“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 1, maddə 11, № 12, maddə 706; 2005, № 12, maddə 1083; 2006, № 12, maddə 1005; 2010, № 3, maddə 173, № 4, maddə 276; 2016, № 2 (I kitab), maddə 205, № 4, maddə 628; 2017, № 5, maddə 699; 2018, № 12 (I kitab), maddə 2523; 2019, № 7, maddə 1208, № 8, maddə 1372; 2020, № 5, maddə 525) aşağıdakı dəyişikliklər edilsin:

1. 2-ci maddə üzrə:

1.1. doqquzuncu abzasdan “tenderdə” sözü çıxarılsın;

1.2. iyirmi ikinci abzasa “uyğunluğunun” sözündən sonra “əvvəlcədən” sözü əlavə edilsin;

1.3. iyirmi ikinci abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda iyirmi üçüncü və iyirmi dördüncü abzaslar əlavə edilsin:

“iştirak haqqı – tenderin əsas şərtlər toplusunu və ya kotirovka sorğusunun şərtlərini almaq və iddiaçı kimi qeydiyyatdan keçmək üçün malgöndərən (podratçı) tərəfindən ödənilən vəsait;

kotirovka sorğusu şərtləri – satınalan təşkilatın kotirovka şərtlərini əks etdirən və iddiaçılara təqdim edilən sənəd.”.

2. 6.4-cü maddənin birinci cümləsinə (ikinci halda) “uyğunluğunun” sözündən sonra “əvvəlcədən” sözü əlavə edilsin.

3. 7-ci maddə üzrə:

3.1. adına, 7.3-cü maddənin birinci abzasına, 7.3.1-ci, 7.3.3-cü, 7.3.4-cü maddələrə, 7.4-cü maddənin birinci və ikinci cümlələrinə, 7.5-ci, 7.7-ci maddələrə və 7.8-ci maddənin birinci cümləsinə “uyğunluğunun” sözündən sonra “əvvəlcədən” sözü əlavə edilsin;

3.2. 7.1-ci maddəyə “uyğunluğunun” sözündən sonra “əvvəlcədən” sözü və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Tender elanı verildikdən sonra ixtisas uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi proseduru keçirilə bilməz.”;

3.3. 7.2-ci maddəyə “uyğunluğunun” sözündən sonra “əvvəlcədən” sözü və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Sənədlər toplusunun təqdim edilməsi üçün satınalan təşkilat tərəfindən ən azı 10 bank günü müddət müəyyən edilir.”;

3.4. 7.6-cı maddə üzrə:

3.4.1. birinci cümləyə “uyğunluğunun” sözündən sonra “müəyyənləşdirilməsi üçün sənədlərin son təqdim edilməsi tarixindən sonra 10 bank günündən gec olmayaraq ixtisas uyğunluğunun əvvəlcədən” sözləri əlavə edilsin;

3.4.2. ikinci cümləyə “uyğunluğunun” sözündən sonra “əvvəlcədən” sözü əlavə edilsin.

4. 10-cu maddə üzrə:

4.1. 10.1.12-ci maddəyə “tender” sözündən sonra “və ya kotirovka sorğusu” sözləri əlavə edilsin;

4.2. 10.3-cü maddənin birinci cümləsinə “uyğunluğunun” sözündən sonra “əvvəlcədən” sözü əlavə edilsin.

5. 16.1-ci maddənin ikinci cümləsində “açıq tender metodu” sözləri “açıq tender və ya kotirovka sorğusu metodları” sözləri ilə əvəz edilsin.

6. 17.3-cü maddəyə “orqanının” sözündən sonra “müəyyən etdiyi orqanın (qurumun)” sözləri və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu maddənin birinci cümləsinə əsasən digər satınalma metodlarının tətbiqi barədə qərarını müraciət daxil olduğu gündən 10 bank günü ərzində qəbul edir.”.

7. 23.1-ci maddənin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Tender komissiyasının tərkibi tək sayda (ən azı 5 nəfər) olmaqla, satınalan təşkilatın mütəxəssislərindən və əlaqədar təşkilatların nümayəndələrindən ibarət formalaşdırılır.”.

