Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 131-ci maddəsinin II hissəsinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə və 96-cı maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Səlahiyyət müddəti başa çatmış aşağıdakı hakimlər “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun Keçid müddəalarının 7-ci hissəsinin dördüncü abzasına uyğun olaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri təyin edilsinlər:

Dadaşov İlqar Ağababaş oğlu,

Əhmədov Əhməd Abbas oğlu,

Əliyev Ələsgər Əliabbas oğlu,

Kərimov Fərhad Abdulkərim oğlu.

2. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, aşağıdakı hakimlər vəzifələri dəyişdirilərək Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri təyin edilsinlər:

Mövsümov Nazim Rasim oğlu,

Nağıyev İman Məmməd oğlu,

Rəcəbov İlkin Əbülfəz oğlu.

3. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 93-4-cü maddəsinə uyğun olaraq, Səyyad Əli oğlu Kərimov Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilsin.

4. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan RespublikasıMilli Məclisinin Sədri                    Sahibə Qafarova

Bakı şəhəri, 21 may 2021-ci il

21 May 2021, 19:05

http://www.azertag.az

10511—10511 / 10511

24 Dekabr 2012, 21:12

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası   ətraflı...