“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740; 2002, № 12, maddə 706; 2003, № 1, maddə 23, № 8, maddə 428, № 12 (I kitab), maddələr 676, 698; 2005, № 1, maddə 1, № 6, maddə 462, № 8, maddə 684, № 10, maddələr 873, 905, № 12, maddə 1083; 2006, № 3, maddələr 223, 225, № 6, maddə 481, № 12, maddələr 1015, 1029; 2007, № 2, maddə 80, № 12, maddə 1203; 2008, № 3, maddə 158, № 6, maddə 462, № 7, maddə 602, № 12, maddə 1047; 2009, № 1, maddə 5, № 2, maddə 56, № 3, maddə 160, № 7, maddə 519, № 12, maddə 947; 2010, № 4, maddə 276, № 6, maddə 485, № 10, maddə 840, № 11, maddə 939; 2011, № 1, maddə 12, № 4, maddələr 245, 264, № 11, maddə 985, № 12, maddə 1100; 2012, № 1, maddə 4, № 6, maddələr 508, 518, № 7, maddə 646, № 10, maddə 947, № 12, maddələr 1216, 1227, 1229; 2013, № 3, maddə 213, № 5, maddə 474, № 11, maddələr 1269, 1279, 1299, 1301, 1308, № 12, maddələr 1485, 1504; 2014, № 1, maddə 6, № 5, maddə 468, № 6, maddələr 603, 605, № 7, maddələr 774, 780, № 11, maddələr 1345, 1370; 2015, № 12, maddə 1432; 2016, № 1, maddələr 15, 36, № 4, maddə 630, № 5, maddə 849, № 6, maddə 1014, № 10, maddə 1605, № 11, maddələr 1753, 1776, 1780, 1790, № 12, maddələr 2006, 2051; 2017, № 3, maddələr 337, 341, № 5, maddə 742, № 6, maddə 1028, № 7, maddə 1308, № 8, maddə 1506, № 12 (I kitab), maddə 2265; 2018, № 3, maddə 405, № 4, maddələr 639, 647, № 6, maddələr 1186, 1194, № 7 (I kitab), maddələr 1415, 1444, № 8, maddə 1675, № 12 (I kitab), maddə 2489; 2019, № 1, maddə 45, № 4, maddələr 571, 596, № 5, maddə 797, № 7, maddələr 1176, 1181, 1190, 1192, № 8, maddə 1371, № 11, maddələr 1681, 1694; 2020, № 5, maddələr 521, 524, № 6, maddə 665, № 7, maddələr 824, 828, 837, 851, 853, 1327, № 12 (I kitab), maddə 1423; 2021, № 2, maddə 117; Azərbaycan Respublikasının 2021-ci il 25 may tarixli 325-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2.0.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“2.0.1. məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsi, məhkəmə aktının surətinin təkrar verilməsi;”;
1.2. 2.0.23-cü maddənin sonundakı nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.0.24-cü maddə əlavə edilsin:
“2.0.24. özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək üçün şəhadətnamənin verilməsi.”;
1.3. 4-cü maddə üzrə:
1.3.1. 4.1-ci maddədə “4.1-4-cü” sözləri “4.1-5-ci" sözləri ilə əvəz edilsin;
1.3.2. 4.1-5-ci maddə aşağıdakı redaksiyada verilsin:
“4.1-5. Bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş dövlət rüsumlarının 50 faizi (ödənilən hər bir dövlət rüsumu üzrə 5000 manatdan çox olmamaq şərtilə) müvafiq məhkəmələrin aparatlarının işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədilə müvafiq olaraq Azərbaycan Respublikasının Ali Məhkəməsinin, apellyasiya instansiyası məhkəmələrinin və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) xəzinə hesablarına köçürülür, qalan hissəsi isə dövlət büdcəsinə ödənilir.”;
1.3.3. aşağıdakı məzmunda 4.1-6-cı maddə əlavə edilsin:
“4.1-6. Bu Qanunun 4.1-ci və 4.1-1 – 4.1-5-ci maddələrində nəzərdə tutulan vəsaitlərdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.”;
1.4. 8-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri
Dövlət rüsumu tutulmalı olan hərəkətlər |
Dövlət rüsumunun məbləği |
8.1 Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: |
|
8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda |
30 manat |
8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda |
30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi |
8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda |
120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi |
8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda |
390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi |
8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda |
1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) |
8.1.6. Fiziki şəxs tərəfindən mülkiyyətində, istifadəsində (icarəsində) olan yaşayış evi, mənzil, həyətyanı sahənin torpağı, o cümlədən bağ sahəsi ilə bağlı ərizənin verilməsinə, habelə fiziki şəxs tərəfindən istifadəsində (icarəsində) olan kənd təsərrüfatı təyinatlı torpaqla bağlı ərizənin verilməsinə görə |
100 manat
|
