“Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”nin və “Dənizçinin şəxsiyyət sənədinin spesifikasiyası, təsviri və nümunəsi”nin təsdiq olunması barədə” Azərbaycan Respublikasının 2008-ci il 1 fevral tarixli 541-IIIQ nömrəli Qanununda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”nin və “Dənizçinin şəxsiyyət sənədinin spesifikasiyası, təsviri və nümunəsi”nin təsdiq olunması barədə” Azərbaycan Respublikasının 2008-ci il 1 fevral tarixli 541-IIIQ nömrəli Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 3, maddə 157, № 10, maddə 886; 2013, № 7, maddə 792; 2014, № 11, maddə 1348; 2019, № 2, maddə 188; 2020, № 4, maddə 393) aşağıdakı dəyişikliklər edilsin:

1.1. həmin Qanunla təsdiq edilmiş “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə” üzrə:

1.1.1. 1-ci maddədə “gəmidə (hərbi gəmi istisna olmaqla)” sözləri “ticarət gəmiçiliyi məqsədilə istifadə edilən gəmidə (bundan sonra – gəmi)” sözləri ilə əvəz edilsin;

1.1.2. aşağıdakı məzmunda 1-2-ci maddə əlavə edilsin:

“1-2. Bu Əsasnamə şəxsiyyət sənədinin verilməsi, dəyişdirilməsi, təhvil verilməsi, qüvvədən düşmüş hesab edilməsi və məlumatların şəxsiyyət sənədinin elektron daşıyıcısına (çipinə) daxil edilməsi, habelə həmin məlumatlardan istifadə qaydalarını müəyyən edir.”;

1.1.3. 2-ci maddədə “Azərbaycan Respublikasında qeydiyyatda olan və dənizçilik məqsədi ilə istifadə edilən gəmilərdə hər hansı dənizçi vəzifəsində işləyən” sözləri “gəmidə işləyən və ya təcrübə keçən” sözləri ilə, “orqanı” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin;

1.1.4. 3-cü maddədə “Azərbaycan Respublikasında qeydiyyatda olan və ya onun ərazisində istifadə üçün icarəyə götürülmüş gəmidə dənizçi vəzifəsində işləyən və” sözləri “gəmidə işləyən və ya təcrübə keçən” sözləri ilə əvəz edilsin və həmin maddədən “(bundan sonra - əcnəbilər)” sözləri çıxarılsın;

1.1.5. 5-ci və 6-cı maddələr aşağıdakı redaksiyada verilsin:

“5. Şəxsiyyət sənədində Azərbaycan Respublikasının adı, Dövlət Gerbi, sənədin tipi, nömrəsi, sahibinin adı, soyadı, vətəndaşlığı, cinsi, doğulduğu tarix və yer, verilmə tarixi və etibarlılıq müddəti, verildiyi yer, şəxsiyyət sənədi sahibinin imzası, səciyyəvi əlamətləri, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO-nun) 9303 nömrəli sənədinin tələblərinə uyğun fotoşəkli, habelə şəxsiyyət sənədini verən orqanın adı, telefonu, internet səhifəsi göstərilir.

6. Şəxsiyyət sənədində elektron daşıyıcı (çip) yerləşdirilir. Elektron daşıyıcı (çip) Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO-nun) tələblərinə və standartlarına uyğun olaraq, dəyişdirilməyən məlumatlardan ibarətdir. Şəxsiyyət sənədinin elektron daşıyıcısına (çipə) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu Əsasnamənin 6-1-ci maddəsində göstərilən məlumatlar daxil edilir.”;

1.1.6. aşağıdakı məzmunda 6-1-ci maddə əlavə edilsin:

“6-1. Şəxsiyyət sənədinin elektron daşıyıcısına (çipə) aşağıdakı məlumatlar daxil edilir:

6-1.1. Azərbaycan Respublikasının adı, sənədin tipi, nömrəsi, sahibinin adı, soyadı, vətəndaşlığı, cinsi, doğulduğu tarix və yer, verilmə tarixi və etibarlılıq müddəti;