8. 25-ci maddə üzrə:

8.1. 25.1-1-ci maddəyə “günü” sözündən sonra “, kotirovka sorğusunun keçirilməsi barədə elan isə kotirovkaların qiymətləndiriləcəyi gündən azı 10 bank günü” sözləri əlavə edilsin;

8.2. 25.3-cü maddədə “açıq tender elanı” sözləri “elan” sözü ilə və “tenderdə” sözü “satınalmada” sözü ilə əvəz edilsin;

8.3. 25.4-cü maddədə “təkliflərin, ofertaların və kotirovkaların” sözləri “təkliflərin və ofertaların” sözləri ilə əvəz edilsin.

9. 26-cı maddə üzrə:

9.1. adında “Tender elanının” sözləri “Elanın” sözü ilə əvəz edilsin;

9.2. 26.1-ci maddədə “Tender elanında” sözləri “Elanda” sözü ilə əvəz edilsin;

9.3. 26.1.1-ci, 26.1.2-ci və 26.1.4-cü maddələrdə ismin müvafiq hallarında “tender” sözü ismin müvafiq hallarında “satınalma” sözü ilə əvəz edilsin;

9.4. 26.1.12-ci maddə aşağıdakı redaksiyada verilsin:

“26.1.12. tender təklifinin və qiymət kotirovkasının hazırlandığı dil (dillər);”;

9.5. 26.1.13-cü maddəyə “təkliflərinin” sözündən sonra “və ya qiymət kotirovkalarının” sözləri əlavə edilsin.

10. 28.1-ci maddənin üçüncü abzasına “bank sənədi” sözlərindən sonra “(bu Qanunun 50-1-ci maddəsinə uyğun olaraq keçirilən satınalmalar istisna olmaqla)” sözləri əlavə edilsin.

11. 29-cu maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 29. İştirak haqqının və tender xərclərinin ödənilməsi

29.1. Bu Qanunun 50-1.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, keçirilən satınalmalar zamanı malgöndərən (podratçı) tenderin əsas şərtlər toplusunu və kotirovka sorğusunun şərtlərini almaq və iddiaçı kimi qeydiyyatdan keçmək üçün satınalan təşkilata iştirak haqqı ödəyir. İştirak haqqının ümumi məbləğini tender predmetinin ehtimal olunan qiymətinin 0,3 faizindən və tender xərclərinin 1,2 mislindən çox olmamaq şərti ilə satınalan təşkilat müəyyən edir. Tenderin keçirilməsi ilə bağlı bütün xərclər, o cümlədən elan, reklam, tender keçirilən yerin icarəsi, tender komissiyasının maliyyələşdirilməsi, tender sənədlərinin hazırlanması və iddiaçılara çatdırılması xərcləri, həmçinin tenderin keçirilməsi ilə birbaşa əlaqədar olan bütün digər xərclər tenderdə iştirak haqları hesabına ödənilir. Tenderdə iştirak haqlarından toplanmış vəsait tender xərclərindən çox olduqda fərq satınalan təşkilatın sərəncamında qalır (büdcədən maliyyələşən təşkilatlarda dövlət büdcəsinə köçürülür), az olduqda isə fərq satınalan təşkilatın hesabından ödənilir.

29.2. Bu Qanunun 50-1-ci maddəsinə uyğun olaraq keçirilən satınalmalar zamanı tenderin əsas şərtlər toplusunu və ya kotirovka sorğusunun şərtlərini almaq və iddiaçı kimi qeydiyyatdan keçmək üçün malgöndərənlər (podratçılar) tərəfindən iştirak haqqı dövlət satınalmalarının vahid internet portalı vasitəsilə həmin portalın operatoruna ödənilir.

29.3. Bu Qanunun 50-1.1-ci maddəsinə uyğun olaraq açıq tender və ya kotirovka sorğusu üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilən satınalmalarda iştirak haqqının məbləği, ödənilmə və istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.

29.4. İştirak haqqı heç bir halda geri qaytarılmır.”.

12. 35.1-ci maddəyə “aparılır və” sözlərindən sonra “bu Qanunun 28.3-cü maddəsində nəzərdə tutulan müddət başa çatdıqdan sonra 1 bank günü ərzində” sözləri əlavə edilsin.

