“Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun icrasını təmin edən bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 351 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Yerin təki haqqında”, “İstehsalat və məişət tullantıları haqqında”, “Qaz təchizatı haqqında”, “Energetika haqqında” və “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 22 oktyabr tarixli 1683-VQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə qərara alıram:
“Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun icrasını təmin edən bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 351 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (II kitab), maddə 190; 2001, № 10, maddə 640; 2003, № 9, maddə 512; 2008, № 9, maddə 798; 2009, № 5, maddə 319, № 7, maddə 579; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384) aşağıdakı dəyişikliklər edilsin:
1. Həmin Sərəncamla təsdiq edilmiş “Torpaq sahiblərinin onlara məxsus torpaq sahələrinin hüdudlarında öz ehtiyaclarını ödəmək üçün yeraltı içməli sulardan istifadə Qaydaları”nın 1.2-ci bəndindən “xüsusi razılıq (lisenziya) və ya” sözləri çıxarılsın.
2. Həmin Sərəncamla təsdiq edilmiş “İstifadəyə verilən yer təki sahələrinin və onlarla əlaqədar işlərin dövlət qeydiyyatı və dövlət uçotunun aparılması Qaydaları” üzrə:
2.1. 2.1-ci bəndin beşinci abzasından “xüsusi razılığın (lisenziyanın) və ya” sözləri çıxarılsın;
2.2. 3.5-ci bəndin birinci abzasından “xüsusi razılıq (lisenziya)” sözləri çıxarılsın;
2.3. 3.8-ci bəndin üçüncü cümləsində “Xüsusi razılığın (lisenziyanın) və ya icazənin qeydiyyat nömrəsi xüsusi razılığın (lisenziyanın)” sözləri “İcazənin qeydiyyat nömrəsi onun” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 iyul 2021-ci il
14 İyul 2021, 09:0721 May 2015, 09:05
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 28 aprel tarixli 1261-IVQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
21 May 2015, 09:05
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə ətraflı...
20 May 2015, 09:05
“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 4 oktyabr tarixli 401 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında ətraflı...
20 May 2015, 09:05
Məhkəmə-Hüquq Şurası və Hakimlərin Seçki Komitəsi üzvlərinin, habelə Azərbaycan Respublikası hakimlərinin təltif edilməsi haqqında ətraflı...
20 May 2015, 09:05
Məhkəmə-Hüquq Şurasının və Hakimlərin Seçki Komitəsinin üzvlərinə “Əməkdar hüquqşünas” fəxri adının verilməsi haqqında ətraflı...
20 May 2015, 09:05
M.M.Əliyevin Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında ətraflı...
20 May 2015, 09:05
Bakı şəhəri Binəqədi rayonu ərazisində çoxmərtəbəli binada baş vermiş yanğın iləəlaqədar Dövlət Komissiyasının yaradılması haqqında ətraflı...
20 May 2015, 09:05
A.V.Əfəndiyevin Azərbaycan Respublikasının İspaniya Krallığında və Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında ətraflı...
18 May 2015, 09:05
İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının yaradılması haqqında ətraflı...
18 May 2015, 09:05
İ.Ə.Mustafayevin Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi təyin edilməsi haqqında ətraflı...