Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (I kitab), maddə 250, № 5, maddə 323; 2002, № 12, maddə 709; 2003, № 8, maddə 420; 2004, № 3, maddə 123, № 5, maddə 318, № 6, maddə 415, № 10, maddə 761, № 11, maddə 901; 2005, № 2, maddə 61, № 6, maddə 466, № 8, maddələr 684, 692, 693, № 11, maddə 996, № 12, maddə 1085; 2006, № 2, maddə 68, № 3, maddə 225, № 5, maddə 387, № 6, maddə 478, № 8, maddə 657, № 12, maddə 1005; 2007, № 2, maddə 80, № 6, maddə 560, № 8, maddə 745, № 10, maddə 937, № 11, maddə 1053, № 12, maddələr 1215, 1219; 2008, № 3, maddə 145, № 6, maddə 456, № 7, maddə 602, № 12, maddə 1049; 2009, № 2, maddə 47, № 5, maddə 295, № 6, maddə 404, № 7, maddə 517; 2010, № 2, maddə 75, № 3, maddə 171, № 4, maddələr 265, 266, 276; 2011, № 2, maddə 71, № 7, maddə 586, № 8, maddə 750, № 12, maddələr 1073, 1102; 2012, № 1, maddə 5, № 5, maddə 403, № 6, maddə 498; 2013, № 1, maddə 15, № 6, maddə 620, № 11, maddə 1280, № 12, maddələr 1469, 1478; 2014, № 2, maddə 96, № 7, maddə 768; 2015, № 3, maddə 254, № 5, maddə 512, № 7, maddə 814, № 10, maddə 1093; 2016, № 1, maddə 26, № 2 (I kitab), maddələr 186, 204, № 3, maddə 401, № 4, maddələr 640, 646, № 6, maddə 1005, № 7, maddə 1248, № 12, maddələr 1998, 2018; 2017, № 2, maddələr 151, 153, № 4, maddə 524, № 5, maddələr 703, 735, № 6, maddə 1035, № 11, maddə 1953, № 12 (I kitab), maddələr 2210, 2234, 2239; 2018, № 2, maddə 142, № 4, maddə 650, № 5, maddələr 845, 851, № 11, maddə 2212, № 12 (I kitab), maddələr 2467, 2518, 2526, 2533; 2019, № 1, maddələr 23, 50, № 5, maddələr 806, 812, 814, № 6, maddələr 994, 996, № 7, maddə 1202, № 8, maddə 1369, № 11, maddə 1681, № 12, maddə 1908; 2020, № 5, maddə 515, № 7, maddələr 822, 832, 839, 843, № 12 (I kitab), maddələr 1423, 1435; 2021, № 1, maddə 8; Azərbaycan Respublikasının 2021-ci il 23 fevral tarixli 277-VIQD nömrəli Qanunu) 937.2-1.4-cü maddəsində “sığorta agenti lisenziyasına malik olan işçisinin” sözləri “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş attestasiyadan keçmiş işçilərinin” sözləri ilə əvəz edilsin.
Maddə 2. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 3, maddə 144, № 7, maddə 602; 2009, № 7, maddə 517; 2011, № 1, maddə 11; 2013, № 12, maddə 1470; 2014, № 7, maddələr 771, 779; 2015, № 11, maddə 1263; 2016, № 3, maddə 410, № 6, maddə 976; 2017, № 7, maddələr 1286, 1294, № 12 (I kitab), maddə 2221; 2018, № 7 (I kitab), maddə 1392; 2019, № 1, maddələr 19, 33, 50, № 5, maddələr 793, 815, № 6, maddə 999, № 8, maddə 1362; 2020, № 7, maddələr 822, 830) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 82.2-2.4-cü maddədə “sığorta agenti lisenziyasına malik olan işçisinin” sözləri “bu Qanunun 83.2.2-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq attestasiyadan keçmiş işçilərinin” sözləri ilə əvəz edilsin;
2.2. 83.2.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
“83.2.3. bu Qanunun 107.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, sığorta vasitəçiliyi fəaliyyətinə verilmiş lisenziyanın digər əsaslarla ləğv edilməməsi;”;
2.3. 84.1.2.4-cü maddədə “işçinin müvafiq lisenziyaya malik olmasını” sözləri “işçilərin bu Qanunun 83.2.2-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq attestasiyadan keçməsini” sözləri ilə əvəz edilsin;
2.4. 93-cü maddə üzrə:
2.4.1. 93.2-ci maddəyə “müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin” sözlərindən sonra “(iri və orta sahibkarlıq subyektləri istisna olmaqla)” sözləri əlavə edilsin;
2.4.2. 93.2-3-cü maddə aşağıdakı redaksiyada verilsin:
“93.2-3. Hüquqi şəxs olan sığorta brokerləri və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər istisna olmaqla, sığorta vasitəçiləri müvafiq sığorta vasitəçiliyi fəaliyyəti ilə bağlı rüblük hesabatı rüb başa çatdıqdan sonra 20 gün müddətində Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi formada Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim etməlidirlər.”;
2.5. 94.3-cü maddəyə “sığorta brokeri” sözlərindən sonra “və sığorta agenti” sözləri əlavə edilsin;
2.6. 106.1.5-ci maddədə “müvafiq lisenziyaya malik olan” sözləri “bu Qanunun 83.2.2-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq attestasiyadan keçmiş” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 may 2021-ci il
22 İyun 2021, 15:0619 Fevral 2015, 09:02
"Tikinti materiallarının və məmulatının standartlara uyğunluğunun yoxlanılması Qaydaları"nın təsdiq edilməsi barədə ətraflı...
19 Fevral 2015, 09:02
"Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikası Qanununun 52-2-ci maddəsinin 3-cü hissəsinin ikinci abzasına uyğun olaraq, protokolun formasına və tərtibinə dair tələblər"in təsdiq edilməsi barədə ətraflı...
19 Fevral 2015, 09:02
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 16 noyabr tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmiş "Siyasi partiyaların maliyyə hesabatlarının forması, məzmunu və təqdim edilmə Qaydası"nda dəyişikliklər edilməsi haqqında ətraflı...
19 Fevral 2015, 09:02
"Azərbaycan Respublikasında avtomobil yollarının təsnifat göstəriciləri"nin və "Ümumi istifadədə olan avtomobil yollarının adlandırılması, indeksasiyası və qeydiyyata alınması Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 1 iyul tarixli 91 nömrəli qərarında dəyişikliklər edilməsi barədə ətraflı...
17 Fevral 2015, 09:02
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 16 mart tarixli 43 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin dövlət qeydiyyatı ilə bağlı sazişin hazırlanması üçün danışıqların aparılması və bağlanması Qaydaları"nda dəyişiklik edilməsi barədə ətraflı...
17 Fevral 2015, 09:02
"Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları", "Dövlət reyestr kitabı", "Qeyri-kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı haqqında şəhadətnamə", "Təhsil müəssisələrinin dövlət qeydiyyatı haqqında şəhadətnamə", "Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrindən çıxarışın forması və çıxarışda göstərilən məlumatların həcmi" və "Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyatına alınması barədə ərizənin forması"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli qərarında dəyişikliklər edilməsi barədə ətraflı...
17 Fevral 2015, 09:02
"Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası"nın təsdiq edilməsi haqqında ətraflı...
17 Fevral 2015, 09:02
“Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 2 fevral tarixli 1176-IVQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
17 Fevral 2015, 09:02
“Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə ətraflı...
17 Fevral 2015, 09:02
“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 2 fevral tarixli 1177-IVQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...