Azərbaycan Respublikası Prezidentinin “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 26 oktyabr tarixli 3 nömrəli, “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2007-ci il 31 iyul tarixli 609 nömrəli, “İctimai iştirakçılıq haqqında”, “Dəniz limanları haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında” və “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 may tarixli 1581-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2019-cu il 11 iyun tarixli 732 nömrəli fərmanlarında dəyişiklik edilməsi və “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 22 may tarixli 341-IIIQD nömrəli Qanununun icrasının təmin edilməsi haqqında” 2007-ci il 14 dekabr tarixli 680 nömrəli Fərmanının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Yerin təki haqqında”, “İstehsalat və məişət tullantıları haqqında”, “Qaz təchizatı haqqında”, “Energetika haqqında” və “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 22 oktyabr tarixli 1683-VQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə qərara alıram:

1. “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 26 oktyabr tarixli 3 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 10, maddə 611; 2003, № 10, maddə 546; 2007, № 2, maddə 87, № 6, maddə 601; 2012, № 7, maddə 681; 2016, № 1, maddə 51; 2019, № 1, maddə 67; 2020, № 7, maddə 869) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.1-ci bəndə “Qanununun” sözündən sonra “5-ci maddəsinin birinci hissəsində, 6-cı maddəsinin üçüncü hissəsində,” sözləri əlavə edilsin;

1.2. 2.2-ci və 2.4-cü bəndlər aşağıdakı redaksiyada verilsin:

“2.2. həmin Qanunun 5-ci maddəsinin birinci hissəsində “orqan (qurum)” dedikdə, əsasnamələrinə uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur.”;

“2.4. həmin Qanunun 6-cı maddəsinin 3-cü hissəsində “orqan (qurum)” dedikdə, əsasnamələrinə uyğun olaraq, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur;”;

1.3. 2.10-cu bənddən “, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi” sözləri çıxarılsın.

2. “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 iyul tarixli 609 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 7, maddə 716) 2-ci hissəsi ləğv edilsin.

3. “İctimai iştirakçılıq haqqında”, “Dəniz limanları haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında” və “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 may tarixli 1581-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 732 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 6, maddə 1024) 3.3-cü və 3.4-cü bəndləri ləğv edilsin.

4. “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 22 may tarixli 341-IIIQD nömrəli Qanununun icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 14 dekabr tarixli 680 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 12, maddə 1230) ləğv edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 iyul 2021-ci il

14 İyul 2021, 09:07

http://www.azertag.az

4851—4860 / 10511

30 Avqust 2017, 09:08

Mingəçevir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

29 Avqust 2017, 09:08

Astara rayonunun Taxtanəkəran-Miki və Taxtanəkəran-Toradi avtomobil yollarının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

29 Avqust 2017, 09:08

N.Ə.Əmirovun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

28 Avqust 2017, 09:08

F.R.Ağamalının “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

25 Avqust 2017, 09:08

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 4 iyul tarixli 1554 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında   ətraflı...

25 Avqust 2017, 09:08

“Qarabağ" futbol klubunun UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması ilə əlaqədar   ətraflı...

24 Avqust 2017, 09:08

“Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 yanvar tarixli 994 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə   ətraflı...

24 Avqust 2017, 09:08

“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə   ətraflı...

24 Avqust 2017, 09:08

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 avqust tarixli Sərəncamına Əlavə   ətraflı...

24 Avqust 2017, 09:08

“Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 mart tarixli 2754 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə   ətraflı...