Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsinin vacibliyini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin (siyahı əlavə olunur) tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.14.1-ci yarımbəndində göstərilmiş 20,0 (iyirmi) milyon manat vəsait Bakı Şəhər İcra Hakimiyyətinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş bölgüyə uyğun olaraq maliyyələşməni təmin etsin.

3. Bakı Şəhər İcra Hakimiyyəti bu Sərəncamla təsdiq edilmiş bölgüdə göstərilən layihələr üzrə yerinə yetirilmiş işlər haqqında hesabatı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tərtib etdiyi formaya uyğun olaraq rübdə bir dəfə, növbəti rübün ilk ayının 10-dan gec olmayaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim etsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 may 2021-ci il.

8 May 2021, 20:05

http://www.azertag.az

2391—2400 / 10511

4 Dekabr 2019, 08:12

S.H.Məhərrəmovun Naxçıvan Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

3 Dekabr 2019, 07:12

D.B.Seyidzadəyə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

3 Dekabr 2019, 07:12

Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə Azərbaycan Respublikası Milli Məclisinin Qərarı   ətraflı...

3 Dekabr 2019, 07:12

G.H.Kərimovun Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

3 Dekabr 2019, 07:12

Əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

29 Noyabr 2019, 08:11

Şamaxı rayonunda xidmət infrastrukturunun texniki təminatının gücləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

29 Noyabr 2019, 08:11

Şamaxı rayonunun Bakı–Şamaxı–Yevlax (115 km)–Qonaqkənd–Həmyəli–İkinci Çaylı–İkinci Cabanı–Cabanı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

29 Noyabr 2019, 08:11

Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

29 Noyabr 2019, 08:11

L.İ.Abasova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

29 Noyabr 2019, 07:11

R.M.Əfəndizadənin 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...