Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanı ilə təsdiq edilmiş “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”nda və “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2544; 2019, № 7, maddələr 1213, 1233, № 12, maddə 1935; 2020, № 8, maddə 1039; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 4 may tarixli 1328 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 5.1.1-ci yarımbənd üzrə:
1.1.1. 3-cü abzasda “böyütmüş” sözü “tərbiyə etmiş” sözləri ilə əvəz edilsin;
1.1.2. 5-ci abzas aşağıdakı redaksiyada verilsin:
“5. ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən atalara, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən atalara, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərə”;
1.2. 5.2.2-ci yarımbənd üzrə:
1.2.1. aşağıdakı məzmunda 4-1-ci abzas əlavə edilsin:
“4-1. övladlığa götürülən uşağa, o cümlədən övladlığa götürülən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə müavinət;
1.2.2. 8-ci və 12-ci abzaslar aşağıdakı redaksiyada verilsin:
“8. yaşa görə, o cümlədən:
8.1. 5 və daha çox uşağı doğub 8 yaşınadək tərbiyə etmiş qadınlara
8.2. sağlamlıq imkanları məhdud uşağını 8 yaşınadək tərbiyə etmiş qadınlara
8.3. ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən atalara, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən atalara, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərə”
“12. müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına”;
1.3. 7.9-cu bənd aşağıdakı redaksiyada verilsin:
“7.9. ümumi səbəblərdən I dərəcə əlilliyi olan şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla)”;
1.4. aşağıdakı məzmunda 7.9-1-ci və 7.14-cü bəndlər əlavə edilsin:
“7.9-1. ümumi səbəblərdən I dərəcə gözdən əlilliyi olan şəxslərə”
“7.14. əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə”.
2. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 641) 2.2-ci bəndində “xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən I qrup” sözləri “səbəblərdən I dərəcə əlilliyi olan şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla), ümumi səbəblərdən I dərəcə gözdən” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 iyun 2021-ci il
17 İyun 2021, 20:0626 May 2017, 09:05
“Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 mart tarixli 1838 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə ətraflı...
26 May 2017, 09:05
“Azərbaycan Respublikasının Hökuməti ilə Venesuela Bolivar Respublikasının Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə ətraflı...
26 May 2017, 09:05
“Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın və onun Protokolunun təsdiq edilməsi barədə ətraflı...
26 May 2017, 09:05
“Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında xidməti pasportlara malik olan şəxslərin vizadan azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə ətraflı...
26 May 2017, 09:05
Ə.A.Zeynallının Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında və eyni zamanda Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında ətraflı...
26 May 2017, 09:05
M.Y.Nəbiyevə “Əməkdar hüquqşünas” fəxri adının verilməsi haqqında ətraflı...
26 May 2017, 09:05
A.R.Novruzovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
26 May 2017, 09:05
A.Ə.Əliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
25 May 2017, 09:05
Daşınar əmlakın yüklülüyü haqqında ətraflı...
25 May 2017, 09:05
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 641-VQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...