Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
 Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (I kitab), maddə 250, № 5, maddə 323; 2002, № 12, maddə 709; 2003, № 8, maddə 420; 2004, № 3, maddə 123, № 5, maddə 318, № 6, maddə 415, № 10, maddə 761, № 11, maddə 901; 2005, № 2, maddə 61, № 6, maddə 466, № 8, maddələr 684, 692, 693, № 11, maddə 996, № 12, maddə 1085; 2006, № 2, maddə 68, № 3, maddə 225, № 5, maddə 387, № 6, maddə 478, № 8, maddə 657, № 12, maddə 1005; 2007, № 2, maddə 80, № 6, maddə 560, № 8, maddə 745, № 10, maddə 937, № 11, maddə 1053, № 12, maddələr 1215, 1219; 2008, № 3, maddə 145, № 6, maddə 456, № 7, maddə 602, № 12, maddə 1049; 2009, № 2, maddə 47, № 5, maddə 295, № 6, maddə 404, № 7, maddə 517; 2010, № 2, maddə 75, № 3, maddə 171, № 4, maddələr 265, 266, 276; 2011, № 2, maddə 71, № 7, maddə 586, № 8, maddə 750, № 12, maddələr 1073, 1102; 2012, № 1, maddə 5, № 5, maddə 403, № 6, maddə 498; 2013, № 1, maddə 15, № 6, maddə 620, № 11, maddə 1280, № 12, maddələr 1469, 1478; 2014, № 2, maddə 96, № 7, maddə 768; 2015, № 3, maddə 254, № 5, maddə 512, № 7, maddə 814, № 10, maddə 1093; 2016, № 1, maddə 26, № 2 (I kitab), maddələr 186, 204, № 3, maddə 401, № 4, maddələr 640, 646, № 6, maddə 1005, № 7, maddə 1248, № 12, maddələr 1998, 2018; 2017, № 2, maddələr 151, 153, № 4, maddə 524, № 5, maddələr 703, 735, № 6, maddə 1035, № 11, maddə 1953, № 12 (I kitab), maddələr 2210, 2234, 2239; 2018, № 2, maddə 142, № 4, maddə 650, № 5, maddələr 845, 851, № 11, maddə 2212, № 12 (I kitab), maddələr 2467, 2518, 2526, 2533; 2019, № 1, maddələr 23, 50, № 5, maddələr 806, 812, 814, № 6, maddələr 994, 996, № 7, maddə 1202, № 8, maddə 1369, № 11, maddə 1681, № 12, maddə 1908; 2020, № 5, maddə 515, № 7, maddələr 822, 832, 839, 843, № 12 (I kitab), maddələr 1423, 1435; 2021, № 1, maddə 8; Azərbaycan Respublikasının 2021-ci il 23 fevral tarixli 277-VIQD nömrəli Qanunu) 937.2-1.4-cü maddəsində “sığorta agenti lisenziyasına malik olan işçisinin” sözləri “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş attestasiyadan keçmiş işçilərinin” sözləri ilə əvəz edilsin.

Maddə 2. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 3, maddə 144, № 7, maddə 602; 2009, № 7, maddə 517; 2011, № 1, maddə 11; 2013, № 12, maddə 1470; 2014, № 7, maddələr 771, 779; 2015, № 11, maddə 1263; 2016, № 3, maddə 410, № 6, maddə 976; 2017, № 7, maddələr 1286, 1294, № 12 (I kitab), maddə 2221; 2018, № 7 (I kitab), maddə 1392; 2019, № 1, maddələr 19, 33, 50, № 5, maddələr 793, 815, № 6, maddə 999, № 8, maddə 1362; 2020, № 7, maddələr 822, 830) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 82.2-2.4-cü maddədə “sığorta agenti lisenziyasına malik olan işçisinin” sözləri “bu Qanunun 83.2.2-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq attestasiyadan keçmiş işçilərinin” sözləri ilə əvəz edilsin;

2.2. 83.2.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

“83.2.3. bu Qanunun 107.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, sığorta vasitəçiliyi fəaliyyətinə verilmiş lisenziyanın digər əsaslarla ləğv edilməməsi;”;

2.3. 84.1.2.4-cü maddədə “işçinin müvafiq lisenziyaya malik olmasını” sözləri “işçilərin bu Qanunun 83.2.2-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq attestasiyadan keçməsini” sözləri ilə əvəz edilsin;

2.4. 93-cü maddə üzrə:

2.4.1. 93.2-ci maddəyə “müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin” sözlərindən sonra “(iri və orta sahibkarlıq subyektləri istisna olmaqla)” sözləri əlavə edilsin;

2.4.2. 93.2-3-cü maddə aşağıdakı redaksiyada verilsin:

“93.2-3. Hüquqi şəxs olan sığorta brokerləri və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər istisna olmaqla, sığorta vasitəçiləri müvafiq sığorta vasitəçiliyi fəaliyyəti ilə bağlı rüblük hesabatı rüb başa çatdıqdan sonra 20 gün müddətində Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi formada Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim etməlidirlər.”;

2.5. 94.3-cü maddəyə “sığorta brokeri” sözlərindən sonra “və sığorta agenti” sözləri əlavə edilsin;

2.6. 106.1.5-ci maddədə “müvafiq lisenziyaya malik olan” sözləri “bu Qanunun 83.2.2-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq attestasiyadan keçmiş” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 may 2021-ci il

22 İyun 2021, 15:06

http://www.azertag.az

61—70 / 10511

15 Mart 2023, 12:03

A.R.Rzayevin 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

10 Mart 2023, 07:03

Səhiyyə sahəsində təchizat və təminatla bağlı fəaliyyətin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

7 Mart 2023, 16:03

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 yanvar tarixli 1253 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qarabağ Dirçəliş Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

6 Mart 2023, 13:03

Azərbaycan qadınlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

1 Mart 2023, 14:03

Azərbaycan Respublikası vətəndaşlarının 2023-cü il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

1 Mart 2023, 14:03

“İşğaldan azad edilmiş ərazilərdə şəhərsalma fəaliyyəti sahəsində idarəetmə ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 mart tarixli 1304 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

27 Fevral 2023, 15:02

“İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

27 Fevral 2023, 15:02

“GUÖAM iştirakçısı olan dövlətlər arasında azad ticarət zonasının yaradılması haqqında Sazişə dair malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları barədə Protokol”un təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

27 Fevral 2023, 15:02

“İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiqi və “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 iyul tarixli 1732 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

23 Fevral 2023, 16:02

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olan regional mədəniyyət idarələrinin yenidən təşkili və “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 mart tarixli 1932 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...