6-1.2. Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO-nun) 9303 nömrəli sənədinin tələblərinə uyğun fotoşəkil;

6-1.3. Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO-nun) tələblərinə uyğun olaraq müvafiq sertifikatlar.”;

1.1.7. 8-ci maddə aşağıdakı redaksiyada verilsin:

“8. Şəxsiyyət sənədi verilən şəxs aşağıdakı sənədləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etməlidir:

8.1. şəxsiyyət sənədinin verilməsi haqqında ərizə-anket (əlavə olunur);

8.2. şəxsin ixtisas şəhadətnaməsi (diplomu);

8.3. şəxsin gəmidə işlədiyini və ya təcrübə keçəcəyini təsdiq edən sənəd;

8.4. sağlamlıq haqqında tibbi arayış;

8.5. dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd.”;

1.1.8. aşağıdakı məzmunda 8-1-ci və 8-2-ci maddələr əlavə edilsin:

“8-1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) məsul əməkdaşı bu Əsasnamənin 8-ci maddəsində göstərilən sənədləri qəbul edir, ərizə-anketin düzgün doldurulduğunu yoxlayır. Ərizə-anketdəki məlumatlar əlavə sənəd tələb edilmədən dövlət orqanlarının (qurumlarının) elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə edilməklə yoxlanılır. Bunun mümkün olmadığı hallarda həmin sənədlərin təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında aidiyyəti orqandan (qurumdan) tələb olunur və ya ərizəçi tərəfindən təmin olunur.

8-2. Şəxsiyyət sənədinin doldurulması “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi (bundan sonra - İAMAS) vasitəsilə həyata keçirilir. Verilmiş şəxsiyyət sənədi, habelə onun aktiv statusunun dəyişdirilməsi barədə məlumatlar İAMAS-a daxil edilir.”;

1.1.9. 9-cu maddə aşağıdakı redaksiyada verilsin:

“9. Dənizçinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO-nun) tələblərinə uyğun fotoşəklinin çəkilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) həyata keçirilir.

Şəxsiyyət sənədini verən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqan (qurum) iş qrafiki haqqında məlumatları, şəxsiyyət sənədinin verilməsi və dəyişdirilməsi üçün tələb olunan sənədlərin siyahısını və ödənilməli olan dövlət rüsumunun məbləğini özünün rəsmi internet səhifəsində və inzibati binasında hər kəsin yaxşı görə biləcəyi lövhələrdə yerləşdirməlidir.”;

1.1.10. 10-cu maddəyə “orqanının” sözündən sonra “müəyyən etdiyi orqanın (qurumun)” sözləri əlavə edilsin və həmin maddədə ismin müvafiq hallarında “vəsatət (ərizə-anket)” sözləri ismin müvafiq hallarında “ərizə-anket” sözləri ilə, “və gerbli möhürlə” sözləri “ilə” sözü ilə, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin” sözləri “İAMAS-ın” sözləri ilə əvəz edilsin;

1.1.11. 11-ci maddəyə “orqanının” sözündən sonra “müəyyən etdiyi orqanın (qurumun)” sözləri və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Şəxsiyyət sənədinin verilməsindən imtina edildikdə ödənilmiş dövlət rüsumu geri qaytarılır.”;

1.1.12. 12-ci və 13-cü maddələr aşağıdakı redaksiyada verilsin:

“12. Şəxsiyyət sənədi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilən dövlət rüsumunun məbləğinə müvafiq olaraq həmin Qanunda nəzərdə tutulmuş müddətdə verilir və ya dəyişdirilir. Dənizçi yeni şəxsiyyət sənədini alarkən, köhnə şəxsiyyət sənədini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təhvil verməlidir.