13. 36-cı maddə üzrə:

13.1. 36.5-ci maddədə “təklifini kənarlaşdırır” sözləri “təklifinin kənarlaşdırılması barədə əsaslandırılmış qərar qəbul edir” sözləri ilə əvəz edilsin;

13.2. aşağıdakı məzmunda 36.5-1-ci maddə əlavə edilsin:

“36.5-1. Təklifin kənarlaşdırılması barədə qərar 1 bank günü ərzində kənarlaşdırılan malgöndərənə (podratçıya) göndərilir.”;

13.3. 36.13-cü maddənin birinci cümləsinə “ixtisas uyğunluğunun” sözlərindən sonra “əvvəlcədən” sözü əlavə edilsin.

14. 37-ci maddə üzrə:

14.1. 37.3-cü maddəyə “komissiyası” sözündən sonra “tenderin əsas şərtlər toplusunda göstərilmiş tender təkliflərinin qüvvədə olma müddətinin bitməsinə 10 bank günü qalanadək” sözləri əlavə edilsin;

14.2. 37.7-ci maddə üzrə:

14.2.1. birinci cümlədə “Tender dövlət satınalmalarının vahid internet portalı vasitəsilə həyata keçirildikdə,” sözləri “Dövlət satınalmalarının vahid internet portalı vasitəsilə həyata keçirilmiş” sözləri ilə əvəz edilsin;

14.2.2. ikinci cümlədən “1 bank günü ərzində” sözləri çıxarılsın və həmin cümləyə “bu Qanuna uyğun olaraq” sözlərindən sonra “tenderin əsas şərtlər toplusunda göstərilmiş tender təkliflərinin qüvvədə olma müddətinin bitməsinə 10 bank günü qalanadək” sözləri əlavə edilsin.

15. 40-cı maddə üzrə:

15.1. 40.1-ci maddənin ikinci cümləsinə “malgöndərənə (podratçıya)” sözlərindən sonra “tenderin əsas şərtlər toplusunda göstərilmiş” sözləri və “bildiriş” sözündən sonra “və hazırlanmış satınalma müqaviləsini” sözləri əlavə edilsin;

15.2. 40.1-1-ci və 40.2-1-ci maddələrə “açıq tenderin” sözlərindən sonra “və kotirovka sorğusunun” sözləri əlavə edilsin;

15.3. 40.2-ci maddədə “tenderin əsas şərtlər toplusunda göstərilmiş müddət ərzində satınalma müqaviləsini” sözləri “təqdim olunmuş satınalma müqaviləsini 5 bank günü ərzində” sözləri ilə əvəz edilsin;

15.4. 40.4-cü maddənin ikinci cümləsi dördüncü cümlə hesab edilsin və həmin maddəyə aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilsin:

“Müqavilənin icrasına başlanması üçün müvafiq dövlət orqanlarından (qurumlarından) icazələrin (bu Qanunun 6.2.7-ci maddəsinin tələbləri nəzərə alınmaqla) alınması tələb olunduğu təqdirdə, satınalan təşkilat belə icazələrin müqavilənin icrasına başlanana qədər əldə olunmasını təmin edir. Satınalan təşkilat satınalma müqaviləsində başqa hal nəzərdə tutulmadıqda müqavilə imzalandıqdan sonra 5 bank günü ərzində malgöndərənə (podratçıya) müqavilənin icrasına başlama tarixi, habelə tələb olunduğu halda əldə edilmiş icazələr barədə bildiriş göndərir.”;

15.5. 40.8-ci maddənin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Yuxarı idarəetmə orqanı təqdim olunmuş satınalma müqaviləsini 5 bank günündən gec olmayaraq təsdiq edir.”;

15.6. 40.9-2-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Satınalma müqaviləsinin yerinə yetirilməsinin təminatının qüvvədə olma müddəti satınalma müqaviləsinin yerinə yetirilməsi müddətindən (tələb olunduğu halda texniki təminat müddəti daxil olmaqla) 30 bank günü çox olmalıdır.”.

16. 40-1.4-cü maddənin ikinci cümləsi dördüncü cümlə hesab edilsin və həmin maddəyə aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilsin:

“Müqavilənin icrası ilə bağlı satınalma müqaviləsində əvvəlcədən müəyyən edilmiş sənədlər malgöndərən (podratçı) tərəfindən təqdim olunduqdan sonra satınalan təşkilat 15 bank günü ərzində bu sənədləri təsdiq etməli və ya bundan əsaslandırılmış imtina etməlidir. Bu müddət ərzində sənədlər satınalan təşkilat tərəfindən təsdiq edilmədikdə və ya həmin sənədlərin təsdiq edilməsindən əsaslandırılmış imtina olunmadıqda, təqdim olunan sənədlər satınalan təşkilat tərəfindən təsdiq olunmuş hesab olunur.”.

