“Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci və 16-cı bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 12, maddə 688; 2000, № 7, maddə 494; 2002, № 8, maddə 464; 2004, № 1, maddə 10, № 2, maddə 57, № 3, maddə 133, № 4, maddə 202; 2005, № 10, maddələr 874, 876, 902; 2006, № 11, maddə 927; 2007, № 1, maddə 1, № 2, maddə 82; 2009, № 6, maddə 399, № 11, maddələr 877, 878; 2010, № 11, maddə 944; 2011, № 4, maddə 269, № 7, maddə 611, № 11, maddə 987; 2012, № 6, maddə 519; 2014, № 3, maddə 237; 2016, № 6, maddələr 1012, 1017; 2017, № 12 (I kitab), maddə 2238; 2018, № 2, maddə 146; 2020, № 7, maddə 856) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 12-ci maddə üzrə:
1.1.1. birinci hissədə “Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə” sözləri “hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında və onların strukturuna daxil olan qurumlarda” sözləri ilə əvəz edilsin və həmin hissəyə “bundan sonra” sözlərindən sonra “bu Qanunun məqsədləri üçün” sözləri əlavə edilsin;
1.1.2. on altıncı hissədə “zabitləri “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində” sözləri “hərbi qulluqçuları “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən” sözləri ilə əvəz edilsin;
1.2. 29-cu maddə üzrə:
1.2.1. üçüncü və beşinci hissələr ləğv edilsin;
1.2.2. altıncı hissədə “Prokuror” sözü “Ərazi və ya ixtisaslaşdırılmış prokuror” sözləri ilə əvəz edilsin;
1.3. 38-ci maddənin birinci hissəsində “qanunvericiliklə hakimlər üçün nəzərdə tutulmuş, habelə” sözləri “bu Qanun və” sözləri ilə əvəz edilsin;
1.4. 39-cu maddə üzrə:
1.4.1. dördüncü hissə aşağıdakı redaksiyada verilsin:
“Prokurorluq işçilərinin sosial müdafiəsini gücləndirmək və prokurorluq orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə aşağıdakı vəsaitlər Azərbaycan Respublikası Prokurorluğunun xəzinə hesabına köçürülür:
prokurorluq orqanları tərəfindən istintaq olunan cinayət işləri və cinayət təqibi ilə bağlı digər materiallar üzrə cinayət nəticəsində dövlətə vurulmuş ziyanın ödənilməsi üçün ibtidai araşdırma dövründə dövlət büdcəsinə köçürülmüş vəsaitin 5 faizi;
prokurorluq orqanları tərəfindən istintaq olunan cinayət işləri üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən edilmiş qaydada şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə edilmiş ödənişdən daxil olan vəsaitin 5 faizi;
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada prokuror tərəfindən baxılması üçün məhkəməyə göndərilmiş inzibati xətalara dair işlər üzrə tətbiq edilən cərimələrdən daxil olan vəsaitin 23 faizi.”;
1.4.2. aşağıdakı məzmunda beşinci hissə əlavə edilsin:
“Bu maddənin dördüncü hissəsində nəzərdə tutulmuş vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.”.
Maddə 2. Keçid müddəası
Bu Qanunun 1.4-cü maddəsi 2020-ci il iyulun 1-dən tətbiq edilir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 aprel 2021-ci il.
7 May 2021, 20:0527 İyul 2016, 09:07
“Referendum üzrə təşviqat qruplarının xüsusi hesablarının açılması qaydaları haqqında Təlimat”a dəyişiklik edilməsinə dair ətraflı...
27 İyul 2016, 09:07
“Referendumun hazırlanmasına və keçirilməsinə dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərinin seçki (referendum) komissiyaları arasında bölüşdürülməsi, göstərilən vəsaitlərdən təyinatı üzrə istifadəyə nəzarət edilməsi qaydaları haqqında Təlimat”a dəyişikliklər edilməsinə dair ətraflı...
27 İyul 2016, 09:07
“Referendum üzrə təşviqat qrupunun qeydə alınması üçün seçici imzalarının toplanması və müvafiq sənədlərin seçki komissiyasına təqdim edilməsi qaydaları haqqında Təlimat”a dəyişikliklər edilməsinə dair ətraflı...
27 İyul 2016, 09:07
Mərkəzi Seçki Komissiyasının 3 iyun və 29 iyun 2016-cı il tarixli iclas protokollarının təsdiq edilməsi barədə ətraflı...
27 İyul 2016, 09:07
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Araz” zavodunda baş vermiş partlayışla əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında ətraflı...
27 İyul 2016, 09:07
Bakı şəhəri Pirallahı rayonunun qəsəbədaxili avtomobil yollarının yenidən qurulması ilə bağlı tədbirlər haqqında ətraflı...
27 İyul 2016, 09:07
“Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktı ətraflı...
27 İyul 2016, 09:07
Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında ətraflı...
26 İyul 2016, 10:07
M.İ. Yevdayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
26 İyul 2016, 10:07
Beyləqan rayonunun Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...