13. Dənizçiyə şəxsiyyət sənədinin verilməsi barədə müsbət qərar qəbul edildiyi təqdirdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) məsul əməkdaşı həmin dənizçinin ərizə-anketi üzrə təsdiq olunmuş məlumatları, onun fotoşəkli ilə birlikdə dərhal İAMAS-a daxil edir. İAMAS-a daxil edilmiş məlumatlar elektron sənəd formasında onu daxil edən əməkdaşın gücləndirilmiş elektron imzası ilə təsdiq edilir.”;

1.1.13. aşağıdakı məzmunda 13-1-ci və 13-2-ci maddələr əlavə edilsin:

“13-1. Şəxsiyyət sənədinin elektron daşıyıcısında (çipində) dənizçiyə dair məlumatların düzgünlüyünü sənəd sahibinin ödənişsiz olaraq elektron avadanlıqdan istifadə etməklə yoxlaması şəxsiyyət sənədini verən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təmin olunur.

13-2. Şəxsiyyət sənədinin üzərində göstərilən məlumatlarda səhv müəyyənləşdirildikdə, həmin sənəd təqdim edildiyi vaxtdan 3 (üç) iş günü müddətində, şəxsiyyət sənədinin elektron daşıyıcısına daxil edilmiş məlumatlarda səhv müəyyənləşdirildikdə şəxsiyyət sənədi təqdim edildikdən dərhal sonra (ən geci 30 dəqiqə ərzində) həmin məlumatlar dövlət rüsumu alınmadan dəyişdirilir.”;

1.1.14. 15-ci maddənin birinci və ikinci hissələrində “orqanına” sözü “orqanının müəyyən etdiyi orqana (quruma)” sözləri ilə əvəz edilsin;

1.1.15. 15-ci maddənin üçüncü hissəsi aşağıdakı redaksiyada verilsin:

“Bu maddənin 1-ci hissəsinə uyğun olaraq şəxsiyyət sənədini itirməsi barədə dənizçinin yazılı məlumatı daxil olduğu halda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən dənizçinin şəxsiyyəti müəyyənləşdirilir, şəxsiyyət sənədinin itirilməsi barədə məlumat Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinə ötürülür və İAMAS-da onun aktiv statusu dəyişdirilir. Şəxsiyyət sənədini itirmiş dənizçiyə yeni şəxsiyyət sənədi bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir.”;

1.1.16. 16-cı maddədə “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin;

1.1.17. 17-ci maddədə “dənizçi vəzifəsində” sözləri “gəmidə” sözləri ilə, “bu sənədin dəyişdirməsi” sözləri “şəxsiyyət sənədinin dəyişdirilməsi” sözləri ilə, “yazılarında qeyri-dəqiqlik” sözləri “üzərindəki məlumatlarda səhv” sözləri ilə əvəz edilsin, həmin maddədən “, atasının adı” sözləri çıxarılsın və həmin maddəyə “yararsız” sözündən əvvəl “, o cümlədən onun elektron daşıyıcısı (çipi)” sözləri əlavə edilsin;

1.1.18. aşağıdakı məzmunda 17-1-ci və 17-2-ci maddələr əlavə edilsin:

“17-1. Bu Əsasnamənin 17-ci maddəsində nəzərdə tutulmuş hallarda şəxsiyyət sənədi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu Əsasnamənin tələblərinə riayət etməklə dəyişdirilir. Bu zaman dənizçinin fotoşəkli sənəd verən orqanda çəkilir və yalnız aşağıdakı sənədlər təqdim olunur:

17-1.1. ərizə-anket;

17-1.2. sağlamlıq haqqında tibbi arayış (etibarlılıq müddətinin bitməsi halında);

17-1.3. dövlət rüsumunun ödənilməsi barədə sənəd.

