“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 27 may tarixli 330-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2002-ci il 29 yanvar tarixli 668 nömrəli Fərmanında, 2019-cu il 16 aprel tarixli 647 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət satınalmalarının vahid internet portalı haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
 Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 27 may tarixli 330-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 17.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 29.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 29.3-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.3. həmin Qanunun 17.3-cü maddəsinin birinci və ikinci cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.3-cü maddəsinə uyğun olaraq, açıq tender və ya kotirovka sorğusu üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilən satınalmalarda iştirak haqqının məbləğini, ödənilməsi və ondan istifadə qaydasını Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təklifləri əsasında bir ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. bu Fərmanın 3-cü hissəsində nəzərdə tutulan altsistemə inteqrasiya edilməli olan digər dövlət orqanlarının (qurumlarının) informasiya sistemlərinin və ehtiyatlarının siyahısını, habelə həmin informasiya sistemlərindən və ehtiyatlarından inteqrasiya olunmalı məlumatların dairəsini müəyyən etsin, həmin altsistemin yaradılması və fəaliyyəti ilə əlaqədar maliyyə məsələlərini iki ay müddətində həll etsin;

2.3. qeyri-rezident hüquqi və ya fiziki şəxslərin, yaxud hüquqi şəxslər birliyinin, dövlət mənsubiyyətindən asılı olmayaraq, dövlət satınalmalarının vahid internet portalı vasitəsilə həyata keçirilən satınalmalarda iştirakının təmin olunmasına dair təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.4. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 27 may tarixli 330-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 40.4-cü maddəsinə uyğun olaraq, satınalan təşkilat tərəfindən müqavilənin icrasına başlanması üçün müvafiq dövlət orqanlarından (qurumlarından) icazələrin elektron şəkildə əldə olunmasının təmin edilməsi məqsədilə dövlət satınalmalarının vahid internet portalında müvafiq altsistemin yaradılmasını dörd ay müddətində təmin etsin.

4. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi bu Fərmanın 3-cü hissəsində nəzərdə tutulan altsistemin fəaliyyətini təmin etmək məqsədilə onunla digər dövlət orqanlarının (qurumlarının) informasiya sistemləri və ehtiyatları arasında informasiya mübadiləsinin və elektron xidmətlər göstərilməsinin “Elektron hökumət” portalı vasitəsilə təşkili üçün tədbirlər görsün.

5. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 29 yanvar tarixli 668 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 1, maddə 51; 2014, № 5, maddə 477; 2016, № 5, maddə 861; 2018, № 12 (I kitab), maddə 2611; 2020, № 1, maddə 17, № 5, maddə 565; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 24 iyul tarixli 797 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

5.1. 2.2-ci bənddə “həmin Qanunun” sözləri “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun” sözləri ilə əvəz olunsun və həmin bəndə “27.1-ci” sözlərindən əvvəl “17.3-cü maddəsinin birinci və ikinci cümlələrində,” sözləri, “36.9-cu” sözlərindən əvvəl isə “29.3-cü,” sözləri əlavə edilsin;

5.2. 2.6-cı bəndə “orqan” sözündən sonra “(qurum)” sözü və “50-2.2-ci” sözlərindən əvvəl “29.3-cü,” sözləri əlavə edilsin;

5.3. aşağıdakı məzmunda 2.9-1-ci bənd əlavə edilsin:

“2.9-1. həmin Qanunun 17.3-cü maddəsinin birinci və ikinci cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;”.

6. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 aprel tarixli 647 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 646; 2020, № 2, maddə 99) ilə təsdiq edilmiş “Dövlət satınalmalarının vahid internet portalı haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

6.1. 1.2.1-ci yarımbənddə “tender elanının” sözləri “keçiriləcək satınalma barədə elanın” sözləri ilə əvəz edilsin;

6.2. 1.2.2-ci, 1.2.11-ci, 3.3.3-cü, 5.3.1-ci, 5.3.2-ci yarımbəndlərdə, 5.5-ci və 5.13-cü (birinci halda) bəndlərdə ismin müvafiq hallarında “tender” sözü ismin müvafiq hallarında “satınalma” sözü ilə əvəz edilsin;

6.3. 1.2.3-cü yarımbənddən “tenderdə” sözü çıxarılsın;

6.4. 1.2.7-ci, 1.2.10-cu və 3.3.7-ci yarımbəndlərdə ismin müvafiq hallarında “tender təklifləri” sözləri ismin müvafiq hallarında “təkliflər” sözü ilə əvəz edilsin;

6.5. 1.2.8-ci, 3.3.20-ci yarımbəndlərdə və 5.10-cu bəndlərdə (hər iki halda) ismin müvafiq hallarında “tender təklifi” sözləri ismin müvafiq hallarında “təklif” sözü ilə əvəz edilsin;

6.6. 1.2.13-cü yarımbəndə “şərtlər toplusunun,” sözlərindən sonra “kotirovka sorğusu şərtlərinin,” sözləri əlavə olunsun və həmin yarımbənddə “tender” sözü “satınalma” sözü ilə əvəz edilsin;

6.7. 1.5-ci bənd aşağıdakı redaksiyada verilsin:

“1.5. Portalın fəaliyyətinin təşkili ilə əlaqədar zəruri avadanlığın və yeni proqram təminatlarının alınması xərcləri dövlət büdcəsinin vəsaiti hesabına, portalın istismarı, təkmilləşdirilməsi və saxlanması ilə bağlı xərclər isə dövlət-özəl tərəfdaşlığı prinsipinə uyğun olaraq portal vasitəsilə portalın operatoruna ödənilən iştirak haqqı və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.”;

6.8. 3.3.6-cı yarımbənddə “şərtlər toplusunun” sözlərindən sonra “, kotirovka sorğusu şərtlərinin” sözləri əlavə olunsun və həmin yarımbənddə “tender təkliflərinin” sözləri “təkliflərin” sözü ilə əvəz edilsin;

6.9. 5.2.3-cü yarımbənddə “açıq tenderin” sözləri “satınalmanın” sözü ilə əvəz edilsin;

6.10. 5.6-cı bənddən birinci halda “tender” sözü çıxarılsın və həmin bənddə “tender təklifinin” sözləri “həmin təklifin” sözləri ilə əvəz edilsin;

6.11. 5.9-cu bəndin ikinci cümləsində “tender təkliflərini” sözləri “təklifləri” sözü ilə və həmin bəndin dördüncü cümləsində “tenderin” sözü “satınalmanın” sözü ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 iyun 2021-ci il

22 İyun 2021, 15:06

http://www.azertag.az

71—80 / 10511

23 Fevral 2023, 16:02

Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, o cümlədən gənclərin çağırışaqədərki hazırlıq və fiziki tərbiyə rəhbərlərinin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

23 Fevral 2023, 16:02

Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin əməkhaqlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

22 Fevral 2023, 16:02

“Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında hökumət təcrübələrinin mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

22 Fevral 2023, 16:02

“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlərin tənzimlənməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” 2009-cu il 24 iyun tarixli 116 nömrəli, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2014-cü il 20 fevral tarixli 111 nömrəli, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2015-ci il 4 may tarixli 516 nömrəli, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 203 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2016-cı il 28 aprel tarixli 888 nömrəli və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 26 iyun tarixli 1382 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

21 Fevral 2023, 15:02

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

21 Fevral 2023, 15:02

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 392 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

21 Fevral 2023, 15:02

“İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 447-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 14 dekabr tarixli 1158 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

21 Fevral 2023, 15:02

M.M.Abbaszadənin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

21 Fevral 2023, 15:02

A.İ.Babayevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

20 Fevral 2023, 14:02

“Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 mart tarixli 1853 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...