“Prokurorluq işçilərinin sosial müdafiəsini gücləndirmək və prokurorluq orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Prokurorluğunun xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinin 5-ci hissəsinə əsasən qərara alıram:

1. “Prokurorluq işçilərinin sosial müdafiəsini gücləndirmək və prokurorluq orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Prokurorluğunun xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 iyul 2021-ci ilAzərbaycan Respublikası Prezidentinin

2021-ci il 16 iyul tarixli

Fərmanı ilə təsdiq edilmişdir.

Prokurorluq işçilərinin sosial müdafiəsini gücləndirmək və prokurorluq orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Prokurorluğunun xəzinə hesabına köçürülən vəsaitdən istifadə

QAYDASI

1. Ümumi müddəalar

1.1. Bu Qayda “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinin 5-ci hissəsinə əsasən hazırlanmışdır və həmin maddənin 4-cü hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prokurorluğunun xəzinə hesabına köçürülən vəsaitdən (bundan sonra – vəsait) istifadə qaydasını müəyyən edir.

1.2. Vəsaitdən prokurorluq işçilərinin sosial müdafiəsini gücləndirmək və prokurorluq orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə istifadə olunur.

2. Vəsaitdən istifadə edilməsi

2.1. Vəsaitin toplanması və ondan təyinatı üzrə istifadə edilməsi Azərbaycan Respublikası Baş Prokurorluğunun bu məqsədlə açılmış müvafiq xəzinə hesabı vasitəsilə həyata keçirilir.

2.2. Vəsaitin uçotu “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa, İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təsdiq etdiyi uçot qaydalarına uyğun həyata keçirilir.

2.3. Köçürmələrin və bununla əlaqədar nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikasının Baş Prokurorluğu və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təmin olunur.

2.4. Azərbaycan Respublikasının Baş Prokurorluğu vəsaitdən istifadəyə dair Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq hesabat təqdim edir.

2.5. Vəsaitdən istifadə ilə bağlı digər məsələlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədənkənar vəsaitləri haqqında müvafiq Əsasnaməyə uyğun olaraq həyata keçirilir.

2.6. Vəsait Azərbaycan Respublikasının mülkiyyəti hesab olunur, Azərbaycan Respublikası Baş Prokurorluğunun sərəncamındadır və onun istifadəçisi (sərəncamçısı) dəyişdirilə bilməz.

2.7. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi hər ay üçün növbəti ayın 5-dən gec olmayaraq, dekabr ayı üçün isə həmin ayın 25-dək daxil olan vəsaitin dekabrın 26-da (dekabrın 26-sı qeyri-iş gününə düşdükdə, növbəti iş günü) Azərbaycan Respublikası Baş Prokurorluğunun xüsusi xəzinə hesabına köçürülməsini təmin edir.

3. Vəsaitdən istifadə istiqamətləri

3.1. Vəsaitin prokurorluq işçilərinin (bundan sonra – işçilər) sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən hissəsi aşağıdakı istiqamətlərə xərclənir:

3.1.1. işçilərin kollektiv və fərdi qaydada mükafatlandırılmasına;

3.1.2. bütün işçilərin vəzifə maaşlarına əlavələrin verilməsinə;

3.1.3. işçilər üçün kooperativ mənzil tikintisinin qismən maliyyələşdirilməsinə.

3.2. Prokurorluq orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə vəsait aşağıdakı istiqamətlərə xərclənir:

3.2.1. malların (işlərin və xidmətlərin) alınmasına;

3.2.2. inzibati və təsərrüfat təyinatlı binaların tikintisinə, onların əsaslı və cari təmirinə;

3.2.3. beynəlxalq təşkilatlara üzvlük və beynəlxalq tədbirlərdə iştirak haqlarının ödənilməsinə;

3.2.4. Azərbaycan Respublikası Baş Prokurorluğunun internet informasiya ehtiyatlarına, habelə “Elektron prokurorluq” informasiya sisteminə maliyyə yardımının ayrılmasına;

3.2.5. maddi-texniki bazanın möhkəmləndirilməsi və elmi-texniki potensialın artırılması istiqamətində digər xərclərə.

3.3. Vəsaitin 50 faizi bu Qaydanın 3.1.1-ci və 3.1.2-ci yarımbəndlərində nəzərdə tutulmuş məqsədlər üçün ayrılır.

3.4. Verilən mükafatların məbləğini işçinin fəaliyyətinin nəticələrindən asılı olaraq Azərbaycan Respublikasının Baş prokuroru müəyyən edir.

3.5. Bu Qaydanın 3.1.1-ci və 3.1.2-ci yarımbəndlərinə əsasən ödənilən vəsaitdən gəlir vergisi, məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqı müvafiq olaraq Azərbaycan Respublikasının Vergi Məcəlləsinə, “Sosial sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tutulur.

4. Keçid müddəası

“Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 27 aprel tarixli 307-VIQD nömrəli Qanununun 2-ci maddəsinə əsasən, 2020-ci il iyulun 1-dən bu Qayda qüvvəyə minənədək daxil olan vəsaitdən bu Qaydanın 3.2-ci bəndinə uyğun olaraq istifadə edilir.

17 İyul 2021, 09:07

http://www.azertag.az

10291—10300 / 10511

12 Fevral 2014, 08:02

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə   ətraflı...

12 Fevral 2014, 08:02

“15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Azərbaycan Respublikasının 2013-cü il 17 dekabr tarixli 853-IVQ nömrəli Qanununun tətbiqi barədə   ətraflı...

12 Fevral 2014, 08:02

15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında   ətraflı...

11 Fevral 2014, 16:02

Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərin sosial müdafiəsi üzrə əlavə tədbirlər haqqında   ətraflı...

11 Fevral 2014, 16:02

"Neft məhsullarının qüvvədə olan aksiz dərəcələrinin səviyyəsinin dəyişdirilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 dekabr tarixli 333 nömrəli qərarında dəyişiklik edilməsi haqqında   ətraflı...

11 Fevral 2014, 16:02

"Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında   ətraflı...

11 Fevral 2014, 09:02

“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 871-IVQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

11 Fevral 2014, 09:02

“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə   ətraflı...

11 Fevral 2014, 09:02

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 874-IVQD nömrəli Qanununun tətbiqi barədə   ətraflı...

11 Fevral 2014, 09:02

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında   ətraflı...