17-2. Bu Əsasnamə ilə nəzərdə tutulmuş hallarda dənizçi şəxsiyyət sənədinin dəyişdirilməsi üçün 1 (bir) ay müddətində müraciət etmədikdə, şəxsiyyət sənədi qüvvədən düşmüş hesab edilir, şəxsiyyət sənədinə dair məlumatlar İAMAS vasitəsilə Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinə ötürülür və İAMAS-da onun aktiv statusu dəyişdirilir.”;

1.1.19. “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”yə 1 nömrəli əlavənin yeni redaksiyası təsdiq edilsin (əlavə olunur);

1.1.20. “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”yə 2 nömrəli əlavə ləğv edilsin;

1.2. həmin Qanunla təsdiq edilmiş “Dənizçinin şəxsiyyət sənədinin spesifikasiyası” üzrə:

1.2.1. birinci – üçüncü və altıncı hissələr aşağıdakı redaksiyada verilsin:

“Elektron daşıyıcısı (çipi) olan dənizçinin şəxsiyyət sənədi beynəlxalq standartlara uyğun yüksək keyfiyyətli polikarbonat materialından hazırlanır, yüksək temperatura, işığa, deformasiyaya, kimyəvi maddələrin təsirinə və rütubətə davamlıdır, istifadə zamanı zəhərləyici maddələr ifraz etmir, fotoşəkli keyfiyyətli əks etdirir və saxtalaşdırmanın qarşısını almaq xüsusiyyətinə malikdir.

Dənizçinin şəxsiyyət sənədinin elektron daşıyıcısı (çipi) məlumatların yazılmasını və oxunmasını təmin edir.

Dənizçinin şəxsiyyət sənədində “göy qurşağı” üsulu ilə hazırlanmış qilyoşdan, ultrabənövşəyi çap və lazer həkketmə texnologiyasından, mikromətndən və digər qoruyucu elementlərdən istifadə olunur.”;

“Dənizçinin şəxsiyyət sənədinin üzərində Azərbaycan Respublikasının Dövlət Gerbi ultrabənövşəyi işıq altında görünən formada da verilir.”;

1.2.2. aşağıdakı məzmunda yeddinci – doqquzuncu hissələr əlavə edilsin:

“Dənizçinin şəxsiyyət sənədində yerləşdirilmiş təmassız interfeysli elektron daşıyıcının (çipin) yaddaşı 80 kilobaytdan az olmamalıdır.

Elektron daşıyıcı (çip) ən azı Basic Access Control, Passiv Authentication, Extended Access Control kimi mexanizmləri dəstəkləməli və CC EAL 5+ səviyyəsində uyğunluq sertifikatına malik olmalıdır.

Elektron daşıyıcıda (çipdə) olan məlumatların təhlükəsizliyini təmin etmək üçün elektron imza texnologiyasından və kriptoqrafik alqoritmlərdən istifadə olunur.”;

1.3. həmin Qanunla təsdiq edilmiş “Dənizçinin şəxsiyyət sənədinin təsviri” üzrə:

1.3.1. birinci hissəyə “Təşkilatının” sözündən sonra “(ICAO-nun)” sözləri əlavə edilsin;

1.3.2. ikinci hissə üzrə:

1. birinci cümlə aşağıdakı redaksiyada verilsin:

“Dənizçinin şəxsiyyət sənədinin üz tərəfinin yuxarı sol küncündə “AZƏRBAYCAN RESPUBLİKASI” altında “REPUBLIC OF AZERBAIJAN” sözləri yazılır, yuxarıda ortada Azərbaycan Respublikasının Dövlət Gerbinin rəngli təsviri verilir, gerbin təsvirinin yanında “DƏNİZÇİNİN ŞƏXSİYYƏT SƏNƏDİ”, altında “SEAFARERS’ IDENTITY DOCUMENT” sözləri yazılır, yuxarı sağ küncündə şəxsiyyət sənədinin tipini bildirən “SID” sözü göstərilir və onun yanında elektron daşıyıcının mövcudluğunu göstərən xüsusi işarə təsvir edilir.”;

2. ikinci cümlə ləğv edilsin;

1.3.3. üçüncü hissə üzrə:

1. ikinci abzas ləğv edilsin;

2. üçüncü abzasda “3x4 sm ölçülərində” sözləri “26 mm x 32 mm ölçülü” sözləri ilə əvəz edilsin;

