Azərbaycan Respublikası Prezidentinin “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 10 mart tarixli 299 nömrəli, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 31 may tarixli 676-IVQD nömrəli Qanununun tətbiqi haqqında” 2013-cü il 27 iyun tarixli 932 nömrəli, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 14 may tarixli 648-IVQD nömrəli Qanununun tətbiqi haqqında” 2013-cü il 2 iyul tarixli 933 nömrəli, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 997-IVQD nömrəli Qanununun tətbiqi haqqında” 2014-cü il 11 iyul tarixli 230 nömrəli, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 28 oktyabr tarixli 378-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2016-cı il 14 dekabr tarixli 1154 nömrəli, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli 1389-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2019-cu il 31 yanvar tarixli 504 nömrəli fərmanlarında dəyişiklik edilməsi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında” 2001-ci il 4 iyul tarixli 524 nömrəli Fərmanının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3, maddə 166; 2004, № 12, maddə 1005; 2009, № 10, maddə 784; 2014, № 1, maddə 21, № 10, maddə 1184; 2016, № 6, maddə 1068; 2017, № 12 (I kitab), maddə 2287; 2018, № 8, maddə 1707; 2019, № 11, maddə 1717) 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“2. Müəyyən edilsin ki:

2.1. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin on birinci və iyirminci (ikinci halda) abzaslarında, 5-ci maddəsinin altıncı hissəsində (ikinci halda), 10-1-ci maddəsinin ikinci hissəsində (ikinci halda), 13-cü maddəsinin altıncı hissəsinin birinci cümləsində (ikinci halda) və on birinci hissəsində (ikinci halda), 14-cü maddəsinin üçüncü hissəsinin üçüncü abzasında, 15-1-ci maddəsinin dördüncü və altıncı hissələrində, 16-cı maddəsinin birinci hissəsində (ikinci halda), 18-ci maddəsinin birinci hissəsinin birinci cümləsində, 19-2-ci maddəsinin ikinci hissəsinin birinci cümləsində və yeddinci hissəsində (ikinci halda), 21-ci maddəsinin üçüncü (ikinci halda) və altıncı (hər iki halda) hissələrində, 22-ci maddəsinin ikinci və dördüncü hissələrində, 25-ci maddəsinin ikinci, beşinci və altıncı hissələrində və 40-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin Qanunun 21-ci maddəsinin altıncı hissəsində (ikinci halda) “orqan” dedikdə, Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

2.3. həmin Qanunun 5-ci maddəsinin üçüncü və beşinci, 6-cı maddəsinin ikinci, 7-ci maddəsinin ikinci və dördüncü, 8-ci maddəsinin üçüncü, 9-cu maddəsinin üçüncü, 10-cu maddəsinin ikinci, 10-1-ci və 11-ci maddələrinin üçüncü, 14-cü maddəsinin ikinci, 15-ci maddəsinin birinci və səkkizinci, 15-1-ci maddəsinin üçüncü, 15-2-ci maddəsinin ikinci hissələrində, 19-1-ci maddəsinin birinci hissəsinin birinci cümləsində və üçüncü hissəsində (birinci halda), 19-2-ci maddəsinin birinci, altıncı (hər iki halda), yeddinci (birinci halda), 19-3-cü maddəsinin altıncı (hər iki halda), 19-4-cü maddəsinin üçüncü (hər iki halda), 23-cü maddəsinin dördüncü, 25-ci maddəsinin yeddinci hissələrində, 25-1-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində, 28-ci maddəsinin birinci hissəsinin birinci cümləsində, 29-cu maddəsinin doqquzuncu, 35-ci maddəsinin ikinci, 40-2-ci maddəsinin birinci hissələrində və 43-cü maddəsinin beşinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının və müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.4. həmin Qanunun 21-ci maddəsinin üçüncü hissəsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini yuxarı icra hakimiyyəti orqanının fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti və əsasnamələrinə uyğun olaraq əlaqəli mərkəzi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;

2.5. həmin Qanunun 34-1-ci maddəsinin on ikinci abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həyata keçirir;

2.6. həmin Qanunun 18-ci maddəsinin beşinci hissəsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;

2.7. həmin Qanunun 23-cü maddəsinin beşinci hissəsində və 25-1-ci maddəsinin ikinci hissəsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini respublika və yerli əhəmiyyətli avtomobil yollarına münasibətdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin təqdimatı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti, digər dövlət avtomobil yollarına münasibətdə yerli icra hakimiyyəti orqanları (şəhər rayonu icra hakimiyyəti orqanları istisna olmaqla), qəsəbə və kəndlərin ərazisində yerləşən bələdiyyə avtomobil yollarına münasibətdə müvafiq bələdiyyələrin, özəl avtomobil yollarına münasibətdə isə mülkiyyətçilərin rəyi nəzərə alınmaqla, yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;

2.8. həmin Qanunun 25-ci maddəsinin dördüncü hissəsinin üçüncü abzasında və 25-1-ci maddəsinin ikinci hissəsində (ikinci halda) “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;

2.9. həmin Qanunun 14-cü maddəsinin üçüncü hissəsinin üçüncü abzasında “orqan (qurum)” dedikdə, yol hərəkətinin təhlükəsizliyi sahəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, habelə Bakı şəhərinin inzibati ərazisində Bakı Nəqliyyat Agentliyi, sərnişin və yük daşımaları sahəsində Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazilərində müntəzəm şəhərdaxili sərnişindaşımaya münasibətdə isə, müvafiq olaraq, Bakı Nəqliyyat Agentliyi, Sumqayıt və Gəncə şəhər icra hakimiyyətlərinin başçıları yanında Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma idarələri nəzərdə tutulur;

