“Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli 2694 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli 2694 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 271) 1.2-ci bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 1.3 – 1.7-ci bəndlər əlavə edilsin:

“1.3. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;

1.4. şəhid ailəsinin üzvləri;

1.5. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;

1.6. məcburi köçkün statusu olan şəxslər;

1.7. I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 may 2021-ci il

7 May 2021, 20:05

http://www.azertag.az

6441—6450 / 10511

20 Sentyabr 2016, 09:09

Azərbaycan Respublikasının neft sənayesi işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında   ətraflı...

19 Sentyabr 2016, 09:09

Pirallahı Sənaye Parkının yaradılması haqqında   ətraflı...

19 Sentyabr 2016, 09:09

İcra hakimiyyəti orqanlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların fəaliyyətində satınalmaların səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

19 Sentyabr 2016, 09:09

Azərbaycan Respublikasında ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqında   ətraflı...

19 Sentyabr 2016, 09:09

2016/2017-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında   ətraflı...

19 Sentyabr 2016, 09:09

H.Ə.Məmmədovun Azərbaycan Texniki Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında   ətraflı...

19 Sentyabr 2016, 09:09

Qusar şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında   ətraflı...

8 Sentyabr 2016, 10:09

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə   ətraflı...

8 Sentyabr 2016, 10:09

“Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzinin 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) səsvermə günü Fransa Respublikasının “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə “exit-poll” keçirəcək qurum kimi qeydə alınması barədə   ətraflı...

8 Sentyabr 2016, 10:09

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) səsvermə günü ABŞ-ın AJF&Associates İnc. Təşkilatı ilə birgə “exit-poll” keçirəcək qurum qeydə alınması barədə   ətraflı...