Şuşa şəhərində istilik təchizatı sisteminin layihələndirilməsi, tikintisi və quraşdırılması ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Şuşa şəhərində növbəti istilik mövsümündə 31 binanın isitmə və isti su ilə təmin edilməsi üçün qazanxanaların, binadaxili sistemlərin layihələndirilməsi, tikintisi və quraşdırılması məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 1,0 (bir milyon) manat vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 may 2021-ci il.
8 May 2021, 20:052 Dekabr 2015, 09:12
Azərbaycan Respublikası Milli Məclisinin İnsan hüquqları komitəsi üzvlərinin seçilməsi haqqında ətraflı...
2 Dekabr 2015, 09:12
Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsi üzvlərinin seçilməsi haqqında ətraflı...
2 Dekabr 2015, 09:12
Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsi üzvlərinin seçilməsi haqqında ətraflı...
2 Dekabr 2015, 09:12
Azərbaycan Respublikası Milli Məclisinin Regional məsələlər komitəsi üzvlərinin seçilməsi haqqında ətraflı...
2 Dekabr 2015, 09:12
Azərbaycan Respublikası Milli Məclisinin Əmək və sosial siyasət komitəsi üzvlərinin seçilməsi haqqında ətraflı...
2 Dekabr 2015, 09:12
Azərbaycan Respublikası Milli Məclisinin Aqrar siyasət komitəsi üzvlərinin seçilməsi haqqında ətraflı...
2 Dekabr 2015, 09:12
Azərbaycan Respublikası Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi üzvlərinin seçilməsi haqqında ətraflı...
2 Dekabr 2015, 09:12
Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi üzvlərinin seçilməsi haqqında ətraflı...
2 Dekabr 2015, 09:12
Azərbaycan Respublikası Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi üzvlərinin seçilməsi haqqında ətraflı...
2 Dekabr 2015, 09:12
Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi üzvlərinin seçilməsi haqqında ətraflı...