Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinin keçirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2021-ci ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının yaradılmasının 100 illiyi tamam olur.
Bakı Musiqi Akademiyası müsəlman Şərqinin yeni tipli ali musiqi təhsili ocağı kimi dahi bəstəkar Üzeyir Hacıbəylinin təşəbbüsü ilə fəaliyyətə başlamışdır. Hələ ilk illərdən tədris prosesində Şərq musiqisinin çoxəsrlik ənənələrini və Avropa musiqi təhsilinin qabaqcıl təcrübəsini vahid məcrada birləşdirən, peşəkar musiqiçi kadrların hazırlanmasına və klassik musiqi irsimizin sistemli öyrənilməsinə xüsusi diqqət göstərən Akademiya ötən müddət ərzində nailiyyətlərlə zəngin böyük bir inkişaf yolu keçmiş, üzərinə düşən vəzifələrin öhdəsindən həmişə layiqincə gəlmişdir. Azərbaycan mədəniyyəti tarixinə parlaq səhifələr yazan, musiqi sənətimizi ölkəmizin hüdudlarından xeyli uzaqlarda da uğurla təmsil edən və yaradıcılığı Azərbaycan musiqisinin qızıl fonduna daxil olan görkəmli sənətkarların, tanınmış ifaçıların bir neçə nəsli məhz Bakı Musiqi Akademiyasının məzunlarıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan musiqi mədəniyyətinin inkişafında və professional musiqiçi kadrların yetişməsində mühüm rol oynamış Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinin qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 may 2021-ci il
26 May 2021, 20:056 Oktyabr 2017, 09:10
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi haqqında ətraflı...
6 Oktyabr 2017, 09:10
İsmayıllı rayonunun Lahıc qəsəbəsinin qazlaşdırılması ilə bağlı tədbirlər haqqında ətraflı...
6 Oktyabr 2017, 09:10
İsmayıllı rayonunun Lahıc qəsəbəsinin qazlaşdırılması ilə bağlı tədbirlər haqqında ətraflı...
6 Oktyabr 2017, 09:10
İsmayıllı rayonunun Lahıc qəsəbəsində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında ətraflı...
6 Oktyabr 2017, 09:10
Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən Dəmirçi-Lahıc avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında ətraflı...
5 Oktyabr 2017, 09:10
“Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 yanvar tarixli 1186 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə ətraflı...
5 Oktyabr 2017, 09:10
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə ətraflı...
5 Oktyabr 2017, 09:10
D.A.Afanasyevin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında ətraflı...
5 Oktyabr 2017, 09:10
O.A.Polumordvinovun “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında ətraflı...
5 Oktyabr 2017, 09:10
Şamaxı şəhərində çoxmənzilli binaların əsaslı təmiri və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...