3. dördüncü və beşinci abzaslar aşağıdakı redaksiyada verilsin:

“üz tərəfinin orta hissəsində “Sənəd №/Document No”, “Adı, Soyadı/Full Name”, “Vətəndaşlığı/Nationality”, “Cinsi/Sex”, “Doğulduğu tarix/Date of birth”, “Səciyyəvi əlamətləri/Identfying characteristics”, “Doğulduğu yer/Place of birth”, “Verilmə tarixi/Date of issue”, “Etibarlılıq müddəti” /Date of expiry”, “Verildiyi yer/Place of issue”, “Sahibinin imzası/Signature of holder” sözləri yazılır;

dənizçinin şəxsiyyət sənədinin arxa tərəfinin yuxarı hissəsində “This document is a seafarers’ identity document for the purpose of the Seafarers' Identity Documents Convention (Revised), 2003, of the International Labour Organization. This document is a stand-alone document and not a passport.”, orta hissəsində “Sənədi verən orqanın əlaqə vasitələri / Issuing authority contact details” sözləri yazılır, həmin sözlərin altında sənəd verən orqanın adı və rekvizitləri üçün yer ayrılır, “Telefon/Phone No”, “Veb/Web” sözləri göstərilir;”;

4. aşağıdakı məzmunda altıncı abzas əlavə edilsin:

“aşağı hissəsində Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO-nun) tələblərinə uyğun olaraq maşınla oxuna bilən üç zolaqlı optik nəzarət oxunuşu hissəsi yerləşir.”;

1.3.4. dördüncü hissə aşağıdakı redaksiyada verilsin:

“Dənizçinin şəxsiyyət sənədinin elektron daşıyıcısında (çipində) olan məlumatlar Azərbaycan Respublikasının dövlət dilində və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO-nun) tələblərinə uyğun olaraq ingilis dilində olmalıdır.”;

1.4. “Dənizçinin şəxsiyyət sənədinin nümunəsi” yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).

Maddə 2. Keçid müddəa

Bu Qanun qüvvəyə minənədək verilən dənizçinin şəxsiyyət sənədi onun yenisi ilə dəyişdirilməsi üçün əsaslar yarananadək qüvvəsini saxlayır.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 may 2021-ci il

23 İyun 2021, 16:06

http://www.azertag.az

1571—1580 / 10511

30 Yanvar 2021, 19:01

Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adının verilməsi işinin təşkili üzrə Komissiyanın yaradılması barədə Nazirlər Kabinetinin Qərarı   ətraflı...

30 Yanvar 2021, 19:01

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

30 Yanvar 2021, 19:01

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

30 Yanvar 2021, 19:01

“Dövlət Nəzarəti İnformasiya Sistemi”nin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

29 Yanvar 2021, 19:01

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” 2016-cı il 29 mart tarixli 1932 nömrəli, “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 1 sentyabr tarixli 2295 nömrəli, “Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 20 fevral tarixli 2677 nömrəli, “Bakı Prosesi”nin 10-cu ildönümünün qeyd edilməsi haqqında” 2017-ci il 17 noyabr tarixli 3392 nömrəli, “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2017-ci il 27 noyabr tarixli 3406 nömrəli və “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018–2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 28 fevral tarixli 3722 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

29 Yanvar 2021, 19:01

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan teatrı 2009–2019-cu illərdə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2009-cu il 18 may tarixli 277 nömrəli, “Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi tədbirlər planı”nın təsdiq edilməsi haqqında” 2009-cu il 22 may tarixli 292 nömrəli, “2009-cu il fevralın 26-da Havana şəhərində imzalanmış “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Kuba Respublikasının Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” 2009-cu il 24 iyun tarixli 338 nömrəli, “2009-cu il mayın 5-də Minsk şəhərində imzalanmış “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Belarus Respublikasının İnformasiya Nazirliyi arasında nəşriyyat və informasiya sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” 2009-cu il 24 iyun tarixli 342 nömrəli və “2009-cu il mayın 18-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Kuba Respublikasının Mədəniyyət Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” 2009-cu il 24 iyun tarixli 344 nömrəli sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

