Azərbaycan Respublikasının Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı ilə bağlı işlərin təşkili məqsədilə qərara alıram:
1. Yerin təkindən istifadə sahəsində münasibətləri tənzimləyən Azərbaycan Respublikasının normativ hüquqi aktlarına uyğun olaraq Qaşqaçay filiz yatağı “Eti Bakır A.Ş.” şirkətinə, Elbəydaş və Ağduzdağ filiz yataqları “Artvin Maden A.Ş.” şirkətinə öyrənilmə, tədqiq, kəşfiyyat, işlənmə və istismar məqsədləri üçün 30 il müddətinə müqavilə əsasında istifadəyə verilsin.
2. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə birlikdə:
2.1. bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan yataqların öyrənilmə, tədqiq, kəşfiyyat, işlənmə və istismar məqsədləri üçün istifadəyə verilməsinə dair müqavilələrin layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müvafiq olaraq “Eti Bakır A.Ş.” və “Artvin Maden A.Ş.” şirkətləri ilə imzalasın;
2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan yataqların istifadəyə verilməsindən irəli gələn məsələləri üç ay müddətində həll etsin;
3.2. bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan yataqların istifadəyə verilməsi ilə bağlı görülən işlər barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 may 2021-ci il
29 May 2021, 18:0522 Avqust 2016, 09:08
2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun vəkil edilmiş şəxslərinin qeydə alınması barədə ətraflı...
22 Avqust 2016, 09:08
2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması barədə ətraflı...
22 Avqust 2016, 09:08
2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun məşvərətçi səs hüquqlu üzvünün təsdiq edilməsi barədə ətraflı...
22 Avqust 2016, 09:08
Mərkəzi Seçki Komissiyasının 17 avqust 2016-cı il tarixli iclas protokolunun təsdiq edilməsi barədə ətraflı...
19 Avqust 2016, 09:08
Şəmkir və Tovuz rayonlarını birləşdirən Zəyəmçay üzərində körpünün bərpası haqqında ətraflı...
18 Avqust 2016, 09:08
2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun qeydə alınması haqqında ətraflı...
18 Avqust 2016, 09:08
Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası ilə əlaqədar dairə seçki komissiyalarının sədrləri, katibləri, üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün maarifləndirmə tədbirlərinin təşkilinə dair ətraflı...
18 Avqust 2016, 09:08
Mərkəzi Seçki Komissiyasının 4 avqust 2016-cı il tarixli iclas protokolunun təsdiq edilməsi barədə ətraflı...
18 Avqust 2016, 09:08
Şəki rayonunun ərazisində Kiş çayı üzərində körpünün bərpası haqqında ətraflı...
17 Avqust 2016, 09:08
S.S.Eyvazova “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında ətraflı...