8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə |
100 manat |
8.3. İddia predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxsin işə qoşulması barədə ərizənin verilməsinə görə |
bu Qanunun müvafiq olaraq 8.1-ci və ya 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumu |
8.4. Müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə |
bu Qanunun müvafiq olaraq 8.1-ci və ya 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 10 faizi (hər bir halda 10 manatdan az olmamaqla) |
8.5. İş üzrə icraata xitam verilməsi, iddianın baxılmamış saxlanılması və məhkəmə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardaddan şikayət verilməsinə görə |
50 manat |
8.6. Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə |
bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi |
8.7. Məhkəmə aktının surətinin təkrarən verilməsinə görə |
10 manat və 10-cu səhifədən yuxarı hər səhifəyə görə 0,2 manat |
1.5. 9-cu maddə üzrə:
1.5.1. maddənin adı aşağıdakı redaksiyada verilsin:
“Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri”;
1.5.2. 9.1.8-ci maddə aşağıdakı redaksiyada verilsin:
“9.1.8. itirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın bərpa edilməsi barədə verilən ərizə üzrə - tərəflər;”;
1.5.3. 9.1.9 – 9.1.11-ci, 9.1.15-ci və 9.1.19-cu maddələr ləğv edilsin;
1.5.4. 9.1.12-ci maddədə “vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər” sözləri “tərəflər” sözü ilə əvəz edilsin;
1.5.5. 9.1.13-cü maddə aşağıdakı redaksiyada verilsin:
“9.1.13. təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında mübahisələr üzrə - tərəflər;”;
1.5.6. 9.1.17-ci maddədə “məhkəmə” sözü “iş üzrə icraata xitam verilməsi, iddianın baxılmamış saxlanılması, məhkəmə cərimələrinin qoyulması və müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardadlar istisna olmaqla, digər məhkəmə” sözləri ilə əvəz edilsin;
1.6. aşağıdakı məzmunda 33-7-ci maddə əlavə edilsin:
“Maddə 33-7. Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək üçün şəhadətnamənin verilməsinə görə tutulan dövlət rüsumunun dərəcəsi
Dövlət rüsumu tutulmalı olan hərəkətlər |
Dövlət rüsumunun məbləği |
Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək üçün şəhadətnamənin verilməsi
|
100 manat
|
Maddə 2. Keçid müddəaları
2.1. Bu Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir.
2.2. Bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, habelə şikayətlərə görə ödənilən dövlət rüsumlarına şamil edilir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 iyul 2021-ci il
17 İyul 2021, 09:071 Fevral 2023, 08:02
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 215 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 23 fevral tarixli 66 nömrəli Fərmanının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
1 Fevral 2023, 08:02
“Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 785-VIQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
1 Fevral 2023, 08:02
Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
1 Fevral 2023, 08:02
“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 784-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 22 yanvar tarixli 265 nömrəli və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” 2000-ci il 25 avqust tarixli 387 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
1 Fevral 2023, 08:02
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ətraflı...
1 Fevral 2023, 08:02
“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 783-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 15 fevral tarixli 795 nömrəli, “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 23 fevral tarixli 1256 nömrəli və “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 3 may tarixli 1361 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
1 Fevral 2023, 08:02
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ətraflı...
1 Fevral 2023, 08:02
aliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 782-VIQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
1 Fevral 2023, 08:02
Hədəfli maliyyə sanksiyaları haqqında Azərbaycan Respublikasının Qanunu ətraflı...
1 Fevral 2023, 08:02
“Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 781-VIQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...