“Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Federal Gömrük Xidməti (Rusiya Federasiyası) arasında müəyyən növ mallara münasibətdə gömrük nəzarətinin nəticələrinin elektron qaydada qarşılıqlı tanınması haqqında” Protokolun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Federal Gömrük Xidməti (Rusiya Federasiyası) arasında müəyyən növ mallara münasibətdə gömrük nəzarətinin nəticələrinin elektron qaydada qarşılıqlı tanınması haqqında” 2021-ci il mayın 20-də Moskva şəhərində imzalanmış Protokol təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Protokol qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyası Hökumətinə bildiriş göndərsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 iyun 2021-ci il

26 İyun 2021, 21:06

http://www.azertag.az

7181—7190 / 10511

3 Mart 2016, 09:03

Bakı şəhəri Sabunçu rayonunun Nardaran qəsəbəsinin daxili avtomobil yollarında yenidənqurma işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

3 Mart 2016, 09:03

H.İ.Həsənova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında   ətraflı...

3 Mart 2016, 09:03

İctimai asayişin qorunmasında vətəndaşların iştirakı Qaydası   ətraflı...

3 Mart 2016, 09:03

İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə   ətraflı...

2 Mart 2016, 09:03

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

2 Mart 2016, 09:03

Azərbaycan qadınlarına fəxri adların verilməsi haqqında   ətraflı...

2 Mart 2016, 09:03

U.Ə.Quliyevaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında   ətraflı...

2 Mart 2016, 09:03

Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında   ətraflı...

2 Mart 2016, 09:03

Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

2 Mart 2016, 09:03

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 19 yanvar tarixli 102-VQD nömrəli Qanununun tətbiqi barədə   ətraflı...