17. 41.1-ci maddənin birinci cümləsindən “həmçinin” sözü çıxarılsın.

18. 48.2-ci maddədə “yerli və beynəlxalq miqyasda geniş yayılan mətbuat orqanında bildiriş” sözləri “təkliflərinin açılacağı gündən azı 10 bank günü əvvəl dövlət satınalmalarının vahid internet portalında elan” sözləri ilə əvəz edilsin.

19. Aşağıdakı məzmunda 49-1-ci maddə əlavə edilsin:

“49-1. Kotirovka sorğusu şərtləri

Kotirovka sorğusu şərtlərində kotirovka sorğusu və qiymət kotirovkaları ilə bağlı bu Qanunun 24.1.1-ci, 24.1.2-ci (bu Qanunun 36.13-cü maddəsinə əsasən ixtisas göstəricilərinin təkrar təsdiqinin prosedurları və meyarları istisna olmaqla), 24.1.3-cü, 24.1.4-cü, 24.1.7-ci, 24.1.10-24.1.12-ci, 24.1.14-24.1.26-cı maddələrində nəzərdə tutulmuş məlumatlar göstərilir.”.

20. 50-1.1-ci maddəyə və 50-1.3-cü maddənin birinci cümləsinə “tender” sözündən sonra “və ya kotirovka sorğusu” sözləri əlavə edilsin.

21. 50-2-ci maddə üzrə:

21.1. 50-2.1.1-ci maddədə “tender elanının” sözləri “elanın” sözü ilə əvəz edilsin;

21.2. 50-2.1.3-cü maddədən “tenderdə” sözü çıxarılsın;

21.3. 50-2.1.7-ci maddəyə “təkliflərinin” sözündən sonra “və qiymət kotirovkalarının” sözləri əlavə edilsin;

21.4. 50-2.1.10-cu maddəyə “təkliflərinə” sözündən sonra “və qiymət kotirovkalarına” sözləri əlavə edilsin;

21.5. 50-2.1.11-ci maddədə “tenderin” sözü “satınalmanın” sözü ilə əvəz edilsin;

21.6. 50-2.1.13-cü maddəyə “toplusunun” sözündən sonra “, kotirovka sorğusu şərtlərinin” sözləri əlavə edilsin və həmin maddədə “tender prosedurlarını” sözləri “dövlət satınalmalarını” sözləri ilə əvəz edilsin.

22. 50-3.1-ci maddədə “tender” sözü “satınalma” sözü ilə əvəz edilsin və həmin maddədən “rəsmi dövlət qəzetlərində və” sözləri çıxarılsın.

23. 51.1-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Bu maddəyə əsasən satınalma müqaviləsinin şərtlərinin dəyişdirilməsi barədə tərəflərin bir-birinə etdiyi rəsmi müraciətlərə 10 bank günü müddətində baxılır.”.

24. 54.1.4-cü maddəyə “bank sənədləri” sözlərindən sonra “(bu Qanunun 50-1-ci maddəsinə uyğun olaraq keçirilən satınalmalar istisna olmaqla)” sözləri əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 may 2021-ci il

22 İyun 2021, 15:06

http://www.azertag.az

4411—4420 / 10511

15 Dekabr 2017, 09:12

“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 17 noyabr tarixli 859-VQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

15 Dekabr 2017, 09:12

“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə   ətraflı...

15 Dekabr 2017, 09:12

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 834-VQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

15 Dekabr 2017, 09:12

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə   ətraflı...

15 Dekabr 2017, 09:12

“Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 827-VQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

15 Dekabr 2017, 09:12

“Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə   ətraflı...

15 Dekabr 2017, 09:12

“Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 826-VQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

15 Dekabr 2017, 09:12

“Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə   ətraflı...

15 Dekabr 2017, 09:12

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 825-VQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

15 Dekabr 2017, 09:12

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə   ətraflı...