8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda

1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla)

8.1.6. Fiziki şəxs tərəfindən mülkiyyətində, istifadəsində (icarəsində) olan yaşayış evi, mənzil, həyətyanı sahənin torpağı, o cümlədən bağ sahəsi ilə bağlı ərizənin verilməsinə, habelə fiziki şəxs tərəfindən istifadəsində (icarəsində) olan kənd təsərrüfatı təyinatlı torpaqla bağlı ərizənin verilməsinə görə

  100 manat

 

8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 

100 manat

8.3. İddia predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxsin işə qoşulması barədə ərizənin verilməsinə görə

bu Qanunun müvafiq olaraq 8.1-ci və ya 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumu

8.4. Müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə

bu Qanunun müvafiq olaraq 8.1-ci və ya 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 10 faizi (hər bir halda 10 manatdan az olmamaqla)

8.5. İş üzrə icraata xitam verilməsi, iddianın baxılmamış saxlanılması və məhkəmə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardaddan şikayət verilməsinə görə

50 manat

8.6. Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə

bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi

8.7. Məhkəmə aktının surətinin təkrarən verilməsinə görə

10 manat və 10-cu səhifədən yuxarı hər səhifəyə görə 0,2 manat

 1.5. 9-cu maddə üzrə:

1.5.1. maddənin adı aşağıdakı redaksiyada verilsin:

“Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri”;

1.5.2. 9.1.8-ci maddə aşağıdakı redaksiyada verilsin:

“9.1.8. itirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın bərpa edilməsi barədə verilən ərizə üzrə - tərəflər;”;

1.5.3. 9.1.9 – 9.1.11-ci, 9.1.15-ci və 9.1.19-cu maddələr ləğv edilsin;

1.5.4. 9.1.12-ci maddədə “vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər” sözləri “tərəflər” sözü ilə əvəz edilsin;

1.5.5. 9.1.13-cü maddə aşağıdakı redaksiyada verilsin:

“9.1.13. təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında mübahisələr üzrə - tərəflər;”;

1.5.6. 9.1.17-ci maddədə “məhkəmə” sözü “iş üzrə icraata xitam verilməsi, iddianın baxılmamış saxlanılması, məhkəmə cərimələrinin qoyulması və müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardadlar istisna olmaqla, digər məhkəmə” sözləri ilə əvəz edilsin;

1.6. aşağıdakı məzmunda 33-7-ci maddə əlavə edilsin:

“Maddə 33-7. Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək üçün şəhadətnamənin verilməsinə görə tutulan dövlət rüsumunun dərəcəsi

Dövlət rüsumu tutulmalı olan hərəkətlər

Dövlət rüsumunun məbləği

Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək üçün şəhadətnamənin verilməsi

 

100 manat

 

Maddə 2. Keçid müddəaları

 2.1. Bu Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir.

 2.2. Bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, habelə şikayətlərə görə ödənilən dövlət rüsumlarına şamil edilir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 iyul 2021-ci il

17 İyul 2021, 09:07

http://www.azertag.az

651—660 / 10511

1 İyun 2022, 08:06

Azərbaycan Respublikası Prezidentinin “Rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2021-ci il 27 aprel tarixli 1325 nömrəli, “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsin yaradılması haqqında” 2021-ci il 27 aprel tarixli 1326 nömrəli, “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Rusiya Federasiyasının Rəqəmli İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi arasında rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə” 2021-ci il 26 iyun tarixli 1383 nömrəli və “e-KOB evi” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2021-ci il 9 avqust tarixli 1415 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

1 İyun 2022, 08:06

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2020-ci il 12 fevral tarixli 1815 nömrəli, “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 2020-ci il 13 fevral tarixli 1816 nömrəli, “Açıq hökumətin təşviqinə dair 2020–2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” 2020-ci il 27 fevral tarixli 1859 nömrəli, “İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) üzrə Azərbaycan Respublikası Milli Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” 2020-ci il 13 mart tarixli 1937 nömrəli və “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020–2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” 2020-ci il 22 iyul tarixli 2173 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

1 İyun 2022, 08:06

Azərbaycan Respublikası Prezidentinin “2007-ci il fevralın 7-də Tbilisi şəhərində imzalanmış “Bakı-Tbilisi-Qars” yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda - Türkiyə Respublikası sərhədinə qədər (Kartsaxi) dəmir yolu sahəsinin maliyyələşdirilməsi, layihələndirilməsi, inşası, reabilitasiya-rekonstruksiyası və istismarının prinsip və şərtləri haqqında Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında Saziş” üzrə Azərbaycan Respublikası Hökuməti tərəfindən səlahiyyətli orqanın müəyyən edilməsi barədə” 2007-ci il 13 iyun tarixli 2222 nömrəli, “Azərbaycan Respublikası ilə Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” 2007-ci il 20 iyun tarixli 2236 nömrəli və “Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Dağıstan Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi haqqında” 2007-ci il 3 iyul tarixli 2283 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

1 İyun 2022, 08:06

Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı   ətraflı...

25 May 2022, 16:05

“AzərbaycanRespublikasınındövlətbüdcəsinintərkibində “Avtomobilyolları” MəqsədliBüdcə Fondununyaradılması haqqında” AzərbaycanRespublikası Prezidentinin 2006-cı il 12 oktyabrtarixli 1729 nömrəliSərəncamındadəyişiklikedilməsibarədə AzərbaycanRespublikası PrezidentininSərəncamı   ətraflı...

25 May 2022, 16:05

“Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

25 May 2022, 16:05

“Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Latviya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

25 May 2022, 08:05

C.Q. Qurbanovun “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

25 May 2022, 08:05

C.Q. Qurbanovun Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

25 May 2022, 07:05

S.Q.Məmmədovun Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...