29 Yanvar 2021, 19:01

Azərbaycan Respublikası Prezidentinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013–2018-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə” 2013-cü il 24 iyun tarixli 2966 nömrəli, “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında” 2014-cü il 14 fevral tarixli 273 nömrəli, “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Macarıstanın Milli İqtisadiyyat Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə” 2014-cü il 29 dekabr tarixli 966 nömrəli, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” 2015-ci il 19 yanvar tarixli 995 nömrəli, “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Bolqarıstan Respublikasının Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Protokolun təsdiq edilməsi haqqında” 2015-ci il 22 may tarixli 1243 nömrəli və “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2015-ci il 10 sentyabr tarixli 1401 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

29 Yanvar 2021, 19:01

Azərbaycan Respublikası Prezidentinin “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında” 2004-cü il 1 iyul tarixli 298 nömrəli, “Azərbaycan Respublikası regionlarının, o cümlədən Qəbələ, İsmayıllı, Oğuz və Şamaxı rayonlarının sosial iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2005-ci il 25 avqust tarixli 972 nömrəli, “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə” 2006-cı il 17 aprel tarixli 1413 nömrəli, “Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” 2006-cı il 26 avqust tarixli 1640 nömrəli, “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” 2006-cı il 28 dekabr tarixli 1880 nömrəli və “Dövlət əmlakının özəlləşdirilməsinə nəzarət üzrə Dövlət Komissiyası haqqında” 2007-ci il 28 fevral tarixli 2006 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

29 Yanvar 2021, 19:01

Azərbaycan Respublikası Prezidentinin “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” 1998-ci il 18 iyun tarixli 832 nömrəli, “Avropa Şurasının fəaliyyətinə və Azərbaycan Respublikası ilə Avropa Şurası arasındakı əməkdaşlığa dair məlumatların yayılması barədə” 2000-ci il 18 mart tarixli 364 nömrəli, “Birgə kino istehsalı haqqında” Avropa Konvensiyası üzrə Azərbaycan Respublikası tərəfindən səlahiyyətli orqanın təyin edilməsi barədə” 2000-ci il 15 iyul tarixli 475 nömrəli, “Kütləvi informasiya vasitələrinə dövlət qayğısının artırılması sahəsində əlavə tədbirlər haqqında” 2001-ci il 27 dekabr tarixli 851 nömrəli, “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq Xüsusi Hüququ Unifikasiya İnstitutunun (YUNİDRUA) “Oğurlanmış, yaxud qanunsuz aparılmış mədəniyyət sərvətləri haqqında” Konvensiyası üzrə Azərbaycan Respublikası tərəfindən səlahiyyətli orqan təyin edilməsi barədə” 2002-ci il 14 noyabr tarixli 1089 nömrəli, “Çıraqqala” tarixi abidələr kompleksinin bərpası və qorunması haqqında” 2003-cü il 23 iyun tarixli 1262 nömrəli, “Şabran şəhəri” tarix və mədəniyyət abidəsinin qorunması haqqında” 2003-cü il 27 sentyabr tarixli 1343 nömrəli və “Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramının təsdiq edilməsi haqqında” 2004-cü il 11 noyabr tarixli 517 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

29 Yanvar 2021, 19:01

Azərbaycan Respublikası Prezidentinin “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 617-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2017-ci il 16 iyun tarixli 1459 nömrəli, “Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi Qaydası”nın və “www.azexport.az” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2017-ci il 12 sentyabr tarixli 1598 nömrəli, “İncəsənət xadimləri üçün Azərbaycan Respublikası Prezidentinin mükafatı haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında” 2017-ci il 28 oktyabr tarixli 1642 nömrəli, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 887-VQ nömrəli Qanununun tətbiqi barədə” 2017-ci il 29 dekabr tarixli 1774 nömrəli və “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1006-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2018-ci il 5 aprel tarixli 1914 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...