“Sənaye parkları haqqında Nümunəvi Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 aprel tarixli 865 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 aprel tarixli 865 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 4, maddə 379, № 10, maddə 1156; 2014, № 5, maddə 477, № 6, maddə 646; 2016, № 8, maddə 1384; 2019, № 2, maddə 240) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 3.1-ci bəndə “7.1.6-cı” sözlərindən əvvəl “5.0.7-2-ci, 6.0.2-1-ci,” sözləri əlavə edilsin;
1.2. həmin Fərmanla təsdiq edilmiş “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə” üzrə:
1.2.1. 1.2-ci bəndə və 1.3.1-ci yarımbəndə “xidmətlərin göstərilməsi” sözlərindən sonra “, habelə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda malların satışı” sözləri əlavə edilsin;
1.2.2. aşağıdakı məzmunda 1.3.4-1-ci, 5.0.7-2-ci və 6.0.2-1-ci yarımbəndlər əlavə edilsin:
“1.3.4-1. sənaye parkının qeyri-rezidenti ‒ bu Əsasnamə ilə müəyyən edilmiş qaydada idarəedici təşkilatla torpaq sahəsinin (sahələrinin) icarəsinə və operatorla sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair bağlanılmış müqavilələr əsasında sənaye parkında səlahiyyətli orqanın müəyyən etdiyi sahibkarlıq fəaliyyəti növlərini həyata keçirən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs;”;
“5.0.7-2. sənaye parkının qeyri-rezidentlərinin sənaye parkında həyata keçirdiyi sahibkarlıq fəaliyyəti növlərinin siyahısını təsdiq edir;”;
“6.0.2-1. sənaye parkının qeyri-rezidenti ilə bağlanılan sənaye parkının ərazisində dövlət mülkiyyətində olan torpaq sahəsinin (sahələrinin) icarə müqaviləsinin nümunəvi formasını müəyyən edir;”;
1.2.3. 4.2-ci bəndin üçüncü cümləsinə, 11.2-ci, 11.5-ci bəndlərə və 16.3-cü bəndin ikinci cümləsinə “rezidenti” sözündən sonra “, habelə qeyri-rezidenti” sözləri əlavə edilsin;
1.2.4. 4.10-cu bənddə “quraşdırılan avadanlıq və qurğuların rezidentin” sözləri “, habelə rezident və qeyri-rezident tərəfindən quraşdırılan avadanlıq və qurğular onların” sözləri ilə əvəz edilsin;
1.2.5. 4.11-ci və 11.4-cü bəndlərə “rezidentinə” sözündən sonra “, habelə qeyri-rezidentinə” sözləri əlavə edilsin;
1.2.6. 6.0.3-cü və 7.1.12-ci yarımbəndlərə, 8.6-cı bəndin birinci cümləsinə və 11.3-cü bəndə “rezidentlərinə” sözündən sonra “, habelə qeyri-rezidentlərinə” sözləri əlavə edilsin;
1.2.7. 6.0.6-cı, 6.0.11-ci, 7.1.5-ci, 7.1.7-ci yarımbəndlərə və 8.3-cü bəndin birinci cümləsinə “rezidentləri” sözündən sonra “, habelə qeyri-rezidentləri” sözləri əlavə edilsin;
1.2.8. 6.0.9-cu yarımbəndə “rezidentlərində” sözündən sonra “, habelə qeyri-rezidentlərində” sözləri, “rezidentlərin” sözündən sonra “və qeyri-rezidentlərin” sözləri əlavə edilsin;
1.2.9. 6.0.10-cu yarımbəndə “rezidentinin” sözündən sonra “, habelə qeyri-rezidentinin” sözləri əlavə edilsin;
1.2.10. 7.1.6-cı yarımbəndə “rezidentlərinin” sözündən sonra “, habelə qeyri-rezidentlərinin” sözləri əlavə edilsin;
1.2.11. 10-cu hissədə müvafiq olaraq “10.0, 10.0.1 – 10.0.7” rəqəmləri müvafiq olaraq “10.1, 10.1.1 – 10.1.7” rəqəmləri ilə əvəz olunsun və aşağıdakı məzmunda 10.2-ci bənd əlavə edilsin:
“10.2. Bu Əsasnamənin 10.1.1-ci yarımbəndinin müddəaları sənaye parkının qeyri-rezidentlərinə şamil edilmir.”.
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 may 2021-ci il
28 May 2021, 19:0530 Oktyabr 2013, 08:10
Azərbaycan təbii qazının dünya bazarına Cənub Qaz Dəhlizi vasitəsilə nəqli ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
5 İyul 2013, 09:07
Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ətraflı...
5 İyul 2013, 09:07
Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ətraflı...
5 İyul 2013, 09:07
“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 14 may tarixli 649-IVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
5 İyul 2013, 09:07
“Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
5 İyul 2013, 09:07
Kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı texnikası ilə təminatına əlavə dəstək haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
25 İyun 2013, 09:06
“Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 206 nömrəli Fərmanında dəyişiklik edilməsi ba ətraflı...
25 İyun 2013, 09:06
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
25 Dekabr 2012, 16:12
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezi ətraflı...
26 Dekabr 2012, 14:12
Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı ətraflı...