Kəlbəcər rayonu ərazisində dövlət sərhədinin mühafizəsi və müdafiəsinin təşkilinin elektrik enerjisi ilə təchizatı haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Kəlbəcər rayonu ərazisində dövlət sərhədinin mühafizəsi və müdafiəsinin təşkilinin etibarlı və dayanıqlı elektrik enerjisi ilə təchizatı məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə 24.500.000,0 (iyirmi dörd milyon beş yüz min) manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 iyun 2021-ci il
22 İyun 2021, 15:0624 İyun 2016, 09:06
Azərbaycan Respublikasının maşınqayırma sənayesi işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında ətraflı...
24 İyun 2016, 09:06
Ə.Y.Qaraxanovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
24 İyun 2016, 09:06
A.A. Hacıyevin Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında ətraflı...
24 İyun 2016, 09:06
N.M.Əliyevanın Bakı Slavyan Universitetinin rektoru təyin edilməsi haqqında ətraflı...
24 İyun 2016, 09:06
C.M.Cəfərovun Azərbaycan Turizm və Menecment Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında ətraflı...
24 İyun 2016, 09:06
C.M.Cəfərovun Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru təyin edilməsi haqqında ətraflı...
24 İyun 2016, 09:06
N.H.Novruzovun “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında ətraflı...
24 İyun 2016, 09:06
Ə.Q.Baxşıyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
24 İyun 2016, 09:06
A.M.Qasımovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
23 İyun 2016, 09:06
Dövlət qulluqçularının təltif edilməsi haqqında ətraflı...