2.10. həmin Qanunun 15-1-ci maddəsinin altıncı hissəsində “orqan (qurum)” dedikdə, yol hərəkətinin təhlükəsizliyi sahəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, habelə Bakı şəhərinin inzibati ərazisində Bakı Nəqliyyat Agentliyi, sərnişin və yük daşımaları sahəsində Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazilərində müntəzəm şəhərdaxili sərnişindaşımaya münasibətdə isə, müvafiq olaraq, Bakı Nəqliyyat Agentliyi, Sumqayıt və Gəncə şəhər icra hakimiyyətlərinin başçıları yanında Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma idarələri nəzərdə tutulur;

2.11. həmin Qanunun 1-ci maddəsinin iyirminci abzasında (birinci halda), 10-1-ci maddəsinin ikinci hissəsində (birinci halda), 13-cü maddəsinin altıncı hissəsinin birinci cümləsində (birinci halda) və on birinci hissəsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini öz balanslarında olan avtomobil yollarına münasibətdə yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;

2.12. həmin Qanunun 19-1-ci maddəsinin üçüncü hissəsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası həyata keçirir;

2.13. həmin Qanunun 1-ci maddəsinin on birinci (dövlət avtomobil yollarına münasibətdə) və iyirminci (balansına verilmiş avtomobil yollarına münasibətdə) abzasında, 5-ci maddəsinin altıncı hissəsində, 10-1-ci maddəsinin ikinci hissəsində (balansına verilmiş avtomobil yollarına münasibətdə), 13-cü maddəsinin altıncı hissəsinin birinci cümləsində və on birinci hissəsində (balansına verilmiş avtomobil yollarına münasibətdə), 15-1-ci maddəsinin dördüncü hissəsində, 16-cı maddəsinin birinci hissəsində, 19-2-ci maddəsinin ikinci hissəsinin birinci cümləsində və yeddinci hissəsində, 21-ci maddəsinin üçüncü və altıncı (birinci halda), 22-ci maddəsinin ikinci və dördüncü, 25-ci maddəsinin ikinci, beşinci və altıncı, 40-cı maddəsinin ikinci hissələrində “qurum” dedikdə, habelə Qanunun mətnində “yol təsərrüfatı orqanı” (dövlət avtomobil yollarına münasibətdə) dedikdə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi nəzərdə tutulur;

2.14. həmin Qanunun 5-ci maddəsinin altıncı (birinci halda), 15-ci maddəsinin üçüncü, 18-ci maddəsinin beşinci (birinci halda), 26-cı maddəsinin dördüncü hissələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının, 16-cı maddəsinin birinci (birinci halda), 19-cu maddəsinin birinci və 30-cu maddəsinin üçüncü hissələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi öz səlahiyyətləri daxilində həyata keçirir;

2.15. həmin Qanunun 18-ci maddəsinin birinci hissəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti, habelə Bakı şəhərinin inzibati ərazisində Bakı Nəqliyyat Agentliyi nəzərdə tutulur;

2.16. həmin Qanunun 31-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (tariflərin razılaşdırılması hissəsində) həyata keçirirlər.”.

2. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 31 may tarixli 676-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 iyun tarixli 932 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 6, maddə 659) 3-cü hissəsi ləğv edilsin.

3. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 14 may tarixli 648-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 iyul tarixli 933 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 798) 3-cü hissəsi ləğv edilsin.

4. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 997-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 iyul tarixli 230 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 7, maddə 812) 2-ci hissəsi ləğv edilsin.

5. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 28 oktyabr tarixli 378-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 14 dekabr tarixli 1154 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2072) 3-cü hissəsi ləğv edilsin.

6. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli 1389-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 31 yanvar tarixli 504 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 1, maddə 94) 3-cü hissəsi ləğv edilsin.

7. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 4 iyul tarixli 524 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 461; 2014, № 5, maddə 477, № 11, maddə 1391; 2016, № 8, maddə 1384; 2019, № 11, maddə 1717) ləğv edilsin.8. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci və dördüncü hissələrində, habelə 40-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fəaliyyət barədə mütəmadi olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 may 2021-ci il

20 May 2021, 20:05

http://www.azertag.az

1951—1960 / 10511

11 Avqust 2020, 10:08

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

7 Avqust 2020, 18:08

Azərbaycan İnvestisiya Holdinqinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

6 Avqust 2020, 16:08

Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

6 Avqust 2020, 16:08

Daşkəsən dəmir filizi yatağının istismara verilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

5 Avqust 2020, 13:08

Bakı şəhərinin Yasamal rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

5 Avqust 2020, 13:08

“Qazax şəhərində Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 mart tarixli 1899 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

31 İyul 2020, 21:07

İsmayıllı rayonunun Sumağallı kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

31 İyul 2020, 21:07

İsmayıllı rayonu ərazisində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

31 İyul 2020, 21:07

Muğanlı–İsmayıllı–Qəbələ avtomobil yolunun Ağsu çayı ilə kəsişməsində yeni körpünün tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

31 İyul 2020, 21:07

İsmayıllı rayonunun Muğanlı–İsmayıllı (17 km)–Basqal–Qıçatan–Tağlabiyan-Kəlfərəc–Zeyvə–Kürdüvan–Xankəndi–Mücü–Sərsurə–Kələzeyvə–Sulut avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...