Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin Qərarı
Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə, 96-cı maddəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Səlahiyyət müddəti başa çatmış aşağıdakı hakimlər “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun Keçid müddəalarının 7-ci hissəsinin dördüncü abzasına uyğun olaraq, Bakı Apellyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:
Həmidov Həmid Üzeyir oğlu,
Hüseynov Azər Soltanhəmid oğlu,
Tağızadə Mirzə Nəsib oğlu.
2. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, aşağıdakı hakimlər vəzifələri dəyişdirilərək Bakı Apellyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:
Babayev Zəki Baba oğlu,
Bəktaşi Səadət İnayət qızı,
Əkbərov Mübariz Dosməmməd oğlu,
İbrahimli İbrahim Adil oğlu.
3. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan RespublikasıMilli Məclisinin Sədri Sahibə Qafarova
Bakı şəhəri, 21 may 2021-ci il
21 May 2021, 19:0524 Dekabr 2012, 21:12
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası ətraflı...